Salam Qədirzadə. 46 bənövşə (7-ci hissə)
NAMƏ VÜSALIN YARISIDIR
Neçə gün ara vermədən yağan qar səhərdən kəssə də, hələ havanın şaxtası sınmamışdı. Soyuq, iynə kimi adamın iliklərinə işləyirdi. Diviziyanın yerləşdiyi qonşu kəndin evləri, ağacları qardan qalın paltar geyinmişdi. Ortada yüksələn kilsə, hələ üstünün ağ örtüyü qaldırılmamış nəhəng abidəni xatırladırdı.
Qulam başqa bir telefonçu ilə xarabalıqdakı kəşfiyyat məntəqəsində növbədə dururdu. Onlar hər yarım saatdan bir dəyişib, xəndək boyu o baş-bu başa yüyürərək canlarını isidir, lakin azacıq keçməmiş şaxta yenə kələklərini kəsirdi. Qazmanın açıq qapısından qar içəri dolmuşdu. Qulam yerə xeyli ot döşəsə də, şinelə bürünüb onun üstündə yatmaq yenə mümkün olmurdu. Hətta anasına göndərdiyi məktubların birində o, bu barədə də yazmışdı «…Daha sən görən nərmənazik oğlan deyiləm. Rus qışının soyuğuna alışmışam. Desəm, inanmazsan iki gecədir qarın üzərində yatıram. Heç halıma da təfavüt eləmir…»
Ancaq əsil həqiqəti anasından gizlətmişdi. Divarları buz bağlamış qazmada ayaqlarının donu açılmırdı. Belə vaxtlarda o, sobası çırthaçırtla yanan, ocaq üstə xörək qazanı buğlanan bir otağı elə arzulayırdı ki!.. Lakin müşahidə məntəqəsində növbə çəkən telefonçular üçün bu mümkün olan şey deyildi! Hələ yaxşı ki, düşmən cəbhəsi susurdu gülləyə qənaət elədiyindənmi, atəş nöqtələrinin yerini bildirmək istəmədiyindənmi, nədənsə, çox atmırdı. Yoxsa Qulamgil hərdən çay əvəzinə bir qazança su qaynadıb içməyə də həsrət qalardılar. Sandronun isə həmişəki kimi kefi kök idi. Günün yarısını qonşu kəndin kilsəsindən stereotruba ilə müşahidə aparır, gecələr aşağıda, keşişlərə məxsus otaqda yatırdı. Hərdən Qulama zəng vurub sağ cinahdakı vəziyyəti xəbər alır, baməzə söhbətləri ilə onu əyləndirirdi.
Qulam, dostum, bilirsən nə var
Yox…
Deyirəm bir qız olsaydı sevərdim.
Bəs Naziko Ona xəyanət edərsənmi
Əşi, sözdür deyirəm də özümünkünü dünyaya dəyişmərəm.
Yaxud.
Hə, genasvale, həriflər sizə portmanatzad atmırlar.
Hələ ki sakitlikdir, Sandro. Ancaq şaxta kələyimizi yaman kəsib. Sənin halın necədir?
Qatso, özün bilirsən ki, mənim üçün hər yerdə Tbilisidəki kimi xoş keçir. Bu saat keşişin otağında peçi təzəcə qalamışam, hamam bunun yanında yalandır. Özüm də təkcə trusiklə oturmuşam. Bura bax, Qulami, istəyirsən batareya komandirini bişirim, məni göndərsin, bir neçə günlüyə səni əvəz eləyim, hə?
Sağ ol, Sandro.
Genasvale, sağam də, ölməmişəm ki! Onda ikicə gün də bir təhər döz, sonra canını qızdırmaq mənim boynuma. Əşi, sənsiz yaman darıxıram. Doğrusu, bu yoldaşım, bax özü də eşidir, çox qaradinməz adamdır. Zalım oğlunun gülməklə, danışmaqla arası yoxdur. Hey telefon trubkasını qulağına tutub susur. Deyirəm, genasvale, nə qədər fikir eləsən yenə tövlə evin dalına düşəcək…
Meladzenin belə məzəli söhbətlərindən Qulamın canına sanki bir istilik gəlirdi.
Ötən müddət ərzində Sandro dostu barədə Sarışının dediyi sözləri də xırdaxırda ona çatdırmışdı «O, elə teztez səni soruşurdu. Mən də ki, özün bilirsən, səni o qədər tərifləyirdim ki, Napoleon Bonapart sənin yanında yalan olmuşdu…»
Cəbhədə vəziyyət sabit idi. Yenə də hər iki tərəf susurdu. Əvvəllər təktük eşidilən top səsləri də ara vermişdi. Tufandan qabaq dəniz sakitləşdiyi kimi, müharibə meydanında da belə vaxtlarda aranın qəfildən qızışacağını döyüşçülər yaxşı bilirdilər.
Qulam məktubuna cavab almadığı üçün evdən nigaran idi. Həmişə hər üçbeş gündən bir kağız yollayan anası, ikinci həftə idi ki, onu intizarda qoymuşdu.
Heç fikir eləmə, deyə bundan xəbər tutan Sandro dostuna təsəlli verirdi. Səni əvvəldən pis öyrədiblər. Mən Tbilisidən çıxalı evimizə cəmisi dördbeş kağız yazmışam. Məktub qız işidir.
Bu səhər yenə Qulamı telefona çağırdılar.
Kimdir?
Gürcü balasının səsinə oxşayır deyə növbə çəkən yoldaşı ona cavab verdi. Qulam tənbəltənbəl yerindən qalxdı, biriki dəfə gərnəşdikdən sonra telefona gəldi.
Bəli, mənəm, Sandro, deyə yuxulu halda özünə yad bir səslə dilləndi.
Meladze ucadan təntənəli tərzdə salamlaşdı
Sabahın xeyir, qatso! Kefin necədir? Evdən bir xəbər çıxdımı
Qulam kürəyini ovuşdurub, qurcandı.
Yox, anamdan çox nigaranam. Dünən yenə kağız yazmaq istədim, soyuqdan əlim qələm tutmadı.
Düzələr deyə Sandro əsil mətləb üstünə gəldi. Bura bax, genasvale, Zaxarçenko ilə danışıb sənin üçün iki saatlığa vaxt almışam. Dur tez özünü kilsəyə yetir. Bu gün canımızı əməllibaşlı qızdıracağıq.
Qulam heç nə başa düşmədi.
Nə dedin Neyləyəcəyik
Deyirəm, biriki saatlığa cənnətə gedəcəyik. Leytenant da bizimlə olacaq.
…Qulam avtomatını çiyninə alıb azacıq uzaqlaşmışdı ki, Qızılkilsəlidən məntəqəyə xörək aparan aşpazla qarşılaşdı.
Muştuluğumu ver, sənə məktub gətirmişəm! deyə o, əlindəki iri termosu yerə qoyub cibindən ağ bir zərf çıxararaq, başının üstündə yellətdi. Qulam sevincək məktubu alıb baxan kimi Məhbubənin xəttini tanıdı.
Bura bax, hara belə Nahar eləməyəcəksən deyə aşpaz kəmərindən asdığı flyaqanı taqqıldatdı. Yüz qramın da burdadır.
O da sənin muştuluğun!
Qulam zərfi açıb məktubu oxumağa başladı. Bu dəfə Məhbubə kağızı Pakizə xalanın deyil, öz dilindən yazmışdı.
«Hörmətli qardaşım!Əvvəla sizə doğma Bakımızdan salam. Ananızdan nigaran qalmayın. Mən hər gün ona baş çəkirəm. Məktublarınızı da xalaya özüm oxuyuram. Hərdən məni də yada salıb, salam göndərdiyinizə görə çox şadam. Təşəkkür edirəm. Ancaq sizdən bircə xahişim var bundan sonra ananıza soyuqdan, qardan, bir sözlə, vəziyyətin çətinliyindən heç nə yazmayın! Belə şeylər arvada əziyyət verir, ürəyi narahat olur. O da özünü soyuğa vermişdi, həkim çağırdım, dərman yazdı, indi yaxşıdır. Mən bu məktubu sizə elə öz xahişimi bildirmək üçün yazdım.Salamat qalın.Yaxın zamanda qələbə ilə qayıtmağınızı arzu edirik.Hamıdan sizə salam var.Məhbubə».
