Mirmehdi Seyidzadə. Yarasa və pərvanə
Yarasa pәrvanәyә
Sual verdi ki: — Niyә
Cәzb edir sәni işıq,
Olmusan oda aşiq?
Başına dolanırsan,
Bircә anda yanırsan.
Zülmәt olsa da yerim,
Uzundur mәnim ömrüm.
Pәrvanә dedi: — Әgәr
Qaranlıq içindә sәn
Yüz il ömür elәsәn,
Gedәr һәyatın һәdәr.