Nağıllar, hekayələr

Salam Qədirzadə. 46 bənövşə (6-cı hissə)

ONUN GÖZLƏRİ YAŞARDI
Xenfeld ərzaq anbarında xidmətçilik edən Sarışının Semixatkada qalmaqda nə məqsəd güddüyünü özlüyündə qət eləmişdi.  Qərargahın dalında mina partlayan gecəsi otağında yatmayan general səhər gəlib yavərinə  «Kənd içində bəzi yerli adamların dinc durmadığını, cavan qadınlara sataşdığını» eşitdirəndə kapitan istəristəməz yenə Sarışını xatırlamışdı.
Xenfeld, fon Bernerin hər həftədə, on gündə bir, kənar yerdə qadınlarla əyləndiyini bilirdi, hətta neçə dəfə general onu da bu məclislərə dəvət eləmişdi.  Xenfeld isə hər dəfə bir bəhanə ilə baş qaçırmış, «qərargahı kimsəsiz qoymaq istəməmişdi».
Qəribə burası idi ki, indi fon Bernerin  Katerinanın dediyi kimi  «cır səsli dələduz»dan verdiyi nişanələr də Sarışını xatırladırdı.  Lakin kapitan, Bondarçukun öz kənd adamlarını incidəcəyinə inana bilmirdi.
Günortadan xeyli keçmişdi.  Hər iki cəbhənin piyadaları arasında arasıra atışma getsə də, toplar, minaatanlar susurdu.  Kəndin küçələrində almanlar sərbəst gəzişir, ehtiyat eləmədən hərə öz işini görürdü.  Kimi həyətdə atları qaşovlayır, mətbəxə su daşıyır, kimi hər ehtimala qarşı evlərin yanında səngər qazıyır, kimisi də telefon xətlərini nizama salırdı.
Sarışın yatdığı zirzəmidə çörəksiz, külləmə kartofla nahar elədikdən sonra küçəyə çıxdı.  Nə üçünsə, səbəbini özü də bilmədən o, Səlimxanovu görməyə böyük ehtiyac duyurdu.   Ancaq bu, mümkün olan şey deyildi.  Sarışının çətin, qorxulu yollardan keçib doğma adamlara qovuşmaq, onların səsini eşitmək arzusu çox baha başa gələ bilərdi.  O, sovet qoşunlarının Dnepri keçmək üçün hücuma ciddi hazırlıq apardıqlarını, almanların isə mövqelərini möhkəmləndirmək məqsədi ilə arxadan ehtiyat qüvvəsi gözlədiyini bilirdi.  Bu darıxdırıcı, ürəksıxıcı vəziyyət hələ, kim bilir, neçə vaxt davam edəcəkdi.  Sarışın tələsirdi.  Döyüşçülərimizin kəndə güllə yağdırmasını, «Urra!»  deyə irəli axışmasını hər saat, hər dəqiqə arzulayırdı.  Bu yolda o, ən çətin imtahanlara girməyə hazır idi.  Təki Sarışına bir iş tapşıran, istiqamət verən adam olaydı!..
Qız, bu fikirlərlə nə vaxt gəlib uşaq bağçasının qabağında dayandığını bilmədi.  Başını qaldıranda kapitan Xenfeldin gülümsər gözlərlə ona baxdığını görüb təəccübləndi.
Salam, igid oğlan!
Sarışın həyəcanlandığını gizlətməyə çalışaraq astadan
Siz mənim igidliyimi haradan bilirsiniz, cənab kapitan  dedi və imtahanedici nəzərlərini onun sifətinə zillədi.  Xenfeld düşüncəli halda bir addım qabağa gəldi.
Əvvəlcə qərargahın dalında basdırdığın minadan, sonra da Katerinaya vurduğun sillədən!
Qız tutuldu.
Cənab kapitan, siz çox qəribə şeylər danışırsınız.  Deyəsən məni kiminləsə səhv salırsınız. Mən…
Sən…  deyə Xenfeld onun sözünü kəsdi,  çox zirək və ağıllı oğlansan!
Sarışın gözləmədən düşdüyü bu vəziyyətdən çıxmaq üçün fikirləşməyə imkan tapmadı.   Kapitan onun çiynindən tutub özünə sıxdı.
Afərin!  Səndə əsil rus qanı var!  Mən belələrini çox sevirəm.
Qız çırpınıb onun əlindən xilas olmaq istədisə də, buna bir hacət görmədi.
Gedək,  deyə Xenfeld mənalı bir tərzdə dilləndi.  Səninlə ikilikdə danışaq.  Məndən çəkinmə. Almanların da arasında həqiqi insanlar var!
Sarışın tələyəmi düşdüyünü, yoxsa doğrudan da həqiqi insanla rastlaşdığını hələ özlüyündə qət edə bilmirdi.  Buna görə də ona ikibaşlı sözlərlə cavab verdi
Həqiqi insan deyəndə, elə bütün almanlar insandır.  Mənim üçün başqası ilə sizin aranızda heç bir fərq yoxdur.
Kapitanın sifətinə sanki bulud çökdü.  Zənn ilə Sarışına baxdı
Səhv edirsən!  Ancaq bu səhvində hələlik haqlısan,  dedi və çevrilib ehtiyatla ətrafa nəzər saldı.  Sonra arxayınçılıqla Sarışına tərəf əyilərək pıçıldadı   Partlayan minadan ikiatlı arabada gedən yeddi alman həlak olmuşdur.  Ölənlərin biri zabitdir.
Qız, Xenfeldin bu xəbərinə qarşı özünü çox laqeyd göstərdi.
Cənab kapitan, məni nə minanın partlayıbpartlamaması, nə də ölənlərin neçə nəfər, kim olması maraqlandırır.  Qoy bu işlərlə lazımi adamlar, daha doğrusu, sizin qərargah maraqlansın.  Mən ki, əsirlikdə qalmış adi…  O, az qala çaşıb «Adi bir qızam» deyəcəkdi.  Lakin tez sözünü düzəltdi  Adi sovet vətəndaşıyam.  Bunların mənə heç bir dəxli yoxdur!
«Sovet vətəndaşı!» yəqin ki, bu adla da hər zaman fəxr edirsən, eləmi  deyə Xenfeld mənalı tərzdə soruşdu. Sarışın da ona qəti və kəskin cavab verdi
 Bəli! Hər zaman, hər yerdə mən bu adla fəxr edirəm!
Səhər çörək yemisənmi?
Kapitanın bu sualı qıza çox yersiz və gözlənilməz göründü  o istehza ilə gülümsündü.
Siz bu gün çox məntiqsiz danışırsınız! Fikrinizi heç cür anlaya bilmirəm.   Qız azacıq ara verib sözünə əlavə etdi  Bir də, cənab, sizlər bu torpağa ayaq basandan bəri biz yeməyimizin də vaxtınıvədəsini unutmuşuq.  Ona görə bu sualınız mənə çox qəribə gəldi.
Yavər danışmadı.  Daha doğrusu, deməyə tutarlı söz tapmadı.  Bir qədər sonra üzünü Sarışına çevirib astadan dilləndi
Elə biz də bu torpağa ayaq basandan çox şeyi unutmuşuq.
«Bura təşrif gətirməyi heç kəs sizdən xahiş eləməmişdi!»  Qız bu fikri beynində dolandırsa da, söyləməyə dili gəlmədi, çəkindi.
Onlar danışadanışa irəliləyib, Lenagilin vaxtı ilə yaşadıqları evin yanında dayanmışdılar.
