Cəvahir Tanrıverdi. Kəpənək
Qanadlanır, qanadlanır kəpənək,
Çiçəklərin üzərində şənlənir.
Çəmənliyə kölgə salır kəpənək,
Göy otların arasında güllənir.
Sanki güldür, qanad açıb havada,
Gözəlliyi əzbər olub obada.
Bəzəkdir o açıq-mavi səmada.
Çiçəklərdən ləçək alır kəpənək.