Şeirlər

Cəvahir Tanrıverdi. Selcanın qardaşı

Selcan deyir: “Qardaşım
Dünyada ən güclüdür.
Hər oyunda, hər işdə
Qardaşım birincidir.”

 

“Ən dərin çökəkliyi
Deyir qardaşım qazıb.
Göydən ulduzu, Ayı
Elə qardaşım asıb.

 

Ən yüksək zirvələrə
Elə qardaşım qalxar.
İstəsə, pillələrlə
Lap Günəşə də çıxar”.