Yavərin ondan ayrılmaq istəmədiyini görən Sarışın, yolunu dəyişib başqa səmtə istiqamət aldı.
Cənab kapitan, mən bu tərəfə getməliyəm! Tələsirəm.
Xenfeld dayandı.
Axı mən sizinlə təklikdə danışmaq üçün gəlmişəm.
Daha deməyə bir söz qalmadı, cənab, hər şeyi danışdıq.
Qızın cavabı yavəri pərt elədi.
Əgər indi, doğrudan da tələsirsənsə, mən axşam səninlə görüşərəm.
Çox vacibdirmi?
Bəli!  deyə Xenfeld Sarışının kirlənmiş sifətinə baxdı. Çox vacibdir! Səninlə evinizə getmək, orada danışmaq istəyirəm. Həm də xahiş edirəm, bu gündən sonra mənim alman zabiti olduğumu birdəfəlik yaddan çıxarasan, məndən qorxmayasan.
Mən heç kimdən qorxmuram!
Hər ikisi üzüzə durub susdu.
Haçandan-haçana yenə kapitan dilləndi.
Mən buna əminəm!  Onu da bil ki, gördüyün işlərə görə səni cəzalandırmaq istəsəydim, bunun üçün əlimdə imkanlar vardı. Ancaq, mən, xəbərin olmadan sənə çox yaxşılıq etmişəm.  Bundan sonra da köməyimi əsirgəməyəcəyəm.  Mənə inan!
İnanmıram!
Xenfeld bir addım irəli gəldi.Və elə bu vaxt kənd içində alman soldatlarının fit çalaçala gəzişdiyini görüb, yaxındakı evin dalına keçdi.
Qız bu müəmmalı işdən baş aça bilmirdi.  Xenfeldin məqsədi nə idi Ona nə demək istəyirdi  Doğrudanmı Lenanın elədiklərindən xəbəri vardı, yoxsa qaranlıq quyuya daş atırdı, onun suyu olubolmadığını yoxlamaq istəyirdi
Soldatlar küçəni burulub uzaqlaşandan sonra yavər yenə qıza yanaşdı.
Bizi bir yerdə görmələrini istəmirəm, dedi.  Gedək!
Sarışın ehtiyat və qorxu içərisində onu süzdü.
Hara?
Evinizə.
Qız gözlərini qıydı, qəlbinin kini sifətində həkk olundu.  Sonra geri çevrilərək yanıb dağılmış, daştorpağı yerləyeksan edilmiş xarabalığı Xenfeldə göstərdi.
Budur, cənab, evimiz buradır!  İçəri buyura bilərsiniz!
Kapitan əvvəlcə bu sözlərin doğruluğuna inanmadı. Lakin Sarışının qəfildən köyrəldiyini görəndə, məsələni başa düşdü.
Mənim evim buradır! Mən burada doğulmuşdum, burada böyümüşdüm!  deyə o, göz yaşı axıda-axıda çəkinmədən alman zabitinin üstünə çığırırdı. Siz bir gecədə mənim anamı da, atamı da əlimdən aldınız. Məni kimsəsiz, yurdsuzyuvasız qoydunuz!  Mən xoşbəxt idim, bədbəxt oldum! Bunu siz, siz vicdansız alman soldatları elədiniz!  Mənə nə sözünüz varsa, deyin! Nə məqsədiniz varsa, buyurun!  Mənim evim buradır!   O, bir an ara verdi.   Sonra yenə həmin titrək səslə Xenfeldin üstünə çığırdı.   Niyə susursan! Danışsana! Anamın günahı nə idi! Atamın nə təqsiri vardı!  Onları niyə məhv elədiniz, niyə! Cavab versənə!
Sarışın nə vaxt əyilib yerdən daş götürdüyünü və Xenfeldin sinəsinə çırpdığını özü də bilmədi.  Kapitan heykəl kimi donub qalmışdı.  Qızın bu hərəkətinə qarşı ancaq ikicə kəlmə
 Vur, haqlısan!  dedi və onun da gözləri yaşardı.
…Həmin gün uzun söhbətdən sonra Sarışın daha Xenfelddən ehtiyat etmədi, əksinə, kapitan ən çətin dəqiqələrdə onun köməyinə yetdi.  Bu doğma yurddakı yad adamlar arasında onun yeganə arxası oldu…

 

İKİ CƏBHƏ ARASINDA
Gecə idi.  Soyuq, rütubət, qaranlıq bir gecə idi.  Yer də, göy də, üfuqlər də qaraya bürünüb birbirinə qarışmışdı. Beş addımlıqdan gözgözü seçmirdi.  Hərdən düşmən hissəsindən atılan fişənglər gecənin qaranlıqlarına şığıyıb ətrafı işıqlandırır, sonra yenə hər şey görünməz olurdu.
Ön atəş xəttində piyadaların yatdığı səngərləri adlayıb xeyli uzaqlaşmışdılar ki, Zaxarçenko çiynindən asdığı telefon qutusunu və kabel katuşkasını yerə qoydu.
Bir az dincələk, deyə Bədirzadəyə eşitdirdi. Yorulmamısan ki?
Xeyr, yoldaş leytenant!  Hələ harasıdır!  Qulam sırıqlısının qolu ilə alnının tərini sildi.  Ancaq papiros üçün ciyərim yanır. Burda da ki, çəkmək mümkün deyil.
O, katuşkaların kəmərini çiynindən sürüşdürdü.
Bir-iki saat da dözməliyik,  deyə Leonid Zaxarçenko cibindən fosforlu kompasını çıxarıb gedəcəkləri istiqaməti müəyyənləşdirdi.   Yolumuzu bir qədər sağdan salmalıyıq.
Batareya komandiri ilə Qulam hissədən öləri ilə, hərəsinə beş yüz metr kabel sarılmış altı katuşka və bir telefon aparatı götürmüşdülər.  Bu yük onların işini ağırlaşdırdığından, katuşkalardan üçünü ayrıayrı yerlərdə gizlətməli olmuşdular.  Yanlarında apardıqları kabel, Çeryomuxadan keçən dəmir yolundan indi dayandıqları nöqtəyə qədər genbol çatardı.  Döyüşçülər buraya kimi müvəffəqiyyətlə irəliləsələr də, yolu axıradək belə maneəsiz gözləmirdilər.  Qarşıda onlar hər cür təhlükə ilə üzləşə bilərdilər.  Buna görə də leytenant istər-istəməz Qulama bir-iki məsləhət verməli oldu.
İşdir, əgər üstümüzə atəş açılsa, biz mümkün qədər susmalıyıq.  Ona da əminəm ki, bu atəş yaxından yox, uzaqdan olacaqdır.  Bir də, unutma ki, sahibsiz zonaya girmək hər iki tərəfdən eyni dərəcədə təhlükə gözləmək deməkdir.
Batareya komandirinin bu sözlərindən sanki Qulamın qollarına yeni qüvvət gəldi.  «Heyif ki, səninlə yola çıxdığım birinci kərədir!»  deyə o, fikirləşərək üzünü Zaxarçenkoya tutdu
Gedəkmi, yoldaş leytenant?
Bəli, gecə əməliyyatını yubatmaq olmaz. Yolçu yolda gərək!
Onlar katuşkaların kəmərini çiyinlərinə aşırıb, qaranlıqda dinməzsöyləməz irəlilədilər.
Zaxarçenkonun əvvəlcədən tökdüyü plana görə, telefon xəttini çəkib qurtaran kimi Qulam geri qayıtmalı və Qızılkilsəlidə aparatı qurub onunla danışmalı idi.
