Aşıq Mirzə Bilal. Kəklik
Vurulmuşam camalına,
Gəl dərdimi qan, a kəklik.
Gəlin kimi ayağına
Sən qoymusan xına, kəklik.
Başın yaşıl, gözün qara,
Oxşayırsan nazlı yara,
Qaçma bizdən uzaqlara,
Qal bu yerdə, sona kəklik.
Qış sovuşub yaz gələndə,
Qız-gəlinlər gül dərəndə,
Onlara gəl qarış sən də,
Qaçma məndən yan, a kəklik.
Azad dolan bizim yerdə,
Son qoymuşuq qəmə, dərdə.
Aşıq Bilal məclislərdə,
Nəğmə desin sana, kəklik.
12.03.2025