«Sağ olasan, qonşu qız!» deyə Qulam kağızı dörd qatlayıb döş cibinə qoyaraq, ürəyində ona təşəkkür elədi. Sənin məktubundan anamın ətrini aldım. Elə bil lap özünü gördüm. axşı demişlər namə vüsalın yarısıdır!
Axşamlar gün batanda Pakizə xala pəncərənin qara pərdələrini salıb, işığı yandırar və radionun qabağında oturaraq qulaq asardı. Hər dəfə ona elə gələrdi ki, indicə diktor gur səslə deyəcəkdir «Gözünüz aydın olsun! Müharibə qələbəmizlə qurtardı!» Ancaq eşitdiyi xəbərlər heç zaman ananı sevindirməzdi. Üçüncü il idi, cəbhədə, odlu vuruş meydanlarında insanlar ölür, insanlar yaralanır, insanlar qan axıdırdı. Tanklar yanır, təyyarələr vurulub yerə salınırdı. Kəndlər, şəhərlər dağılıb xarabazar olurdu. Həyat gündə nə qədər günahsız qurbanlar verirdi! Hər gün həyatdan gedirdi, həyata heç bir şey əlavə edilmirdi.
Bu səhər Pakizə xala oğlundan məktub alanda necə sevindisə, Məhbubəni çağırmağa gedəndə astanada büdrəyib, üzüqoylu yerə yıxıldı. Ancaq heç bir ağrı hiss etmədi.
Ay qız, xalan sənə qurban, tez özünü bura yetir. Gədədən kağız gəlib! deyə həyətə açılan pəncərəni aralayıb qonşu qızı səslədi.
Məhbubə yarımçıq hörülmüş tellərini yellədəyellədə, pillələri ikibir, üçbir qalxaraq özünü Pakizə xalaya yetirdi.
Hə, deyirdin uşağımın başında qəzavüqədər var. Axır ki, ürəyin sakit oldu! Məhbubə zərfi alıb açdı. «Anacan, salam!» deyə o, birinci sətri oxumağa başlayanda arvad özünü saxlaya bilmədi.
Əleykəsalam, bala, anan sənə qurban!
Pakizə xala oğlunun sözlərini dinlədikcə kövrəlir, astaasta başını yırğalayırdı.
«…Ana, göndərdiyin sovqatları aldım. Çox sağ ol, böyük zəhmət çəkmisən. Sən hər məktubda soruşursan ki, bu tərəflər necədir, qarı, şaxtası varmı Harada gecələyirəm, mənə soyuq olmur ki.. Məhbubə hörüyünü barmağına dolayıbaçaraq əzik kağızda qara karandaşla yazıldığından pozulmuş kəlmələri höccələyirdi. Əlbəttə, bu tərəflərin qışı Bakıdakı kimi deyil. Ancaq daha öyrənmişəm. O sən görən nərmənazik oğlan deyiləm. Rus qışının soyuğuna alışmışam. Desəm inanmazsan, iki gecədir qarın üzərində yatıram. Heç halıma da təfavüt eləmir…»
Can bala! deyə ana bu yerdə dözə bilməyib hönkürdü. Bəs mən o ipək yorğandöşəyi kimin üçün hazırlamışdım! Heç rəvadırmı mən isti yerdə, sən açıq havada, soyuqda qalasan
Məhbubə arvadı sakitləşdirməyə çalışdı
Yaxşı, ay Pakizə xala. Bir az özünə toxtaqlıq versənə. Adam bu qədər ağciyər olmaz!
O günü arvadın ürəyi çox kövrəldi. Axşamadək yediyini, içdiyini bilmədi. Bayırda quşbaşı qar yağırdı. Şaxta pəncərə şüşələrinə nəqşlər rəsm etmişdi. Pakizə xala hey fikirləşir, fikirləşirdi.
Qara gözlərinə qurban, ay bala, deyə teztez gəlib Qulamın divardan asılmış şəkli qarşısında dayanır, onunla danışırdı. Sən o soyuqlara necə dözürsən? Məgər mən səni bu gün üçünmü böyütmüşdüm.
Zərli çərçivədən gözlərini qırpmadan baxan oğlunun dinmədiyini görən ana özü öz suallarına cavab verirdi «Ürəyini qısma, anacan. Sağsalamat gəlib yenə sənin ipək yorğandöşəyində rahatca yataram. Belə günün ömrü az olar…»
İkinci gün Pakizə xala xəstələndi. Gecə qaranlıq otaqda yerinə uzanıb düşünən ananın qəlbində bir çıraq həm yandı, həm söndü. Arvad, Qulamı gah öz yanında gördü, gah da onun məktubları kəsildi, sonra heç bir xəbərətəri çıxmadı, ana oğulsuz qaldı.
Haçandanhaçana Pakizə xala qızdırma içərisində gözlərini yumdu. Yuxudamı, oyaqlıqdamı orasını bilmədi, əsgər oğlunu şinelə bürünərək qarın üstündə yatmış gördü. O, hövlnak qalxıb yerində oturdu. Sehrlənmiş kimi sərsəm nəzərlərlə yanyörəsinə baxdı. Qaranlıq otaqda heç nə sezmədi. Pəncərənin qara örtüyü arasından içəri zəif işıq süzülürdü. Arvad nə fikirləşdisə, yorğanı üstündən kənara atdı, ayağa qalxıb, balkon qapısına yaxınlaşdı. Pərdəni yana çəkdi, bayıra baxdı. Hər tərəf qar… qar… ağappaq qar idi. Göylər bomboz görünürdü. Deyəsən, hələ çox yağacaqdı.
Pakizə xalanın qulağına sanki oğlunun səsi gəldi «Get yat, ana, sənə soyuq dəyər!» Arvad qapını açdı. Eləcə alt paltarında, ayaqyalın, tərlitərli küçə balkona çıxdı. Burada dizə qədər qar vardı. «Mənim əziz balam, bu şaxtalı qış gecəsində sən qarın üstündə, mənsə isti yorğandöşəkdə yatacağam Yox, buna ana ürəyi dözə bilməz!» O, sinəsini açıb üzüqoylu yerə uzandı. Bütün əzalarına, iti neştər təkin kəsib doğrayan bir gizilti doldu. Arvad bununla da kifayətlənmədi. Oğlunu qucaqlayırmış kimi, çılpaq qollarını yanlara açıb qarı toplayaraq bağrına basdı. Bədəni titrədi, dişləri birbirinə dəydi, dodaqları əsdi, qəlbində nəsə güclü ağrı hiss elədi. Lakin uzandığı yerdən durmaq istəmədi.
«Qulam səhərə qədər yatır, mən də bu gecə burada qalacağam!»
Azacıq sonra arvad bədəninin quruduğunu və daha tərpənə bilmədiyini hiss edəndə, ölüm məchul bir görkəmdə qaranlıq kölgə təkin gözlərinin qabağına gəldi.
«Qula…am!!» deyə ana var gücünü toplayıb oğlunu köməyə çağırmaq istədi, səsi çıxmadı.
«Yox! Mən balamı görməmiş bu dünyadan köçə bilmərəm!»