Alçaq bir təpəyə çatanda düşmənin sahibsiz yerə səpələdiyi pulemyot güllələri onların lap yanlarından ötüb keçirdi.  Birdən Qulamın büdrədiyini hiss edən Zaxarçenko cəld geri çevrildi.
Nə oldu!  deyə təşviş içərisində səsləndi.
Heç, yoldaş leytenant.  Mənə dəymədi, katuşkanı zədələdi.  Qulam əlini kabel sarğısına sürtdü, sarğı bir neçə yerdən zədələnmişdi.  Köpək uşaqları, işimizi uzatdılar!
Vzvod komandiri bir an ayaq saxladı.
Eybi yoxdur, onu axırda açarıq,  deyib yoluna düzəldi.
Qulam, haçandan bəri onu narahat edən bir sirri bu gün Zaxarçenkodan öyrənmək istədi.
Sizdən bir şey soruşsam, cavab verərsinizmi, yoldaş leytenant?
Məsələn,Qulam ona yanaşdı.
O, Sarışın bizim kəşfiyyatçılardan deyildimi?
Zaxarçenko Bədirzadəyə baxıb gülümsədi.
Səhv eləməmisən. Sonra nə sözün var?
Qulam rahatlıqla nəfəs aldı.
Heç, elə bunu bilmək istəyirdim.
Zaxarçenko ilə Qulam kəndə yetişincə az əziyyət çəkmədilər. Hər fişəng atılanda yerə yatıb kolkosun dalında gizlənmək, ağır katuşkalar və telefon aparatı ilə sürünmək, alman meyitləri, at cəsədləri ilə dolu qaranlıq dərələrdən, xəndəklərdən keçmək, düzənlik yerlərdə nəfəsləri gəldikcə əyiləəyilə yüyürmək onları əldən salmışdı.
Çeryomuxanın ilk evlərinə çatanda ikisi də eyni vaxtda özünü divarın dibinə yıxdı.  Leytenant furajkasını çıxarıb, alnına yapışmış yaş saçlarını barmaqları ilə arxaya daradı.
Az qalıb, dostum! Qulam bu səsdə bir təsəlli duydu. Cəmisi yarım kilometr yolumuz var,  Zaxarçenko ətrafa baxabaxa astadan əlavə etdi  Ancaq kənd içində çox ehtiyatlı olmalıyıq.
Gecə saat ikini ötmüşdü. Hava azacıq işıqlaşmışdı. Cəbhələr mürgü vururdu. Yalnız arabir sahibsiz sahənin üstündən o tərəfbu tərəfə güllələr vıyıldayırdı. Yollar nə qədər çətin olsa da, Qulam üçün Dnepr sularında üzməkdən asan idi.
Bu dəfə batareya komandiri katuşkalardan ikisini yedəyinə aldı, nisbətən yüngül olan telefon aparatını isə Qulama verdi. Onlar sakinsiz qalmış Çeryomuxanın küçələrindən, həyətlərindən və evlərinin dalından oğrunoğrun, astaasta keçərək kəndin qırağına çatdılar.  Buradan dəmir yolu boyunca basdırılmış dirəkləri seçmək mümkün idi.
Qulamla Zaxarçenko alman piyadalarının danışığını eşidincəyədək qabağa süründülər. Artıq vaxtı itirmək olmazdı.  Telefon aparatını daşların arasında gizlətdilər.  Katuşkalardan birini açıb, kabelin ucunu bıçaqla təmizlədikdən sonra onu dəmir yolunun sağ relsinə bərkitdilər, Qulam geriyə tərəf sürünməyə başladı.  Leytenant isə dırnaqları ilə yeri qazıyaraq, telefon xəttinin üstünü daş, torpaqla basdırdı.  Bütün bu işlər həm səssiz, həm cəld, həm də çox ehtiyatla görülürdü.  Batareya komandiri gedib əsgərinə yanaşdı.  Qulam nəfəsini dərib onun qulağına pıçıldadı.
Yoldaş leytenant, qabaqdakı kəndə çatanda evlərdən birinə girib papiros çəkərik, eləmi?
Zaxarçenko bu gərgin vəziyyətdə zarafat eləməyi də unutmadı.
İşimizi qurtaraq, papiros çəkərik, lap araq da içərik.
Qulam kürəyindəki katuşkanı açaaça qabağa getdi. Sovet piyadalarının ilk səngərlərinə yaxınlaşanda leytenant əlini Bədirzadənin çiyninə vurdu.
Dayan!
Qulam yerə çöküb onun nə deyəcəyini gözlədi.  İndi Zaxarçenkonun tərli sifətindəki cizgiləri belə aydın seçmək olurdu.
Gizlətdiyimiz katuşkaların yeri yadından çıxmayıb ki?
Xeyr.
Mən geri qayıdıram.  İşin dalısını özün tək görəcəksən. Bunun üçün sənə iyirmi beş dəqiqə, uzaq başı yarım saat vaxt verirəm.
Oldu!
Qızılkilsəliyə çatan kimi aparatı qurub mənimlə danışacaqsan.  Adımı «Kiyev» deyərsən!   Sənin stansiyan isə «Bakı» olacaq.
Aydındır, yoldaş leytenant!
Yolda bizimkilər parolu soruşsalar  «Karabin»dir!
 Bəs «Ulduz» deyildimi?
 Dünənki ölünü dünən basdırdılar.  İndi saat üçdür. Parol təzələnib.  Yaxşı yol!
…İyirmi dəqiqə sonra Zaxarçenko dəmir yolunun qırağında uzanıb, telefon dəstəyini qulağına tutaraq intizar içərisində Qulamın danışmasını gözləyirdi.  Bir tərəfdən torpağın rütubəti, digər tərəfdən bədəninə yapışmış köynəyinin nəmi onun canına üşütmə salmışdı.  Alman soldatlarının boğuq səsi və yəqin ki, piyadalara nahar gətirən mətbəx atlarının kişnəməsi gecənin sakitliyində aydın eşidilirdi.
Leytenant hər dəqiqə saatına baxırdı.  «Bakı» hələ işə düşməmişdi. Vaxt isə sona yetirdi. Birdən Zaxarçenko telefonda sanki Qulamın nəfəsini duydu. Qulağına əvvəlcə xırıltılı, sonra təmiz bir səs gəldi  «Alo, Alo!», «Kiyev!»  «Mən  Bakıyam», «Mən  Bakıyam!»
Vzvod komandirinə elə bil iki şəhərin birdən bağışladılar!             

SƏSDƏN DİVARLAR TİTRƏDİ
Serjant Meladze Bondarçukun evində qalan gecənin səhərisi Sarışın yarım saatlığa çıxıb Xenfeldlə görüşmək bəhanəsilə qərargahın mərkəz telefon xəttinin yerini bələdləmək istəmişdi. Tayanın dibindəki qaqqıldayan toyuğu hürkütdüyü üçün çəpgöz aşpaz onu vurmağa qolunu tolazlamış, lakin əvəzində özü yavərin yağlı silləsinə məruz qalmışdı. O günü vəziyyət elə gətirdi ki, Sarışın Xenfeldlə bir kəlmə də danışmalı olmadı. Qayıdanbaş yolunu qərargahın dalından saldı. Telefon xəttinin haradan keçdiyini öyrənib geri qayıtdı. Özü ilə bir xeyli kabel yığıb evə gətirdi.
Serjant!  Yatmamısınız ki?
Yuxarıdan Sandronun səsi eşidildi.
