Mina Rəşid. Sərçələr
Sərçələr dən gəzirlər,
Tökülüblər yollara.
Səhər-səhər sevinir
Səma baxıb onlara.
Çantasından qoğalı
Tez çıxarıb göstərir.
Bir sərçə "cik-cik"- edir,
Yəqin, qoğal istəyir.
Səma deyir ki, quşlar
Gör necə dirçəldilər.
Nənəmin qoğalını
Çox bəyəndi sərçələr.