Pakizə xala uşaq kimi iməkləməyə başladı. Özünü gücbəla astanaya saldı və oradaca huşdan getdi…
QATSO, QULAMİ, GENASVALE
Qulam Bədirzadə telefon xəttini yoxlamağa çıxmış kimi, Qızılkilsəliyə qədər qarın üstü ilə uzanan kabeli əlindən buraxmadı. Kəndə çatınca onun boşalmış düyünlərini bərkidib, üzü soyulub çılpaqlaşmış yerlərini qaytanla sarıdı. Qulam cəbhədə buna adət eləmişdi hara gedirsə getsin, telefon xəttini gözdən qoymazdı. Batareya komandiri onun bu hərəkətini həmişə təriflər və başqalarına da belə olmağı tövsiyə edərdi «Rabitənin saz işləməsini ancaq vuruş zamanı deyil, adi vaxtlarda da qorumaq lazımdır. Artilleriya müharibənin allahıdırsa, telefon xətləri onun sinirləridir. Bu sahədə Bədirzadə çoxlarına nümunə olmalıdır. O, kabelin hər metrii üçün can yandırır…» Bunu Zaxarçenko deməsəydi də Qulam yaxşı bilirdi ki, çətin ayaqda rabitənin piş işləməsi və yaxud qırılması böyük tələfata yol verər. Döyüşdə o da vuran bir silahdır…
Sandro Qulamı kilsənin həyətində gülər üzlə qarşıladı. Qolsuz maykada olan serjantın istidən yanaqları pörtmüşdü. Hardansa, lap yaxından qalxan zəif tüstü ətrafa dadlı kabab iyi yayırdı. Sandro yəqin ki, ocaq başından gəlirdi. Qulam əlcəyini çıxarıb onun böyrünü dümsüklədi.
Sənə soyuq deyil?
Soyuğu külək apardı, deyə Meladze bicbic gülümsəyərək dostuna göz vurdu. İçəridən özümü bir balaca qızışdırmışam.
Sandro çəkmələrinin boğazını aşağı yığmış, ağ dəri astarını isə iki barmaq üstə qatlamışdı. Əynində zabitlərə məxsus tünd göy dioqanal qalife vardı. Bunu ona hissədən verməmişdilər, özü haradansa ələ keçirmişdi. Sol böyründə nazik kəmərdən dəmir qınlı balaca alman beybudu asılmışdı. Azacıq kirlənmiş ağ maykasının yaxasından Sandronun tüklü sinəsi döşlərinə kimi açıqda idi. Qulamın nəzərləri orada bir nöqtədə sancılıb qaldı «Naziko». Bu kəlmə göy, aydın hərflərlə Sandronun ürəyinin üstündə çəkilmiş bir qız şəklinin altında həkk olunmuşdu.
Qulamın bu kəndə gəldiyi ikinci dəfə idi. Zaxarçenko ilə o, Çeryomuxadakı dəmir yolundan bura rabitə çəkəndə gecənin qaranlığında çox şeyi görmək mümkün olmamışdı. Kilsəyə atılan top güllələrindən onun zərli qülləsinin böyük bir hissəsi uçub həyətə tökülmüşdü. İri, zəncirli xaç da daştorpağın içinə düşmüşdü.
Buyurun kəlisayə… deyə zarafatından qalmayan Sandro, səsinin yoğun yerinə salıb, keşişləri təqlid edərək inək kimi mouldadı, sizə xeyiir dua veriim…
Qulam qəhqəhə çəkib güldü. Sonra o, öz sevincini dostuna bildirdi.
İndicə bura gələndə evdən kağız aldım. dedi. Arvada soyuq dəyib, xəstələnibmiş.
İndi necədir?
Yaxşıdır, yazırlar.
Kilsədə hayana gedirdinsə, hündür divarlardakı müqəddəs Məryəmin, Adəmin və qanadlı mələklərin əlvan boyalarla çəkilmiş şəkilləri öz qəribə baxışları ilə adamı müşayiət edirdi. Alman soldatları burada olarkən içəridə at bağladıqlarından yerə saman qırıntıları səpələnmişdi ocağın tüstüsündən küncdə çarmıxa çəkilmiş İsanın çılpaq müqəvvasını his basdığından o ərəb kimi qaralmışdı.
Sandro!.. deyə, bu əsnada kilsənin kəlləsindən gur bir səs qoparaq divarlara dəyib, əkssəda tapdı. Qulam başını qaldırıb yuxarı baxdı, heç kimi görə bilmədi. Meladze aşağıdan dilləndi
Eşidirrəm!..
Alışqanımı bəri göndər!.. deyə həmin boğuq səs təkrar olundu.
Sandro bayaq ocaq qalayanda, kilsənin qülləsində müşahidə aparan kəşfiyyatçı yoldaşından aldığı alışqanı cibindən çıxartdı. Elə bu vaxt yuxarıdan nazik bir kəndir sallandı. Serjant yaxınlaşıb alışqanı onun ucuna bağladı.
Kəndir yavaşyavaş qaldırıldı.
Görürsən ki, qatso! Sandro gödək bir fit çalıb, boynunun ardını qaşıyaraq Qulama yenə göz vurdu. Biz belə işləyirik. Bir azdan bu qayda ilə yuxarı çox şeylər göndəriləcək. Ancaq etiraf eləməliyik ki, hələ indiyə kimi bu iplə qülləyə bircə qız da qaldırılmayıb. O barədə vəziyyətimiz çox acınacaqlıdır.
Meladze dostunun qoluna girib kilsədəki dəmir qapılı otağa tərəf gətirdi.
Buyura bilərsiniz! deyə zadəganlara məxsus bir əda ilə ikiqat əyilərək əlini qabağa uzatdı. Bura cənabınız Sandro Meladzenin malikanəsidir. Vaxtı ilə həmin otaqda əxlaqsız bir keşiş yaşamışdı.
Qulam içəri keçdi.
Əxlaqsızlığını hardan bilirsən?
Özün görəcəksən, deyə Sandro astanada ayaqlarını çırpıb, çəkmələrinin qarını təmizlədi.
Qazamat barmaqlığına oxşar dəmir şəbəkəli balaca pəncərəsi bağçaya açılan otaqda çırta-çırtla soba yanırdı.Ortadakı tünd şabalıd rəngli qoz ağacından qayrılmış girdə mizin dövrəsində, şah taxtı kimi naxışlı, hündür söykənəcəkli üç qədim kürsü vardı. Sağ yandakı qoşa çarpayıdan birində kimsə yatmışdı. Sol divara söykədilmiş şüşəsi ləkəli köhnə bədənnüma aynanın böyründəki dolabça üstündə iki telefon aparatı qoyulmuşdu. Qulam, telefon dəstəyini qulağına söykəyib dinməzcə oturmuş Samini görcək qabağa yeriyib əlini ona uzatdı.
Oho!.. Salam, qardaş! Kefin, əhfalın?
Anarbayev əvvəlcə bir qanlıqanlı serjanta baxdı, sonra başını bulayıb Qulamla görüşdü.
Çox sağ ol, babatam.
Sən öl, deyə Sandro dostuna eşitdirdi, bu kişi olmasaydı, indiyədək burada üç-dörd dəfə evlənmişdim. Qonşu kəndlərdə elə mamlı-matan qızlar var ki, baxanda adamın ağzı sulanır. Yanaqları sizin Şirvan alması kimi qıpqırmızı, çırtma vursan, qanı damar, hamısı da bizim bığlı Qafqaz oğlanları üçün sino gedir.
Özbək məzəmmətedici nəzərlərlə serjantı süzüb, başını buladı.
Biabırçılıqdır! deyə öz-özünə gileyləndi.
Biabırçılıq budur, yoldaş Anarbayev. Görürsən ki Sandro küncdə qoyulmuş yastı qutunun içindəki şeyləri göstərdi. Qulam keçib ora baxdı. Qutuda olan araq, şərab, likor butulkaları, ayna qırıntısı, bir tay qadın çorabı, yarımçılpaq qadın şəkilləri, dodaq boyası, daraq və başqa bu kimi şeylər doğrudan da Meladzenin sözünü təsdiq edirdi. Kilsədə kimsə uzun zaman müxtəlif qadınlarla əylənmiş və bu törtöküntülər onlardan nişanə qalmışdı.
Gördün ki deyə Sandro Qulama izahat verdi. Keşiş köpəkoğlu belə eləyəndə, başqalarına heç zaval yoxdur. O qutudakıların hamısını bu otaqdan toplamışam. Biz kilsəyə girəndə qıfıl qapının üstündə idi. Keşişdən sonra içəri girənzad olmayıb.
Biabırçılıqdır! deyə özbək başını bulayıb nırçıldadı. Adını ruhani qoyasan, kilsəyə arvad gətirəsən!
Bu söhbəti Meladzedən ilk dəfə eşidən özbək, teztez boylanıb qutudakı şeylərə baxır və keşişi söyürdü.
