Cəvahir Tanrıverdi. Telefonçu qız
Evimizdə şipşirin
Bir telefonçu qız var.
Zəng vuranı sevinclə,
Şirin dillə qarşılar.
Evdə kim var, kim yoxdur-
Verər bir - bir hesabat.
Evdə kimin nə həddi,
Dəstəyə əl uzada.
Bir də gördün oturar
Telefonun başında.
Telefonçu işləyir
Bu balaca yaşında.