Şeirlər

Nigar Rəfibəyli. Yaz gecəsi

Ağaclar pıçıldaşır,

Çiçəklər danışırdı.

Ulduzlar göz üzündən

Hey baxıb qımışırdı.

Səs-səmir kəsilirdi

Hər yandan yavaş-yavaş.

Çiçəklər bir-birinin

Çiyninə qoyurdu baş.

Güllər mürgüləyirdi, 

Yuxulayırdı kəpənək:

Yatıb dincin alırdı

Yaşıl ot, sarı çiçək.

Meh əsir, yırğalayır

Yatmış otu, çiçəyi,

Meh əsir oxşayırdı,

Yuxulu kəpənəyi.