Daha əxlaqsızın buynuzu olmaz ki! Görmürsən Arvadların corabı, lüt şəkilləri… heç nemes it oğlu belə qələt eləməz!
Sandro ona əhəmiyyət vermədən qapını təpiyi ilə açıb bayıra çıxdı.
Siz söhbətləşin, mənim işim var.
Qulam otağa göz gəzdirdi. Sami, yəqin ki, sobanın qabağında yatırdı. Burada onun şineli yerə döşənmiş, balıncı əvəz edən sırıqlısı dörd qatlanmışdı. Qazançası ilə məhrəbası divardakı bürünc şamdandan asılmışdı.
Sandronun çarpayısının başında qıvrım saçları çiyninə dağılmış, girdəsifət, uzun çatma qaşları və xumar gözləri olan gülümsər bir gürcü qızının şəkli vurulmuşdu. Bu, onun Tbilisidə qoyub gəldiyi sevgilisi Naziko idi. Sandro özünün «qara gözlü ağ göyərçini» haqqında Qulama çox danışmışdı. Toylarına bir neçə gün qalmış müharibə başlanmış və təzə nişanlılar ayrı düşmüşdülər. İndi qızın adı Sandronun dilinin əzbəri olmuşdu. Onun ən möhkəm andı «Nazo canı», ən qiymətli kəlməsi «Naziko» idi. Sandro özü yazmağa tənbəllik eləsə də, sevgilisindən gələn məktubların ardıarası kəsilməzdi. İndi qızın şəklini divarda görcək Qulam daha bir şeyi xatırladı. Sandronun müharibəyə gələrkən özü ilə evdən gətirdiyi və həmişə yeməkdən sonra səliqə ilə silib çəkməsinin boğazına taxdığı alüminium qaşığın dəstəsində də bir ad həkk olunmuşdu «Naziko».
Qulam «keşişin otağı»ndakı hər şeyi diqqətlə nəzərdən keçirib, cibindən tütün qutusunu çıxardaraq, hazır eşmələri Anarbayevin qabağına tutdu.
Papiros çək!
Sami başını da qaldırmadı.
A kişi, niyə belə qaşqabaqlısan, gəmilərin dəryada qərq olmayıb ki! Bir gülübdanışsana! deyə Qulam ərklə onun kürəyinə vurdu.
Anarbayevə elə bil biz batırdılar. Kişi kətil qarışıq yerində fırlanıb, arxasını ona çevirərək donquldandı
Bu da bizim əhlikef Sandrodan geri qalan deyil ha! Mən bəyəm toyazada gəlmişəm
Qulam dediyinə peşman oldu. Saminin istidən pörtmüş yastı yanaqları titrədi. Güclə görülən aralı, seyrək qaşları birbirinə yaxınlaşdı, alnının ortasında dərin qırışlar əmələ gəldi. Qalın dodaqlarının üstünə yayılmış enli burnunun pərələri daha da qabardı. Balaca qıyıq gözləri parladı. Qırxayağa oxşar bozumtul bığları səyridi.
Qulam vəziyyətin nə yerdə olduğunu bilmirdi. Anarbayevin bu gün evdən aldığı məktubu arvadı çox gödək yazdığından onun qaşqabağı yer süpürürdü.
Qulam keçib pəncərənin qabağında dayananda həyətə bir motosiklet girdi. O, şəbəkələrin arasından baxıb Zaxarçenkonu uzaqdan tanıdı. Sandro, batareya komandiri ilə güləgülə nə isə danışdıqdan sonra onu içəri dəvət elədi, özü isə yenə ocaq başına getdi.
Salam! deyə qapıda görünən leytenant əlini furajkasına qaldırıb, parlaq xrom çəkmələrinin dabanını birbirinə vurdu. Ayaqlarından yerə səpələnən qar bir anda əriyib yox oldu, taxta döşəmədə yaş ləkələr qaldı. Qartalların kefi necədir
Qulam cavab verdi
Əladır, yoldaş leytenant! Hər şey öz qaydasındadır.
Zaxarçenko şinelini soyunanda başının hərəkəti ilə onların əyləşməsinə işarə elədi.
Yerindən azacıq qalxmış Sami kətildə oturdu.
Leytenantın otuz iki yaşı vardı. Yaraşıqlı, ucaboy oğlan idi. Həmişə qıvraq və səliqəli görünərdi. Bu gün də üzünü təzəcə qırxıb, saçlarını ətirlə isladaraq arxaya daramışdı. Döşündəki orden, medalları, çiynindəki sarı, zərli paqonları və tarım çəkilmiş enli kəmərinin ulduzlu toqqası parpar yanırdı.
O, şinelini, furajkasını aynanın böyründəki mıxdan asdıqdan sonra, əllərini birbirinə sürtərək sobaya tərəf gəldi. Mavi gülümsər gözlərini Samiyə çevirib soruşdu
Yoldaş Anarbayevin şəxsi kefi necədir? Sualına cavab almayan leytenant əlavə etdi Bu gün Meladze nə qədər şəndirsə, sən bir o qədər tutqunsan. Xəstə deyilsən ki
Sami burnunu çəkib, gözlərini qırpdı.
Xeyr, mənim təbiətim belədir!
Dəyişmək lazımdır! Zaxarçenkonun səsində gözlənilməz bir rəsmiyyət duyan Anarbayev özünü yığışdırdı.
Eşidirsənmi Elə təbiəti mütləq dəyişmək lazımdır! deyə leytenant çox ciddi tərzdə təkrar etdi və cibindən siqaret çıxardıb sobadan götürdüyü kösövun odu ilə onu alışdırdı. Arxada bizim fikrimizi çəkən analarımızın, bacılarımızın kədərli görünməyə yenə azçox haqqı var. Ancaq biz vuruşa da, topungüllənin qabağına da, hətta ölümə də cəsur sovet əsgərlərinə məxsus ruh yüksəkliyi ilə getməliyik! Aydındırmı
Sami öskürüb boğazını arıtladı.
Aydındır.
Evdə bizim də ailəmiz, uşağımız yolumuzu gözləyir. Hamı gümrah görünür, sənin isə qaşqabağın yer süpürür.
Anarbayev astadan gileyləndi
Mən Meladze kimi ola bilmərəm… Zalımın balası, elə bil müharibəyə kefə gəlib. Səhərdən axşamacan fikrizikri «Suliko» oxumaq, onunlabununla zarafatlaşmaqdır. Gecələr yuxuda da dili dinc durmur.
Leytenant bir an susdu, sonra
Heç olmasa biz yenə azçox kamımızı almışıq, dedi və dönüb üzünü pəncərə qabağında dayanmış Qulama çevirdi. Bunlar heç evlənməyib də. Meladze cavan nişanlısından toylarından bir neçə gün qabaq ayrılıb.
Sandro çubuqlara çəkilmiş kababı yağı damadama içəri gətirdi.
Genasvale, qoyun əti bunun yanında yalandır! deyə şən bir vəziyyətdə dilləndi. Ləzzətdən barmaqlarınızı yalayacaqsınız. Meladze kababı mizin üstündəki iri boşqaba qoy
ub, çarpayısının altından dördkünc bir qutu götürdü. Bunu mənə Naziko göndərib.
Sami dönüb gözucu ona baxdı.
Yəqin isti tumanköynəkdir, deyə Zaxarçenko keçib kürsüdə əyləşdi.
Xeyr, yoldaş leytenant, tumanköynək deyil. Sandro üstü yazılı qutunu açıb, içindən kiçik bir şərab boçkası çıxartdı. «Sinendali!»
Zaxarçenko da, Qulam da güldü. Anarbayev yerində qurcalandı «Lənət sənə kor şeytan!»
Bu da ki, nə az, nə çox, yarım litrlik kəl buynuzu! deyə serjant əlini yuxarı qaldıraraq təntənə ilə elan etdi.
Sonra Sandro Saminin qazançasını şərabla doldurub, bir şiş də kabab götürərək kilsənin içinə getdi
Ehey! deyə qüllədəki kəşfiyyatçı oğlanı səslədi İpini sallat!
