Şeirlər

Mina Rəşid. Cıdır düzü

Sən xınalı əlləri,
Xonçalı gəlinlərim.
Cıdır düzü, qoynunda
At çapıb igidlərim.

 

Üzüyün halqasından
Ox keçirib ərənlər.
Sən elə möcüzəsən
Heyrət edir görənlər.

 

 

 

Yallı gedir oğul-qız,
Ellərin sırasında.
Cıdır düzü, incisən
Dağların arasında.

 

Səninlə vüqarlıdır
Cıdır düzü, can Şuşam.
Sənə Zəfər gətirən
Oğullar min yaşasın.