Nurlana İşıq. Banu və pişik
Ana dedi Banuya:
Dadandırdın pişiyi,
Yeyəcək cücələri.
Toyuqlar da qorxacaq,
Daha kürd yatmayacaq.
Banu baxdı sakitcə,
Sığal çəkdi pişiyə.
Ana, axı pişik də
Yeməlidir nə isə.
Onun da balası var,
Böyüməsin bəs onlar?
Ana bir az düşündü,
Haqlısan, gözəl qızım!
Bir qab şorba gətir tök,
Qarnı doysun pişiyin.
Pişik doyunca yedi,
Pəncəsini yaladı.
Sonra qıvrılıb yatdı,
Hin tərəfə baxmadı.
Banu dedi:- ay ana!
Şorba işə yaradı.
13.05.2025