Yuxarıdan kəndir aşağı buraxıldı. Sandro qazançanın qulpunu və kabab şişini ona bağladı.
Çək getsin!..
Meladze otağa qayıdanda səhərdən çarpayıda yatmış ikinci telefonçunu da yuxudan elədi.
Dur, sənə iy dəyər, şişərsən, xataya düşərik.
Gözlərini açan oğlan Zaxarçenkonu görüb cəld qalxdı.
Salam, yoldaş leytenant!
Gəl əyləş! deyə batareya komandiri soldatına yanında yer göstərdi.
Hər şey səliqəyə salındıqdan sonra Meladze Anarbayevi süfrəyə çağırdı.
Sami, sən də yaxına gəl. Bu ceyran südündən bir az vur, rəngin açılsın.
Anarbayev heç arxaya da baxmadı.
İçən deyiləm.
Qulam da yerindən dilləndi
İçən deyilsənsə, kabab ye.
Yeyən deyiləm.
Sandro buynuzu leytenanta uzatdı.
Siz bununla içəcəksiniz. O, boçkadan onlar üçün şərab süzüb, ayağa qalxdı Genasvale! deyə nitqə başladı. Bu gün noyabrın beşində Sandro Meladze şəxsən dünyaya gəlmişdir. İçək onun və qara gözlü ağ göyərçinin Nazikonun sağlığına!
Zaxarçenko durub serjantın əlini sıxdı. Qulam yaxınlaşıb dostunun üzündən öpdü.
Səni təbrik edirik!
Batareya komandiri çiyninin üstündən geri qanrıldı
Anarbayev, yaxın otur!
Yoldaş leytenant, mən…
Artıq danışmaq lazım deyil!
Sami tənbəltənbəl ayağa qalxdı, telefon aparatını da dolabça qarışıq qabağa çəkib, dəstəyi qulağından ayırmadan, özünü mizə yaxınlaşdırdı. Onun üçün də şərab süzdülər.
Gün o gün olsun ki, bu munasibətlə Tbilisidə toplaşaq, Meladze! Evinizə qələbə ilə, sağsalamat qayıtmağını, sevdiyin qızla xoşbəxt olmağını arzu edirik! Sağ ol! Leytenant sözünü bitircək ayağa qalxdılar. Əllər, ortada bir nöqtədə görüşdü. Sandro şərabını hamıdan əvvəl birnəfəsə içdi, Zaxarçenko kəl buynuzunu boşaldınca nəfəsi qaraldı. Axıra qalan Sami oldu. Ancaq qədəhini yerə qoyanda dodaqlarını çox qəribə bir tərzdə marçıldatdı deyəsən «Sinendali» ona ləzzət vermişdi.
Kababdan hərə bir şiş götürüb yeməyə başladı.
Meladze ikinci kərə şərab süzəndə Sami də qulpu əyri krujkasını qabağa uzatdı.
Mənim üçün yarım tök.
Sandronun yaxşı yadında idi. Müharibədən əvvəl keçirdiyi ad günündə onda heç iyirmi yaşı da yox idi bir xataya düşmüş və cəzalanmışdı altı ay həbs cəzası vermişdilər. Onda da «Sinendali» içmişdi. Sandro minik maşınında təzəcə şofer işləyirdi. Axşam saat səkkizdə Naziko ilə evlərinin qabağında görüşəcək, bir yerdə funikulyora qalxacaqdılar. Qonaqlar ora toplaşacaqdı. Sandro yolüstü qəlyənaltılardan birinə girib «özünü düzəltdiyi» üçün görüşə gecikmişdi. Qarşıda gedən maşınları sürətlə sağdan, soldan ötməyə başladı. Bunu görən neçə milisioner Sandronu saxlamaq istədi, neçə şofer başını maşından çıxarıb onu hədələdi, lakin o, bunların heç birinə əhəmiyyət vermədi, şütüyüb hamını ötdü. Naziko gözləyirdi…
Birdən, necə oldusa bunu heç Sandro özü də bilmədi, onun maşını yolun solu ilə gələn maşınla qarşılaşdı. Sandro tormozu basdı. Maşının çarxları asfaltda qulaqbatırıcı çığırtı qopardı. O, güclü zərbə səsi eşitdi, sinəsi sükana dayandı…
Həmin axşam Naziko gözlədi. Sandro gəlmədi. Sevgililərin növbəti görüşü məhkəmə zalında oldu. Sandro, sərxoş halda sükan arxasında oturub qəzaya yol verdiyi üçün altı ay həbsə alındı. Elə Nazikonun adını da ürəyinin üstünə onda yazdırdı.
İndi çoxdan bəri belə məclislərə həsrət qalan Meladze yerində rahat otura bilməyib ayağa durdu. Dostluq naminə ümumi bir sağlıq deyib piyaləsini yuxarı qaldırdı
Leytenant, Sami, genasvale!
Qatso, Qulami, genasvale!
Artıq Anarbayevin də kefi düzəldmişdi. Badəsini qaldırıb nə isə deməyə hazırlaşırdı ki, bu əsnada bayırda, pəncərə qabağında partlayan mərmi onu danışmağa qoymadı. Krujkası əlindən yerə düşdü, şərabı dağıldı, sonra özü də döşəməyə sərələndi…
«Ölüm gözlə qaş arasındadır!» Atalar bu sözləri sanki məhz müharibə günü üçün demişlər!
DÜŞMƏNƏ DƏYƏN ZƏRBƏLƏR
«Bakı» stansiyası ikinci gün idi ki, alman qərargahından topladığı gizli məlumatları polkovnik Səlimxanova xəbər verirdi. Hələlik çox əhəmiyyətli bir sirr öyrənmək mümkün olmasa da, hər halda gələcək hücuma qədər buna böyük ümid vardı. Əmrlər şifrələrlə deyildiyindən, onları açıb, mənasını aşkara çıxarmaq az çətinlik törətmirdi. Lakin polkovnik hazırda düşmənin nə məqsəd güddüyünü saatbasaat izləyirdi.
Serjant Meladzenin əsir alıb gətirdiyi zabiti Səlimxanov həmin gecə dindirdi.
Leytenat rütbəli bu almanın olaolmaya iyirmi beş yaşı vardı. Arıq üzünü seyrək tük basmışdı. Pişik gözünə oxşar girdə boz gözləri nazik sivri burnu vardı. Brialinli sarı saçları boynunun ardına sallanmışdı. Qulaqlarının yarısını və sol əlinin çeçələ barmağını şaxta vurmuşdu. Düşdüyü tələdən xilas ola bilməyəcəyini yəqin edən zabit canının qorxusundan hər şeyi tərəddüdsüz, yerliyerində açıb danışırdı.
Şinelini çiyninə çalmış polkovnik, trubkasını sümürəsümürə qərargahda gəzərək, birbirinin ardınca ona müxtəlif suallar verir və aldığı cavabları əvvəlcədən topladıqları məlumatlarla tutuşdururdu. Alman zabiti, Səlimxanovun açıb stol üstünə sərdiyi hərbi xəritədə Semixatkadakı artilleriya qüvvələrinin yerləşdiyi nöqtələri qırmızı karandaşla dövrəyə aldı, onların növünü və təxmini sayını da tərcüməçi vasitəsi ilə bildirdikdən sonra diz çökərək yalvarmağa başladdı
Cənab polkovnik, mən bütün bildiklərimi sizə dedim. Hamısını da doğru söylədim. Xahiş edirəm, məni öldürməyin. Əziyyət verin, incidin, ancaq öldürməyin…
Qalx Səlimxanovun qaşları düyünləndi. Biz qatil deyilik. Ancaq bizimlə üzüzə vuruşan düşmənə qarşı həmişə amansız olmuşuq və belə də olacağıq! Sənin kimi ələ keçirdiyimiz aciz alman zabitini məhv etmək heç kimə şöhrət gətirməz! Divizya komandiri trubkasını pəncərənin qırağına döyəcləyərək külünü boşaltdı və onu təzədən doldurdu.
Neçənci ildən cəbhədəsən deyə alman zabitinin üzünə baxmadan xəbər aldı.