Xeyr, oyağam. Ancaq gərək məni bağışlayasan.Taxtapuşunda böyük bir deşik açmışam. Bayaqdan oturub kəndə baxıram. Buradan sizin Semixatkanın yarısı görünür. Odur ey… iki sərxoş ayaqları birbirinə dolaşadolaşa, divarları tutatuta harasa gedir… Sən öləsən, Bondarçuk, elələrindən bu gecə neçəsi əlimə düşsə, hamısını hissəyə tək apararam.  O azacıq susub, sonra yenə dilləndi  Öz aramızdır, kəndiniz elə bil şəhər boyda olubmuş ha!  Sarışın aşağıda köksünü ötürdü.  Bura bax, qatso, o çay qırağındakı hamar meydança stadiondur, nədir?
Qız, serjantın nəyi soruşduğunu başa düşdü.
Bir zamanlar ora «Güllü düzənlik» deyərdilər. Rəqs meydançası idi.
Sən də oynamağa gedirdin?
Bəli. Özü də hər axşam.
Bir şey çıxardımı?
Başa düşmədim.
Deyirəm, belindən tutub od sinənə sıxdığın qəşəng qızlardan dişinə bir şey keçərdi, ya yox?
Aşağıdan bu suala cavab gəlmədi.  Sandro gülə-gülə sözünə davam etdi.
Susursan, hərif  Deyəsən bazarın kasad keçib. Mənimlə olsaydın, ac qalmazdın.  Bax, gopa basan heç kişi deyil, Tbilisidə elə gecəm olub ki, üç qoqonebi ilə görüşmüşəm, üçü də ceyran balası kimi.
Qoqonebi nədir, serjant
Gürcücə qıza deyirlər, mamlımatanına.
Hə…  Sarışın dodağını dişləyib gülməyini saxladı.
Qatso, qapını bağlayıb yuxarı çıxsana. Oturub bir az dərdləşərdik.
Hələ yaxından tanımadığı Sandronun bu sözlərindən şübhəyə düşən Sarışının ürəyi döyündü.  «Kaş mənə bunu yox, Qulamı qoşaydılar!   deyə fikirləşdi. Sonra tez özünə toxtaqlıq verdi.   Yox, Sandro məni oğlan kimi tanıyır.  Əgər qız olduğumu bilsəydi, yəqin ki, belə açıq söhbətlər eləməzdi».
Siz nə danışırsınız, yoldaş serjant!  Birdən bu tərəfdən gələn olar.  Mən otağı boş qoyub heç yuxarı qalxa bilərəmmi
Sən deyən məsləhətdir… Yaxşı, soruşmağa da utanıram, yeməyə bir şeyin yoxdur  Yaman acmışam.
Var.  Srağa gündən bir parça donuz piyi ilə boyat çörəyim qalıb.
İçməyə necə?
Rəngsiz çay hazırlaya bilərəm.
«Bu nə key oğlandır,  deyə Sandro fikirləşdi.  Heç adam dili də başa düşmür ki!»
Öz aramızdır, çox fərsiz uşağa oxşayırsan ha! 
Niyə ki?
Çay da içkidir..  Qərəz, o çörəklə donuz piyindən bir parça ötür bura.
Sarışın kağıza bükdüyü yeməyi tavanın kiçik qapısından taxtapüşa atdı.
Çox sağ ol, genasvale!  Özün üçün də saxladınmı?
Bəli, mən də yeyirəm.
Ancaq ona şübhə eləmirəm ki, çoxunu mənə verdin. 
Hər ikisi yeməyə başladı.
Serjant, bir söz desəm, acığınız gəlməz?
İkisini de.
Yaxından tanımasam da, mənə elə gəlir ki, Qulam sizdən yaxşı oğlandır.
Yəni nə barədə?
Elə hər barədə.
Səhv eləmirsən. İnsafla desək, mənim ona çatmağıma hələ çox var.
Sarışın şadlıqla güldü.
Hissəyə qayıdan zaman bu sözləri onun üzünə də deyərsiniz, yaxşımı?
Baş üstə!
Deyərsiniz, Sarışın hey yerliyersiz, sizi tərifləyirdi, teztez adınızı çəkirdi.
Bir müddət sakitlik oldu.  Sonra yenə Sandronun səsi eşidildi.
Hə, bayaq onu danışırdım axı…
Elə bu əsnada qapı ehtiyatla döyüldü, Sarışın qarşısındakı nimçəni götürüb döşəməyə çırparaq sındırdı.  Bu siqnalı o dəqiqə başa düşən serjant tez avtomatını qapdı və qulağını taxtapuşun döşəməsinə söykəyib qulaq kəsildi.
Aşağıda qapının açıldığı eşidildi.  Kimsə içəri girib Bondarçuka alman dilində salam verdi. Sarışın da hörmətlə onu qarşıladı. Sandro dişlərini qıcadı. Otaqda almanla Sarışın arasında söhbət başlandı. Bu danışıqlardan heç bir şey anlamayan Meladze  nə  edəcəyini bilmirdi. Aşağı tullanıb almanın üstünə hücum çəkməkmi, ya işin axırını səbirlə gözləməkmi  serjant iki fikrin arasında qalmışdı.
Sarışın Xenfeld barədə Meladzeyə heç nə deməmişdi. İndi onu evə buraxdığına görə Sandronun əlindən xata çıxacağından da qorxurdu.  O, bir bəhanə tapıb taxtapuşa qalxmaq  və  alman zabitinin kim olduğunu serjanta demək istədisə də, fikrindən daşındı  kapitana tamam bel bağlamadığı üçün ehtiyat elədi. Xenfeld əlində gətirdiyi kağız bağlamanı pəncərənin qırağına qoyduqdan sonra, keçib yuxarı başdakı kətildə əyləşdi.
Deyəsən, bayaq qərargahın yanına gələndə məni görmək istəyirdin  deyə soruşdu. Feldfebel mane oldu.
Bəli, cənab, sizə vacib sözüm vardı. Ancaq çəpgöz aşpazın yanında yaxınlaşmadım. Xahiş edirəm, mənə bir iş düzəldin.  Bu cür dolanmaq çətindir.  Mətbəxdən bir şey çıxmır.  Hər gün bir parça çörək üçün onabuna boyun əyib, qulluq axtarmağa xəcalət çəkirəm.
Xenfeld gözlərini naməlum bir nöqtəyə zilləyərək, barmaqları ilə stolu taqqıldatdı.
Əgər bu işdə başqa məqsədin yoxsa, bir qarın çörək üçün qulluğa girməyi sənə məsləhət görmürəm.
Dolanmaq lazımdır, cənab kapitan! Heç kəs qapımı döyüb, mənə ət, yağ gətirməyəcək!
Yavər pəncərəyə qoyduğu bağlamaya işarə ilə
Qapını hər gün olmasa da, hərdən mən özüm döyəcəyəm.  Ancaq bu gün sənə ət, yağ yox, kolbasa ilə balıq konservi gətirmişəm.
Təşəkkür edirəm, cənab!  deyə Sarışın bağlamanı açıb kolbasa götürərək iştaha ilə dişlədi.  Kaş bütün almanlar sizin kimi olaydı!
Taxtapuşda qərar tuta bilməyən Sandro sürünəsürünə gəlib aşağıya açılan dəliyə yaxınlaşdı. İndi o, Bondarçukla danışan zabitin sifətini də yarıya qədər görürdü. Ancaq bu müəmmalı hadisədən əsla baş aça bilmirdi.
