Şeirlər

Mirmehdi Seyidzadə. Dolça və piyalə

Piyalә dedi: — Dolça
Olsa da mәndәn uca,
Qabağımda әyilir,
Özünü kiçik bilir.
Baxsalar ona gendәn
Deyәrlәr, qorxur mәndәn
Dolça dedi: — Piyalә!
Uyma bu xam xәyalә.
Boşlar göstәrәr qürur,
Dolular olmaz mәğrur.
Sәn boşsan, mәn doluyam,
Әyilsәm dә uluyam.
Әksilmәyir һörmәtim,
Yaxşılıqdır niyyәtim.