Keçən ildən qırx ikidən, cənab polkovnik, cəmisi səkkiz aydır.
Səlimxanov trubkasını alışdırdı.
Bəs alman ordusunda nə vaxtdan xidmət edirsən?
Elə o zamandan, deyə leytenant kəkələdi. Məni birbaşa cəbhəyə gətirdilər…
Polkovnik sol əlini kəmərinə keçirərərk gözlərini qyıdı.
Yalan deyirsən! Gözünün içinə kimi yalan deyirsən!
Cənab general, mən sizdən heç nəyi gizlətmirəm. Fürer ordusunda xidmət elədiyim birinci ildir. Bəlkə siz, verdiyim məlumatların dürüstlüyünə şübhələnirsiniz… Ancaq inanın ki, mən… mən…
Səlimxanov onu yarıda kəsdi.
Onsuz da biz nəyin doğru, nəyin yalan olduğunu çox yaxşı anlayırıq! Siz fürer ordusunda müharibənin əvvəllərindən xidmətdəsiniz, cənab zabit! Buna şaxta vurmuş qulaqlarınız və sol əlinizin çeçələ barmağı şahiddir!
Əlimə güllə dəymişdir…
Xeyr! deyə polkovnik səsini qaldırdı. Hər halda güllə yarasını tanıyıram! O yaradan mənə də dəfələrlə vurulmuşdur. Sənin qulaqlarını və barmağını keçən ilin qışında Rostov ətrafındakı vuruşmalarda şaxta dondurmuşdur. Ondan sonra siz almanlar bəxtinizdən elə soyuqlara düşməmisiniz. Demək, müharibədə olduğunuz səkkiz ay yox, ən azı ikinci ildir!
Zabit dilidodağı əsəəsə yalan danışdığını etiraf etməyə məcbur oldu və ürəyinin yanğısını söndürmək üçün polkovnikdən bir siqaret istədi.
Buyur! deyə Səlimxanov stol üstündəki rezin tütün torbasını ona tərəf itələdi. Çək. Eşməyə kağızın varmı
Alman zabiti başını yırğaladı. Polkovnik planşetindən çıxardığı üstü şəkilli, qəzetə oxşar kiçik bir vərəqəni də leytenantın qabağına atdı.
Zabit vərəqəni götürüb cırmaq istəyəndə birdən əl saxladı. Başını qaldırmadan qaşlarının altından polkovnikə ötəri bir nəzər fırlatdı. Gözlərini qıyaraq acıacı gülümsəyən Səlimxanov hərəkətsiz dayanmış halda zabitə baxırdı.
O kağızdan kəs, tütün bük! denyə diviziya komandiri stolun qırağında əyləşdi. Leytenant vərəqəni qatlayıb susdu.
Bu barədə mənim heç bir günahım yoxdur, cənab polkovnik, dedi. Bu, alman dövlətinin təbliğatıdır.
Ona mən əsla şübhə eləmirəm! Polkovnik əli ilə xrom çəkməsinin boğazını şappıldatdı. Ancaq doğrudurmu?
Zabit danışmadı.
Bu vərəqələri dünən gecə bizim soldatlar arasına sizin təyyarələr töküb. Özü də, nə az, nə çox on minə qədər! deyə Səlimxanov vərəqəni hirslə ondan alıb oxumağa başladı «Mənim əsgər qardaşlarım! Müharibədən salamat çıxmaq, xoşbəxt yavşamaq istəyirsinizsə, evdə yolunuzu gözləyən ataanalarınızı, bacılarınızı, uşaqlarınızı sevindirmək istəyirsinizsə, siz də mənim kimi hərəkət edin. Silahınızı atıb alman qoşunlarına təslim olun. Onlar sizi hörmətlə qarşılayacaqlar.
Mən, Viktor Borisoviç Sokolov, 1924cü ildə Rostov şəhərində doğulmuşam. Sənət məktəbini qurtarandan sonra tərsanədə çilingər işləyirdim. Müharibə başlayan ay məni də orduya çağırdılar. Bir gün fürsət tapıb sərhəddi keçdim, almanlara qoşuldum… İndi topgüllə səsindən uzaqda, sakit bir yerdə öz sənətimdə işləyirəm. Qazancım əvvəlkindən beş qat artıqdır. Almaniya mənim ikinci vətənimdir. Məğlubedilməz fürer ordusu yaxın aylarda rus torpağına tamamilə sahib olandan sonra mən yenə Rostovdakı evimizə qayıdacağam. Siz də mənim kimi edin! Cəbhəni hər yerdə «Ştik v zemlyu!» parolu ilə maneəsiz keçə bilərsiniz.
Unutmayın ki, sizi hər addımda ölüm gözləyir. Canınız sağ ikən fürsəti əldən verməyin!
Sabiq sovet kəşfiyyatçısı Viktor Borisoviç Sokolov». Qara iftira! deyə polkovnik vərəqəni oxuyub qurtardıqdan sonra qırağa tulladı. Yaxşı ki, Sokolovun təslim olmamaq üçün özünü necə həlak etdiyini gözləri ilə görənlər hələ sağsalamatdır. Bu məlumatlar onun ələ keçən paltarının cibindəki sənədlərdən toplanmışdır! Əgər sizdə ölənləri yenidən diriltmək qüdrəti varsa, yaxşı olardı ki, əvvəlcə öz soldatlarınızın meyitlərini ayağa qaldıraydınız.Gələcək vuruşmalarda onlar sizə çox lazımdır! Səlimxanov ayağa qalxıb leytenantın qarşısında dayandı. Unutmayın ki, cənab zabit, müqəddəs hərbi and qəbul etmiş möhkəm iradəli sovet döyüşçülərini sizin belə uydurma cəfəngiyyatlarınızla yolundan döndərmək çox çətindir!
Polkovnik, alman leytenantını qərargaha gətirib həyətdə gözləyən döyüşçüləri çağırtdırdı.
Aparın! dedi. Qoy bu zabit, onu əsir tutan Serjant Meladzeyə ömrü boyu minnətdar olsun! Ölümdən yaxa qurtarmışdır.
Üç gün sonra arxaya göndərilən alman əsiri ələ keçdiyinə heç də heyfsilənmədi. Bəlkə buna sevindi də.
Kapitan Xenfeld fürsət tapdıqca yolunu Sarışının evinin yanından salıb ona baş çəkir, çox ehtiyatlı tərpənməyi tövisyə edirdi. Drezdendən aldığı məktublar isə hər dəfə bəd xəbər gətirirdi xəstəxanada yatan arvadının əhvalı getdikcə pisləşirdi. Bu axşam da o, dərdini Sarışına danışıb köyrəlmişdi.
Başımı itirmişəm. Bu dəqiqə nə üçün yaşadığımı, hansı məzhəbə qulluq elədiyimi özüm də bilmirəm, deyə pərişan halda ayrılmışdı.
O, gedəndən sonra qız iki vedrə su qızdırıb yuyunmaq istədi. Hava qaralan kimi qapını kilidləyib, tası taxtapuşa çıxardı. Evdə çimməyə ürək eləmədi. Həyətə gələn olsaydı, su şırıltısını eşidib içəri soxula bilərdi. Lena taxtapuşda soyunaraq paltarını yanında hazır qoydu.Qaynar suyun yarısını vedrədən tasa boşaltdı. Başını isladıb təzəcə sabunlamışdı ki, qulağına hənirti gəldi. Qızı vahimə bürüdü. Köynəyini götürüb döşlərinin üstünə sıxaraq ürkək baxışlarla qaranlıq taxtapuşda yanyörəsinə nəzər saldı. Səs yaxınlaşdı. O, paltarının geyinmək istəyəndə içəri zəif işıq zolağı düşdü. Taxtapuşun küçə tərəfdəki kiçik qapısı ehtiyatla açıldı. Lena onun kim olduğunu ayırd edə bilmədi. Yad adam cib fənərinin işığında yəqin ki, qızın çılpaq bədənini aydın gördü və nəşə ilə burnunda mızılddandı:
Eviniz bizdən yuxarıdır, Gerruda,
Tumanın dizdən yuxarıdır, Gerruda…
-Lena tanıdı. Bu, toyuqcücə üçün tövlələri, zirzəmiləri, taxtapuşları axtaran çəpgöz aşpaz idi.