Sən bundan sonra qərargahın ətrafında dolanma, deyə Xenfeld ehmalehmal doğrayıb tökürdü. Kiçik bir ehtiyatsızlıq hər şeyi korlayar. General, Katerinaya kənd içində gözqulaqda olmağı tapşırıb.  O qadın yəqin ki, səndən də intiqam almağa çalışacaq. Ancaq bundan qorxma.  Mümkün qədər ondan uzaq gəz. Semixatkada sənə yaxın olan adamlar varsa, onları da başa sal.  Qurd ağacı içindən yeyər. Sarışın əllərini şalvar cibinə qoyaraq gözlərini qıymış halda yavəri dinləyirdi. Əgər düzünü bilmək istəsən, o pozğun qadına bu vəzifəni, generalın əmri ilə mən özüm tapşırmışam.
Qoy əlindən gələni beş qaba çəksin, deyə Sarışın səsini ucaltdı. Ona bir toy tutaram ki, ölənəcən yadından çıxmaz!
Xenfeld ayağa qalxdı.
Sakit, qızışmaq lazım deyil!  Mən sənə…
Kapitan sözünü qürtarmamışdı ki, sanki tavanın daşları başına töküldü.  Sandro taxtapuşdan atılıb, onun gicgahına güclü bir zərbə endirdi və tez üstünə yıxılaraq ağzını tutdu.
Dayan, serjant!..
Sarışının cingiltili səsindən elə bil evin divarları titrədi.

 

XOŞ XƏBƏRLƏR SƏHƏRİ


Polkovnik Səlimxanov təzəcə yuxuya getmişdi ki, telefon zəng vurdu.
Eşidirəm!  deyə o, yerindən qalxmadan dəstəyi götürüb cavab verdi.  Çox gözəl!  Afərin, Zaxarçenko!  Mən gəlincəyə qədər telefonun yaxınlığına heç kəsi buraxmayın!   Polkovnik qalxıb çarpayının qırağında əyləşdi.   Bu saat çıxıram.  Alman dilini yaxşı bilən döyüşçülərdən iki nəfərini tapın, əmrimi gözləyin!
Diviziya komandiri pəncərəni açıb dəhlizdəki növbətçiyə tapşırdı.
Şoferə de, «Villis»i qapıya sürsün!
O, tələsik geyinib trubkasını yandırdı və adəti üzrə otaqda gəzinməyə başladı.  «Demək, belə!  Dəmir yolu ilə Qızılkilsəli arasında da rabitəmiz düzəldi. Bu, işin ancaq yarısıdır. Bəs Bondarçuk tərəfdən niyə bir soraq çıxmadı Maraqlıdır…»
Polkovnik bu fikirlərdə ikən həyətdən maşının siqnalı eşidildi. O, şinelini geyib, furajkasını qoydu və planşetini əlinə götürərək qərargahdan çıxdı.
Qızılkilsəliyə!  deyə maşına əyləşcək şoferə əmr etdi.
Uzaqdan çox sakit və hərəkətsiz görünən bu kənddə əslində gizli bir qaynaşma vardı. Top güllələrindən hələlik, birmərtəbəli yaraşıqlı evləri, cavan ağacları, hündür, zərli kilsəsi salamat qalmış bu yerdə addımbaşı bir top qoyulmuşdu. Görünməz yerlərdə dayanmış tankların, katyuşaların, minaatanların üstü otla, alabula plaşpalatkalarla örtülüb gizlədilmişdi.  Yolların qırağında, evlərin böyründə dərin xəndəklər qazılmışdı.   Belə ki, Qızılkilsəlinin hər bucağı istənilən dəqiqə hücuma hazır idi. Diviziyanın əsas qismi isə yaxındakı şam meşəsində gizlənmişdi.  Topçu hissələri əmr gözləyirdi.  Mövcud qüvvə  ilə  qarşıdakı düşməni Dneprə tökə biləcəyinə adi döyüşçülər də əmin idilər.
Sağ və sol cinahda ordu nisbətən geridə dayandığından, buradan cəbhəni yarıb çox irəli keçmək vəziyyətin xeyrinə deyildi. Düşmən arxadan güclü qüvvə ilə təmin edilərdisə, bu əməliyyatın ucbatından mühasirəyə düşmək qorxusu da vardı.  Ona görə hələlik hissənin gecəgündüz ciddi kəşfiyyat aparması daha əlverişli idi.  İndi bu işin ağırlığı əsasən qərargahyanı batareyanın öhdəsinə düşürdü.
Polkovnik Qızılkilsəliyə yetişcək maşını kəndin qıraq evlərindən birinin dalında saxlatdırdı.  Bura hələ heç yerlə əlaqəsi olmayan «Bakı» stansiyası idi. O, içəri gircək, leytenant və daha üç əsgər cəld ayağa qalxıb salam verərək farağat dayandılar.
Azad!  deyə polkovnik əli ilə işarə elədi və yaxınlaşıb Zaxarçenko ilə Qulamın qarşısında dayanaraq bığaltı gülümsədi.
Səfəriniz necə keçdi, mənim qartallarım?
Hər şey öz qaydasındadır, yoldaş qvardiya polkovniki!  Demək olar ki, heç bir maneə ilə üzləşmədik.  Ancaq… Hələ ki, zəhmətimizin faydası görünmür,  Batareya komandiri küncdə, yeşik üstə qoyulmuş aparata işarə elədi.
Səlimxanov əyilib telefonun dəstəyini götürərək qulağına tutdu. Xeyli vaxt nəfəsini çəkmədən dinlədikdən sonra onu yerinə qoydu.
Aydındır!  dedi.  Hələlik o tərəfdə iş yubadılsa da, gözləmək lazımdır.  Yaxşı, alman dilini bilən bu döyüşçülərdimi  O, Qulamın yanında durmuş oğlanlara baxdı.
Bəli!  Zaxarçenko irəli addımladı. Elədir ki, var.
Otaqda bircə kiçik şam yandığından, onların üzünü aydın görməyən polkovnik lap yaxına gəldi.  Hər ikisini diqqətlə nəzərdən keçirdi.
Sən kimsən  deyə birinci əsgərə müraciət elədi. Oğlan qramafon kimi birnəfəsə özü barədə məlumat verdi.
Kommunistsənmi  deyə polkovnik soruşdu.
Bəli, 1940cı ildən!
Moskva əcnəbi dillər institutunu qurtarmış bu yefreytorun özü haqqında söylədikləri Səlimxanovun ürəyindən oldu. İkinci, nisbətən cavan görünən komsomolçu döyüşçü də polkovnikin nəzərdə tutduğu iş üçün yararsız deyildi.  O da almanca sərbəst danışırdı.
Çox gözəl!  Diviziya komandiri trubkasını tütünlə doldurub ovcunda saxladı.  Əmrimə diqqətlə qulaq asın  Bu dəqiqədən başlayaraq siz aparatın yanında növbə çəkməlisiniz!  Kağız, karandaşınız həmişə hazır olmalıdır!  Bəlkə də beşon saat, hətta bir neçə gün telefonda heç nə eşitməyəcəksiniz.  Ancaq bu sizi darıxdırmamalıdır.  Dəstəyi bircə an qulağınızdan ayırmayın!  Bu aparat gec-tez dilə gəlməli, danışmalıdır! Həm də alman dilində! Bütün eşitdiklərinizi  mənasını başa düşsəniz də, düşməsəniz də, nöqtəsinə qədər yazmalısınız.  Ancaq özünüz nəfəsinizi də çəkməməlisiniz, aydındırmı?
Səlimxanovu diqqətlə dinləyən döyüşçülərin ikisi də eyni vaxtda cavab verdi.
