Mina Rəşid. Gözün aydın, Mübariz!

Müharibə başladı,
Zəfər çaldı ordumuz.
Gözün aydın, Mübariz,
Azad oldu yurdumuz!
Sən gözləyə bilmədin,
Özün bir ordu oldun.
Qəlbinin fərmanıyla
Düşmənlərə od vurdun.
Sellər kimi çağladın,
Parladın günəş kimi.
Düşmənin ocağına
Düşdün bir atəş kimi.
Qisas almağa getdin,
Getdiyin Haqqın yolu.
Sən azadlıq nəğməmsən,
Mübarizlik simvolu!
Sən bu xalqın vüqarı,
Vətən üçün doğuldun.
Tək bir canla min əsgər,
Bir yumruqla dağ oldun.
İlahidən güc aldın,
Düşmən üstünə getdin,
Sən yüz əlli yağını
Bircə anda məhv etdin.
Qartal kimi şığıyıb,
Aslan təki savaşdın.
Sən yurdumun igidlik
Nişanından danışdın.
Düşmən qorxuya düşdü:
-Üstümüzə dağ gəlir,
Bizi qırıb-çatır o,
Güllə batmır, sağ gəlir.
-Gəlmişəm Xocalının
Qisasını almağa,
Haqq-ədalət uğrunda
Sonda Şəhid olmağa...
Sən bizim qürurumuz,
Səni unutmarıq biz.
Sən hər iki cahanda
Bir gövhərsən, Mübariz!
20.02.2025