Yaxın gəlmə! deyə qız geri çəkilib çığırdı. Geyerman yarıməyilmiş vəziyyətdə biriki addım irəlilədi.
Sən nə bildin mən bura gələcəyəm, belə soyunub hazırlaşmısan Çəpgöz aşpaz işığı qızın bədənində gəzdirib diqqətlə baxdı. Ancaq onun, həmişə oğlan qiyafəsində gördüyü Sarışın olduğunu heç ağlına da gətirmədi.
Dedim ki, yaxın gəlmə!
Lena vəziyyətdən çıxmağa yol axtardı, ancaq nə edəcəyini bilmədi. Silahsız, çılpaq qız beli tapançalı acgöz feldfebelin caynağından necə qurtaracaqdı
Heç qorxuya düşmək lazım deyil. Mən səni öldürməyəcəyəm ki, deyə çəpgöz aşpaz onu dilə tutdu. Keçək evdə mənimlə bir balaca əylənək, sonra səni generalın yanına aparacağam. Onda görəcəksən ki…
Geyerman sözünü deyib qurtarmamış, qəfildən canavar quzuya cuman kimi qızın üstünə atıldı. Lenanın yaş bədəni sürüşüb onun əlindən çıxdı. Fənər yerə düşdü. Taxtapuşu qaranlıq bürüdü. Çəpgöz aşpaz bir daha qıza hücum çəkəndə əlbəyaxa olub süpürüşdülər.
Tapança gücünə razı salacağam! deyə feldfebel onu hədələdi. Lena bu dəfə ayağa qalxanda Geyermanı taxtapuşun açıq qapısının qabağında çöməlmiş gördü. Qız cəld, içində qaynar su olan vedrəni qapıb onun üstünə atdı. Feldfebel havada nərildəyərək küçəyə endi. Lena, onun haradansa tapıb taxtapuşun qapısına dikəltdiyi nərdivanı yuxarı çəkdi və tələsik geyinməyə başladı. Qız evə düşüb həyətdən qaçmaq istəyəndə küçədə qolqabırğası sınmış feldfebelin zarıdığını gördü.
Yandım!.. Kömək edin!.. deyə o, böyürməyə başlayanda səsə adam toplaşacağından qorxan Sarışın cibindən çıxardığı kiçik pistoleti ona tuşlayıb iki dəfə atdı. Çəpgöz aşpaz yerində qıvrılaraq sustuldı.
Artıq gözləmək olmazdı.
Sarışın getdi… getdi… gözdən itdi.
Sandro Semixatkadan qayıtdıqdan sonra Bondarçukla hansı vəziyyətlərə düşdüyünü, kapitan Xenfeldi yumruqla necə vurduğunu və nəhayət, dəmir yolunda iki almandan birini öldürüb, digərini hissəyə nə cür gətirdiyini Qulama təfsilatı ilə danışmışdı.
Sən o Sarışın Bondarçukun eləliyinə baxma, çox zirək uşaqdır. Qorxu adlı şey bilmir, deyə serjant bir gecə evlərində qaldığı kəşfiyyatçını ağzı dolu tərifləmişdi. Ancaq bir az qızxasiyyətdir, içməklə, arvadbazlıqla arası yoxdur. Hətta zalım oğlu papiros da çəkmir.
Bir neçə gün əvvəl Qulam gecə keşikdə duranda yarı alman, yarı rus qiyafəsində gələn Sarışın təxəllüslü şəxsin düşmən arxasında işləyən sovet kəşfiyyatçısı olduğunu öyrənəndə, ona güllə atmaq istədiyinə, ağır sözlər dediyinə təəssüflənirdi. Ancaq tanımadığı adamla ayrı cür rəftar edə bilməzdi. Hələ yaxşı ki, səsə leytenant Zaxarçenko tez çıxmışdı, yoxsa vəziyyət tamam başqa şəkil alardı…
Bu axşam Qulam avtomatını silib təmizlədikcə bütün olub keçənləri xatırlayır və Dnepr sahilində yubandıqlarına görə darıxırdı. Ona elə gəlirdi ki, hissənin bir yerdə dayanması müharibəni uzadır, qələbə gününü təxirə salır.
Zaxarçenkonun səsi Qulamı fikirdən ayırdı.
Döyüşçü Bədirzadə! deyə o, qazmanın qapısından çağırdı.
Eşidirəm, yoldaş leytenant!
Qulam avtomatını çiyninə aşırıb bayıra atıldı.
Zaxarçenkonun yanında bir nəfər də vardı.
Tanış olun!
Qulam qabağa addımladı.
Sarışın! deyə zənnlə baxdığı adamı tanıyanda təəccüblə qarışıq bir sevinclə səsləndi.
Bəli, Sarışın! Səhv etmirsiniz. Biz bir dəfə də üzüzə gəlmişdik. Onda siz…
Bəli, onda mən sizin kim olduğunuzu bilmirdim.
Leytenantın əmri ilə Qulam, Bondarçuka qoşulub onu qərargaha apardı…
DUYĞULAR, DÜŞÜNCƏLƏR, ARZULAR
Sarışının hissəyə gəlməsi Səlimxanov üçün bu dəfə də gözlənilməz olmuşdu. Qız, çəpgöz aşpazla baş verən əhvalatı polkovnikə nağıl elədikdən sonra, düşmənin arxasındakı vəziyyət barədə bütün bildiklərini danışmışdı.
Afərin, mənim qoçaq balam! deyə Sarışının qorxmazlığına heyran qalan diviziya komandiri onun başını sinəsinə sıxaraq bir ata məhəbbəti ilə saçlarını oxşamışdı. Sənin bu həftə içərisində bizə göstərdiyin xidmət, bir əsgərin neçə aylıq fəaliyyətinə bərabərdir.
Səlimxanov gecə ilə Zaxarçenkonu telefona çağırtdırıb ona əmr vermişdi.
Sabahdan etibarən Bondarçuku rəsmi olaraq qərargahyanı batareyanın döyüşçüləri sırasına keçirin! Özünü də telefon stansiyasına, Anarbayevin əvəzinə növbətçi qoyarsan!
Səhərisi leytenant, Bədirzadə ilə Bondarçuku kilsəyə, Anarbayevdən sonra tək qalan telefonçu oğlanı isə xərabəlikdəki kəşfiyyat məntəqəsinə göndərdi. Orada vəziyyət çətin olduğundan, leytenant, Qulama istirahət vermək məqsədilə onun da yerini dəyişməyi lazım bilmişdi.
Sarışının gəldiyindən xəbər tutan Sandro sevincək kilsənin qülləsindən enib aşağıdakı otağa yüyürmüşdü.
Salam, qatso! deyə onunla mehribanlıqla görüşərək, ordanburdan bir neçə sual vermişdisə də, əsil söhbəti sonraya saxlamışdı.
Elə birinci gündən Bədirzadə ilə Sarışın arasında səmimi dostluq başlandı. Qulam, rabitə qovşaqlarının sxemasını çəkərək, harada hansı stansiyanın yerləşdiyini ona başa saldı, telefonçuluq haqqında, aparatın quruluşu barədə bildiklərini danışdı.
Bir də bu peşəni mənimsəmək, düşmənin arxasında sənin kimi mürəkkəb rabitə əməliyyatı aparan adama əsla çətinlik törətməyəcək, deyə söhbətinin sonunda onun Semixatkada gördüyü işlərdən xəbərdar olduğuna eyham vurdu. Sarışın gülümsündü
Bunları sən hardan bilirsən?
Sandro danışıb. O səni yaman tərifləyirdi.
Yəqin öz elədiklərini də mənim adıma çıxıb, deyə Sarışın təvazökarlıqla dilləndi. Serjant Meladze dəliqanlı olsa da, igid oğlandır.
Dəliqanlılıq qafqazlılara xas olan sifətdir. Ancaq mən özümü o cərgəyə daxil eləmirəm.
ulam bütün bu söhbətləri elədikcə Sarışın gözlərini onun sifətindən çəkmirdi. «Əcəb mehriban oğlandır! deyə özlüyündə düşünürdü. Adam buna qulaq asdıqca yorulmur. Dilində də qəribə bir şirinlik var. Bəzi rus sözlərini düzgün tələffüz etməsə də, danışığı ürəyə yatır. Özü də cavandır. İyirmiiyirmi iki yaşı ancaq olar. Yəqin ki, hələ subaydır…»
Elə buna görə də qızın yuxusu qaçmışdı. Səhər özünü kilsəyə çatdıran kimi yorğun düşüb yatacağını düşündüyü halda, indi hər şeyi unutmuşdu. O, Qulama müxtəlif suallar verir, aldığı cavablardan xoşlanırdı. «Kaş biz həmişə bir yerə düşəydik», deyə az vaxtda yaxından tanış olduğu bu oğlandan ayrılmaq istəmirdi.
Günortadan sonra Sarışın növbədə duranda, Qulam həyətə çıxıb odun yardı, otaqdakı sobanı qaladı.
Təzə dostlar axşama kimi söhbətdən yorulmadılar. Bir-birinin həyatı ilə tanış oldular.
Doğrusu, o gecə sənə az qala güllə atdığım yadıma düşəndə məni tər basır, deyə Qulam üzürxahlıq elədi. Bir də, məndə günah yox idi. Sənin kim olduğunu bizim hissədə biriki adamdan başqa heç kəs bilmirdi.
Sarışın fikrə getdi.
Səncə indi bunu çoxlarımı bilir?
Qulam sobanın açıq qapısından yerə düşən közü götürüb içəri atdı.
Hər halda Zaxarçenko, Sandro, mən, daha bir neçə əsgər, bundan xəbərdarıq.
Sarışın köksünü ötürdü.
Xeyr, dedi. Bunu hələlik bir nəfərdən başqa heç biriniz bilmirsiniz. Ancaq indi gizlətməyin mənası yoxdur. Mən…
Sən, deyə Qulam ona danışmağa imkan verməyib sözünü kəsdi, Sarışın təxəllüsü ilə Semixatkada bizim kəşfiyyatçımız idin. Qərargahın xüsusi tapşırıqlarını yerinə yetirirdin.
Bondarçuk gözlərini məchul bir nöqtəyə zillədi, astaca başını tərpətdi.
Doğrudur. Ancaq mən başqa şey soruşurdum.
Gecə saat on ikidə o, növbəni Qulama təhvil verdi, çəkmələrini çıxartdı, üst paltarlarını soyunmadan Sandronun çarpayısında uzandı.
Qulam, sobanın dibində yatmış kəşfiyyatçı oğlanı oyatdı.
Dur, dedi, vaxtdır, get sən də Meladzeni dəyiş.
Sarışın yenicə yuxuya getmişdi ki, Sandro səsküylə içəri girdi. Qulama biriki atmaca atdıqdan sonra soyunub çarpayısına yaxınlaşdı. O, Sarışının üstündəki şineli qaldırıb onun yanında uzanmaq istəyəndə, qız hövlnak gözlərini açdı və cəld qalxdı.
Mən sizin yerinizi tutmuşam deyə çarpayıdan enmək istədi. Meladze onu saxladı.
Uzan, qatso, elə birbirimizə qısılıb mehriban yatarıq. Onsuz da bu çarpayı ikinəfərlikdir.
Sarışın danışmadı. Yanaqları pörtüb qızardı. Pərt halda aşağı endi.
Mən döşəmədə yataram, deyə astadan dilləndi.
Vəziyyəti belə görən Qulam da söhbətə qarışdı.
Sən təzə qonaqsan, Meladze ilə çarpayıda yat, yerdə biz uzanarıq.
Nə qədər təkid elədilərsə, Sarışın razı olmadı.
Onda götür mənim şinelimi altına döşə, quru yerdə yatma, deyə Qulam qayğıkeşlik göstərdi. Əlacsız qalan Sarışın utanautana şineli alıb döşəməyə sərdi. Çəkmələrini və papağını başının altına qoydu, uzanıb gözlərini yumdu. Ancaq Sarışın yatmadı. Yorğun olmasına baxmayaraq gözlərinə yuxu getmədi.
«Səhər mən məsələni mütləq açıb bunlara danışmalıyam. Yoxsa yanımda min oyundan çıxarlar, deyə qız fikirləşirdi. Əsgərlikdir, hələ bundan sonra cürbəcür şəraitdə olacağıq…» Lakin Qulamın sifəti Sarışının xəyalından çəkilmirdi. Onun çatma qaşları altından işıqlı qara gözləri mənalımənalı qıza baxıb gülümsəyirdi dodaqlarında xəfif bir təbəssüm gəzirdi. Sanki bu gözlər, bu dodaqlar ona nə isə sirli bir söz deyəcəkdi.
«Eh, bəlkə də o, mənim oğlan qiyafəsi geymiş yaraşıqsız, dəcəl bir qız olduğumu biləndən sonra üzü dönəcək, mənə qarşı həmişə belə mehriban qalmayacaq. Bu gün isə Qulam özünü çox qayğıkeş aparırdı. Mənə rabitə işi haqqında danışdı, odun yarıb sobanı qaladı, yatanda şinelini verdi…»
On yeddi illik həyatında bu axşam birinci kərə Sarışının qəlbində yeni, həm də çox qəribə hisslər baş qaldırmışdı. Bu gün nədənsə o, özünü tək və köməksiz sanmırdı. Bəlkə də ona göstərilən bu qayğılar nahaq deyildi. Sarışının yurdsuzyuvasız yetim olduğunu bilənlər ona belə xoş sifət göstərirdilər…
Başqa yerə mümkün deyilmi, yoldaş qvardiya polkovniki Mən oğlanların arasında qalmaq istəmirəm.
Diviziya komandiri öz cavabı ilə qızı çıxılmaz vəziyyətdə qoymuşdu.
Onda gərək mətbəxdə kartofsoğan təmizləyəsən.
Xeyr, ora heç getmərəm! Elə isə məni kəşfiyyatçı qoyun, onu bir az bacararam.
Polkovnik gülümsəmişdi.
Mən bunların hamısını qabaqcadan fikirləşmişəm, qoçaq qızım. Səni yenidən düşmən arxasına kəşfiyyata göndərmək olmaz. Hələlik rabitədə qalmağını məsləhət bilirəm. Sonra isə baxarıq, lazım gəlsə yerini dəyişərəm.
İndi Sarışın bunları yadına saldıqca ürəyində Səlimxanova razılıq edirdi «Yaxşı ki, məni elə bura göndərdi. Qulamla, serjant Meladze ilə bir yerdə olacağam…»
Qoca balıqçı Mikolanın verdiyi paltarlar Sarışını çətin vəziyyətlərdən az qurtarmamışdı. O, hərəkətlərində də özünü oğlana bənzətməyə çalışırdı. Semixatkada yaşadığı səkkiz gündə nə Xenfeld, nə çəpgöz aşpaz, nə də başqaları onun kim olduğunu başa düşməmişdilər. Bir gün, bir gecə Sarışının evində qalan Serjant Meladze belə onu tanıya bilməmişdi. Balıqçının məsləhəti qızın ismətini qorumuşdu.
Polkovnik də ona pis deməmişdi «Səndən yaxşı aktrisa olar. Müharibədən sonra səhnəyə çıxmaq üçün də təcrübə qazanmısan».
Lena bu düşüncələr içində dərin, rahat bir yuxuya getdi.
Qulam telefonda növbə çəkdikcə gözlərini ondan ayırmırdı. Otaq isti olduğundan Sarışın gah köynəyinin düymələrini açır, gah yuxuda kiminləsə danışır, gah da şineli üstündən kənara ataraq yerində qurdalanırdı.
Gecədən xeyli keçmiş, sobanın söndüyünü və otağın soyuduğunu görən Qulam qalxıb onun üstünü örtmək istəyəndə çox qəribə bir mənzərənin şahidi oldu.
18.08.2026