Aydındır, yoldaş qvardiya polkovniki!
Diviziya komandiri trubkasını yandırıb sümürdü.
Bu telefonda eşitdiklərinizin bir kəlməsi də kənara çıxmamalı, bu otağa məndən başqa heç kəs girməməlidir!  O, üzünü Zaxarçenkoya tutub əlavə etdi  Leytenant, təcili olaraq qapıda gözətçi durmalıdır!  
Baş üstə!
Polkovnik bir an susub sözünü tamamladı
Aparat işə düşən saniyə mənə məlumat verərsiniz!  Sualınız yoxdur ki
Xeyr!
Elə isə işə başlayın!  Hər dörd saatdan bir növbəni dəyişərsiniz!

Xarabalığa bir kilometr qalmış «Villis» dayandı.  Əvvəlcə polkovnik, sonra da Zaxarçenko ilə Bədirzadə aşağı atıldılar.
Sən məni gözləmə!  deyə Səlimxanov şoferinə tapşırıq verdi.  Müşahidə məntəqəsində olacağam naharımı ora gətirərsən.  Yadından çıxmasın ki, tütünüm də az qalmışdır.
Şofer sükanı fırladıb, geri döndü.
Diviziya komandiri, yanınca da leytenant ilə Bədirzadə danışmadan, iri addımlarla təpənin döşünə qalxmağa başladılar.
Hava bərk soyuq idi.  Şaxtadan donmuş torpaq onların çəkmələri altında buz kimi sınıb xırçıldayırdı.
Yağacaq!  deyə polkovnik başını qaldırıb bozarmış göyə baxdı. Zaxarçenko da onun sözünü təsdiqlədi.
Əsil qar havasıdır.
Araya çökən sükutu yenə polkovnik pozdu.
Leytenant, bu cavan oğlanın necə rabitəçi olduğunu bilirik. Kəşfiyyatda əli necədir, bacarırmı ?
Batareya komandiri fikirləşmədən dilləndi.
Siz onu bu işə göndərməkdə əsla səhv etməmisiniz, yoldaş qvardiya polkovniki.  Bədirzadə bütün əməliyyat boyu həm təcrübəli telefonçu, həm də kəşfiyyatçı kimi çox ustalıqla tərpənirdi.
Səlimxanov Qulama baxaraq qımışdı.
Sağ ol, bakılı balası!  deyə zarafatla onun kürəyinə vurdu. Mən qorxaq sandığım adamları utandırmaq üçün kartofsoğan soymağa mətbəxə göndərirəm.  Biriki dəfə belə elədikdən sonra hər şeyi özləri  başa düşürlər.  İgidləri isə daha çətin imtahanlarda sınaqdan keçirirəm.
Söhbət bura çatanda Qulam özünü saxlaya bilmədi 
Yoldaş qvardiya polkovniki, əgər siz məni doğrudan da çətin sınaqlarla yoxlamaq istəyirsinizsə, əmr edin, serjant Meladzenin dalınca gedim.  Onun başında bir xətər olmasa idi, indiyədək mütləq hissəyə qayıtmışdı.   Mən Sandronu yaxşı tanıyıram  dəyirmana salsan, diri çıxar.  Ancaq bu dəfə… Bu dəfə nə isə bir hadisə baş vermişdir…
Diviziya komandiri Qulamın gözləmədiyi halda çox acıqlı cavab qaytardı.
 Döyüşçü Bədirzadə!  Bu xahişi bir daha dilinə gətirməməyi sənə əmr edirəm!  Diviziyada olan bütün əsgərlərin, komandirlərin həyatına hər kəsdən əvvəl mən cavabdehəm!
Zaxarçenko arxadan Qulamı dümsüklədi «Sus! Danışma!»
Elədiyim qəbahətə görə üzr istəyirəm, yoldaş qvardiya polkovniki!  deyə Bədirzadə pərt oldu.
Yarım saat sonra onlar müşahidə məntəqəsinə çatdılar.
Səlimxanov qazmanın qabağında ayaq saxladı və üzünü Qulama tutaraq - Sən get, yat!  dedi.Bəlkə yuxuda dostun Sandronu görüb rahat oldun. Həm də Semixatkadakı iki min evdən hansının zirzəmisində, quyusunda, həyətbacasında gizləndiyini dürüst öyrənən, bizə də xəbər verərsən.
Polkovnikin bu sözlərlə nəyə eyham vurduğunu yaxşı başa düşən Bədirzadə öz xahişində haqsız olduğunu dərk elədi. Doğrudan da, düşmənin yerləşdiyi böyük bir kəndə gedib Sandronu aramaq, ot tayasında iynə axtarmaq qədər çətin idi.   Qulam isə dostu üçün can yandırdığından, işin dalısını fikirləşmir, Səlimxanovun yumşaq damarını tutan kimi bu məsələni ortaya atırdı.
O, müşahidə məntəqəsinin yaxınlığındakı qazmaya gəlib, növbədən sonra burada dincələn əsgərlərin arasında özünə yer elədi. Soyunmadan quru taxtın üstündə uzandı. Həmin dəqiqə şirin yuxuya gedəcəyinə şübhə etməyən Qulam, xeyli vaxt gözlərini qaranlıq boşluğa zilləyib, yata bilmədi.  Meladzeni gah öz döyüşçü yoldaşları ilə birlikdə, yenə həmişəki təkin deyibgülən, zarafatlaşan, gah da düşmənin arxasında çətin, çıxılmaz vəziyyətlərdə gördü. «Onu hara göndərdilər.Bəs niyə qayıtmadı?Əgər serjantın yubanmasında bir təhlükə yoxsa, nə üçün hamı ondan danışır Polkovnik özü də nigaran deyildimi..»  Bu suallar Qulama rahatlıq vermir, onu cürbəcür fikirlərə düşməyə məcbur edirdi.
Dan yeri sökülürdü. Qazmanın açıq qapısından içəri nizə təkin zəif bir işıq zolağı uzanırdı.  Bayırda gəzən gözətçinin yeknəsəq ayaq səsləri eşidilirdi.  Qulam dikəlib bir eşmə bükdü, yandırdı və tüstünü sinəsinə çəkərək, yarımqaranlıq qazmadan yanyörəsinə nəzər saldı.
Yatan əsgərlər daş kimi hərəkətsiz düşmüşdülər. Yəqin ki, hamısı bərk yorğun idi.  Qulamın içəri girdiyindən heç biri xəbər tutmamışdı.
Saxla çəkim,  deyə bu vaxt qıraqdan kal bir səs eşidildi.  Qulam eşməsini dalbadal sümürüb, üzünü görmədiyi döyüşçüyə tərəf uzatdı.
Al!
Közün işığı qaranlıqda bu əldən o ələ ötürülüb uzaqlaşdı.
Növbədən gəlirsən?
Qulam sual verilən səmtə baxdı.
Necə?
Serjantdan xəbərin yoxdur?
Xeyr,  deyə o, köksünü ötürdü. Əsgər çeşməni qazmanın divarına basıb söndürdü. Közdən qopan qığılcımlar aşağı səpələndi.
Göz qabağında ölmək itkin düşməkdən min kərə yaxşıdır!  dedi.  Sonra heç biri danışmadı.
Qulam yerinə uzandı. Bu dəfə anasını xatırladı. «Arvada çoxdandır məktub yollamıram. Yəqin nigarandır.  Bu günsabah vaxt tapan kimi ona kağız yazmalıyam!»  deyə düşündü.
