Bu maraqlıdır!

Laqqutu

Zərb alətləri qrupuna aid olan laqqutu müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarətdir. Masallı, Lənkəran, Astara, Cəlilabad rayonlarında daha çox istifadə edilən bu alətin adı 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu .

 

Laqqutu nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir. Mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınan alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır.

 

Güman edilir ki, bu alətin adının etimologiyası onun çıxardığı səs tembri ilə bağlıdır. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb.