Şeirlər

Cəvahir Tanrıverdi. Günah kimdədir

Ərtacın addımları
Sürətlidir küləkdən.
O büdrəyir, yıxılır
Sürətli yerişindən.

 

Nə qədər danlansa da,
Təsir etməyir ona.
Günahını bağlamır
Sürətli addımına.

 

Deyir: “ Nə addımımda,
Nə də günah məndədir.
Sürətli dövrə vuran
Bu Yer kürəsindədir.

 

Elə sürətlə gedir,
Yıxılıram üstündə.
Danlanıram hər dəfə
Yerin səhvi üstündə”.