O nə vaxt yuxuya getdiyini bilmədi.
Səhər növbədən gələn gözətçi, üstbaşı qar içində, qazmaya girib Qulamı silkələdi
Dur!  Polkovnik səni çağırır!
O qalxıb özünü səliqəyə saldı.  Kürəkləri donmuşdu.
Zirzəmidəki əsgərlərdən üçü harasa getmişdi, ikisi də hələ də mışılmışıl yatırdı.
Haradadır polkovnik  deyə o, papağını çırpan döyüşçüyə baxdı.
Müşahidə məntəqəsində.
Bayırda qar yağıb, nədir?
Qulam qazmadan çıxcaq işıqdan gözlərini qıydı. Hər tərəf atappaq idi. Bir an məntəqənin hansı səmtdə olduğunu ayırd edə bilmədi. Sonra qar üstündəki ayaq izlərindən onun yerini müəyyənləşdirdi.
İcazə verin, yoldaş qvardiya polkovniki!  deyə o, içəri gircək ucadan dilləndi.
Buyur!
Döyüşçü Bədirzadə sizin əmrinizlə gəlmişdir!
Səlimxanov nə üçünsə zənnlə ona baxıb, xəfifcə gülümsündü. Qulam qazmadakıları gözdən keçirdi. Burada tanıdığı adamlardan savayı, alman qiyafəsində iki nəfər də vardı.
Yaxın gəl!  deyə Səlimxanov yenə bayaqkı tərzdə mehribanlıqla gülümsündü.
O, bir addım qabağa keçib dayandı.
Tanış olun!  Polkovnik, üzünü sarı tük basmış alman qiyafəli soldatı göstərdi. Bədirzadə bu vaxt ona göz vuran serjant Meladzeni tanıyıb irəli atıldı.
San… dro!!.
Qulam!!.
Dostlar birbirinə sarıldılar.
Bədirzadə tanımadığı ikinci adama baxdı. Bu, həqiqətən alman zabiti idi.
Lakin bu səhər Qulamı ikinci bir xəbər həmin görüşdən az sevindirmədi  «Bakı» telefon stansiyası düşmən diviziyası qərargahının danışıqlarını tutmuşdu!

 

DƏMİR YOLU KƏNARINDA
Alman kapitanının gözlənilmədən Bondarçukun evinə gəlməsindən şübhələnən və onların arasındakı danışıqdan bir şey anlamayan Sandro əvvəlcə nə edəcəyini bilmədi. Sonra nədənsə hər ikisinin səsini qaldırdığını görüb, baş verəcək təhlükənin qarşısını almaq üçün taxtapuşdan aşağı atılaraq Xenfeldi xirtdəklədi. Sarışın araya girməsəydi, serjant ehtimal ki, yavəri evin küncündə boğub öldürəcəkdi.  Yavər onun əlindən yaxa qurtarıb ayağa duranda, Sandronun ağır yumruğunun zərbəsindən sol qaşının altı partladığını hiss etdi.  Məsələnin nə yerdə olduğunu təxmin edən alman kapitanı, onlara baxaraq hətta bir balaca gülümsədi də.
Eybi yoxdur, deyə Sarışını pərtlikdən qurtarmağa çalışdı.Keçib gedər. Ancaq Sandronun hələ də tam arxayınçılıq hasil etmədiyini gördüyü üçün pistoletinin güllələrini boşaldıb cibinə tökdü.  Sonra yenə də Bondarçuka eşitdirdi  Serjantı rus dilində başa sal, de ki, mən özgəsi deyiləm.Cismən düşmən cəbhəsində dursam da, qəlbən sizin dostunuzam. Məndən şübhələnməsin…
Sarışın məsələni Meladzeyə danışanda o, özündən çıxdı.
Təqsir səndədir!  Bunu əvvəldən desəydin, qarnın ağrımazdı ki!
Xenfeld şişi yatırmaq üçün qaşının üstünə mis pul bağladı.  Sonra da soyuq kompres qoyub, xeyli gözləməli oldu.
Həmin günü yavərinin başını sarıqlı görən fon Berner özündən çıxdı teztez kirpik çalaraq donquldandı
Mən bu tilsimli Semixatkanın kələklərindən heç baş aça bilmirəm!  İşlər belə getsə, biz çoxumuz evə birgözlü qayıtmalı olacağıq!
Elə qurtarsaq, xoşbəxtlikdir, cənab general,  deyə yavər onu lap qorxutdu.  Təki tezliklə bu yeri tərk edib geri çəkiləydik.
Fon Berner əllərini dalına qoyub, qabağa əyilmiş halda əsəbi addımlarla qərargahda gəzinərək deyinməyə başladı.
Qəribədir! Sən aşpazı vurub gözünün altını göyərdirsən, başqası səni vurub qaşını partladır.  Sabah da mənim başımı əzəcəklər…
Üzr istəyirəm, cənab general, məni vuran olmamışdır.  Ancaq bu hamı üçün, hər dəqiqə mümkün olan şeydir. Dediyim kimi yaxınlığımda partlayan top gülləsindən özümü qoruyanda daşın üstünə yıxılmışam.  O ki, qaldı aşpaz feldfebel, onun tənbehini, doğrudur, mən vermişəm. Yerli camaatı məqsədsiz incitmək, özünüz dediyiniz kimi, biz almanların heç də xeyrinə deyildir.  Əgər bunu mənə bir qəbahət hesab edirsinizsə, mən hər cür cəza çəkməyə hazıram.
Söhbətin bu məqamında çəpgöz aşpaz başı sarıqlı halda ehtiyatla içəri girərək qapının ağzında dayandı.
Nə var! Sözün nədir!  deyə general onun üstünə çəmkirdi.
Feldfebel adəti üzrə xırdaxırda doğramağa başladı
Elə vacib bir sözüm yoxdur, cənab. Gəldim sizə məlum edəm ki, meyliniz çəksə, yarım saata, uzaq başı qırx dəqiqəyə kimi naharınızı yeyə bilərsiniz.  Bu gün çox çətinliklə də olsa, sizin üçün çolpa tapıb, ətindən ləzzətli şorba…
Fon Berner hövsələdən çıxdı. Stol üstündəki boş butulkanı qapıb ona tərəf tolazladı.
Rədd ol!  Gözünün sarığını açmamış, bir daha bu vəziyyətdə yanıma gəlib zəhləmi tökmə!  Eybəcər!
Feldfebel divara dəyib çilikçilik olan butulkanın qırıntılarını ətəyinə yığaraq daldalı otaqdan çıxdı.
Nahaq yerə əsəblərinizi pozmayın,  deyə Xenfeld generalı sakit eləmək istədi.  Bizim bu aşpaz şüursuz dana kimi bir şeydir!  Belə mərifətsizləri sözlə tərbiyə etmək, heyvana ali təhsil verməkdən çətindir.  Kapitan söhbəti dəyişmək üçün araya söz atdı  Katerinanı tapıb danışdım. Tapşırdım ki, gözqulaqda olsun, bir şey öyrənən kimi mənə xəbər çatdırsın.
Bu günlərdə xüsusilə ehtiyatlı tərpənmək lazımdır!  deyə fon Berner gözlərini qırpıb, üzünün ətini səyirtdi. Dnepri adlayan sovet piyadaları saatbasaat qabağa soxulurlar. Üstəlik, o biri sahildən toplar, minaatanlar onları möhkəm mühafizə edir.   Diviziyamıza göndərilən artilleriya qüvvəsi bir həftəyədək burada olmalıdır. Ondan sonra isə çox gözləməyəcəyik.Rusları Ukraynadan təmizləmək, gələcək üçün böyük taxıl ehtiyatını əldə saxlamaq deməkdir.  Bunsuz, alman ordusunun qarnını doydurmaq mümkün olmayacaq.
Xenfeld onun fikrinə qüvvət verdi.
Elədir, cənab general, hələ üstəlik yerli camaatı da çörəklə təmin etmək Almaniyanın öhdəsinə düşəcəkdir. O, azacıq susdu. Sonra fon Bernerdən söz almaq məqsədi ilə soruşdu-Sizcə, göndərilən artilleriya qüvvəsi rusları geri qovmağa tam kifayət edəcəkdirmi?
Elə bilirəm köməyimizə gələcək iyirmi beş «Ferdenant», «Tiqr» tankı, iyi yüz əlli top, yetmiş «Vanyuşa» və səkkiz yüzə qədər avtomatlı soldat cəbhəni yarıb irəliləməyimiz üçün artıqlaması ilə kifayətdir.  General siqaret yandırıb sözünə əlavə etdi   hələ üstəlik neçə vaqon mərmi də bizim arsenallara boşaldılacaqdır.
Bu çox gözəl olar, cənab general!  deyə yavər özünü sevincək göstərməyə çalışdı.  Məncə rusların qüvvəsi çatsaydı, indiyədək Dnepr sahilində qərar tutmazdılar.  Yəqin onlar da bizim kimi axırıncı barıtlarını atıb dayanıblar.
Fon Berner onunla razılaşmadı.
Xeyr, səhv edirsən, kapitan!  Hazırkı vəziyyətdə hücuma keçmək ruslara əsla əl verməz! Sən həkimsən, xəstələrin dərdindən asanlıqla baş açsan da, müharibə siyasətində hələ çox bicliklər öyrənməlisən.  Düşmənin Semixatka rayonundan irəliləməsi onu təhlükə qarşısında qoyar.
Siz yəqin ki, sağ və sol cinahlarımızın xeyli qabaqda durmasını nəzərdə tutursunuz,  deyə Xenfeld heç də əfəl olmadığını generala bildirmək istədi.  Əlbəttə, bu şəraitdə rusların hücuma keçməsi qəsdən mühasirə tələsinə girməkdir.  Orta hissədən Dnepri adlamaq isə onların çox xeyrinə oldu.  Gələcək işləri üçün istədikləri qədər qüvvəni o biri sahilə toplayacaqlar.
Fon Berner gülümsündü
Afərin, kapitan!   Sən, mən düşündüyümdən daha ağıllısanmış!
Cənab general, stratejini mən ancaq qərargaha  sizin yanırııza yavər gəldikdən sonra azçox əxz eləmişəm.

Xenfeld gedəndən sonra, Bondarçuk dəmir yolunda nə kimi əməliyyat aparmalı olacağını serjanta danışmağı yersiz sanmadı. Çünki bu işdə Meladze də ona kömək edərdi.
Bayırda gediş-gəliş kəsilmədiyindən, kəşfiyyatçılar evdən çox gec çıxdılar.
Almanlar qızğın fəaliyyətdə idilər.
Kəndin içində qoyulacaq toplar, minaatanlar üçün yer hazırlanır, yollardan keçən telefon xətləri basdırılır, təzə xəndəklər qazılırdı.  Vəziyyətdən xəbərdar olan kənd adamları Semixatkanın ucqarlarına çəkilmişdilər.  Ona görə də Sarışının qonşuluğuna köçənlərin sayı artmışdı.  Sandro necə olursaolsun tezliklə buradan getməli idi. Bundan sonra Xenfeldlə görüşmək də qız üçün xeyli çətinləşəcəkdi.
Bondarçuk bu gecə serjantın köməyi ilə əməliyyatı mütləq başa çatdırmalı idi.
Kəşfiyyatçılar hələ evdən çıxmamış Sarışının əvvəlcədən yığdığı kabelləri başbaşa bağlayıb hazırlamışdılar. Gecə saat ikiyə yaxın onlar qərargahın əllialtmış metrliyində, münasib yerdə gizlənib aranın sakit olmasını gözlədilər.Buranı keşikçi heç cür görə bilməzdi.
Kəndin küçələrindən əlayaq yığışan kimi Bondarçuk işin bir qismini görüb qurtardı. Ertədən bələdlədiyi qərargahın mərkəzi telefon xəttindən qol ayırıb qırağa çəkdi.  Sonra dəmir yoluna qədər aparılan əməliyyat o qədər də vaxt və əziyyət tələb etmədi. Ancaq işin axırına yaxın, yolda rastlaşdıqları almanlar onları ləngitməkdən savayı, həyatlarını da təhlükə qarşısına qoydu.   Buna baxmayaraq nə Sandro, nə də Bondarçuk geri çəkilmədi.
Soldatlardan birinin tərkində dördkünc qutu vardı. Bu, yəqin ki, radiostansiya idi. İkinci, furajkalı isə uzaqdan zabitə oxşayırdı.   Heç bir qorxu hiss etmədən qabağa gələn almanlar, çox güman ki, qarşıdakı köhnə dəmir yolu vağzalının damında gizlənib, səhər oradan gördüklərini radiostansiya ilə arxaya xəbər verəcəkdilər. Sandro nəfəsini çəkmədən onların hər addımını dördgözlə izləyirdi.
Ehtiyatlı ol!  deyə serjant, Bondarçuku xəbərdar elədi.
Almanlar düz kəşfiyyatçıların üstünə addımlayırdılar.  Artıq nə geri çəkilmək, nə də yerlərini dəyişmək mümkün deyildi.  Ətraf düzənlik olduğundan, qaranlıqda da onları görə bilərdilər.  Serjant səhv eləməmişdi.  Radistlərdən biri zabit qiyafəsində idi.  
Atacağam!  deyə Sandro, Bondarçukun qulağına pıçıldadı.
Almanlar onların qarşısından keçəndə Meladzenin avtomatından bir qatar güllə vıyıldadı və həmin saniyə tərkində radiostansiya olan soldat ürəyini tutub arxaya qanrılaraq yerə yıxıldı.
«Xinde xox!»  deyə kəşifyyatçıların hər ikisi eyni vaxtda çığırdı. Qəfildən təhlükə ilə qarşılaşan zabit, əlini pistoletinə atmağa imkan tapmamış Sandro ilə Bondarçuk onun başının üstünü aldı.
Tərksilah edilmiş alman leytenantı nə imdada adam çağırmağa, nə də qaçmağa səy göstərdi.
Kəşfiyyatçılar sonrakı işlərini zabitin öz əli ilə görüb qurtardılar və yerə səpələnmiş alman soldatının şinelini soyundurub meyidini kənara sürütləyərək, örtbasdır elədilər.
İndi stansiyanı götür, gedək!  deyə Sarışın ələ keçirtdiyi pistoletlə leytenantın qabırğasını dürtmələdi. Tez ol, vaxtımız azdır!
Zabit səsini çıxarmadan əmrə itaət elədi. Sandro isə öz sırıqlısının üstündən ölən soldatın yaşıl şinelini geyinib, onun pilotkasını başına qoydu.
Sağ ol, qatso!  deyə Bondarçukun əlini sıxdı.
Sizə də yaxşı yol, serjant. Dostunuza məndən alovlu salam söyləyərsiniz…
Sarışın geri qayıdıb qaranlıqda gözdən itdi. Sandro, zabiti qabağına salıb, dünən cəbhəni keçdiyi yerə tərəf istiqamət aldı.