Salam Qədirzadə. Burada insan yaşamışdı (son)
İGİDLƏR CAN VERƏNDƏ
Axşam saat beşin yarısı idi.
Atəş! deyə diviziya komandiri yumruğunu var qüvvəsi ilə yuxarıdan aşağı endirdi. Polkovnikin əmri məftil sinirlərdə şaxələnib bütün hissələrə yayıldı. Bircə anda sanki dəhşətli ildırım çaxdı asiman uçub yerə töküldü, torpaq lərzəyə gəldi. Toplar, minaatanlar, katyuşalar bir ağızdan nərildədi, ətrafı gurultu bürüdü. Düşmənə tufan, zəlzələ, çaxnaşma göndərildi. Semixatka alov, tüstü içərisində görünməz oldu. Dneprin sal buzları parçalanıb şüşə qırıntıları kimi havaya sovruldu.
Müharibə allahı artilleriya məğrur səslə atəşə başladı…
Səlimxanov cəld qərargahdan çıxıb, onu qapıda gözləyən «Villis»ə oturdu.
Tez xərabəliyə sür! dedi. Maşın qırğı təkin yerdən götürüldü.
Polkovnik trubkasını yandırıb fikrə getdi «Vaxtında başladıq! Düşmənin bütün səyi heçə çıxacaqdır. Bu axşam mütləq Dneprin o biri sahilindəyik!»
Topların səsindən maşının pəncələri titrəyirdi. Şofer özündən çox məmnun bir vəziyyətdə gülümsəyərək, sükanı ustalıqla idarə edirdi.
Kəşfiyyat məntəqəsinə qalxa bilərsənmi deyə polkovnik soruşdu.
Ceyran kimi!
Birbaş ora sür!
Təpənin döşünə yetişcək, şofer maşını ilanvari yollarla xərabəliyə çatdırdı.
Məni burda gözlə! Polkovnik cavan oğlan çevikliyi ilə aşağı atıldı. Zaxarçenko! deyə bu dəfə də o, hələ qazmaya çatmamış ucadan səsləndi. Lakin eşidən olmadı. Səlimxanov içəri keçdi.
Leytenant onu görcək qabağa əgldi.
Batareya əmrinizi gözləyir, yoldaş qvardiya polkovniki!
Diviziya komandiri astanada oturdu, planşetini açıb xəritəni dizinin üstünə sərdi.
Artilleriyanın atəşi qurtaran kimi piyadalarımız, onun dalınca da kiçik kalibrli toplarımız irəliləyəcəkdir.
Bəli!..
Elə etmək lazımdır ki, rabitə bir an da kəsilməsin!
Oldu!
Səlimxanov qazmanın dirəkləri arasından başına daştorpaq töküldüyünə əhəmiyyət vermədən, sözünə davam etdi
Kilsədəki kəşfiyyatçıları və radiostansiyanı «Çeryomuxa»ya göndərərsən!
Aydındır, yoldaş qvardiya polkovniki!
Qoy Bondarçukla Bədirzadə də telefon xəttini qabağa dəmir yolu yaxınlığına çəksinlər!
Oldu!
Düşmən piyadaları səngərləri tərk edir! deyə bu vaxt, qazmada müşahidə aparan kəşfiyyatçı şadlıqla çığırdı. Səlimxanov qalxıb stereotrubanın dalına keçdi. Bir qədər baxdıqdan sonra gözlərini qıyıb bığının altında qımışdı.
Onsuz da əlimizdən yaxa qurtara bilməyəcəksiniz!
Cəbhənin sağ və sol cinahlarında da eyni vəziyyət təkrar olunurdu.Ordu komandirinin əmrinə görə, yan tərəflər irəliləyib, ortadakı diviziyanın bərabərinə çatandan sonra Səlimxanov dəstəni qabağa çəkməli idi. Düşmən səngərlərini boşaltsa da, hələlik onların mövqeyini tutmaq olmazdı. Əks təqdirdə, diviziya vuruş meydanında təklənə bilərdi.
Zaxarçenko qazmadan çıxıb yaxındakı telefonçuların yanına gəldi və polkovnikin əmrini hissəyə çatdırdı.
Qızılkilsəli ilə yaxınlığındakı şam meşəsi susmaq bilmirdi. Semixatkaya göndərilən saysız-hesabsız top güllələri vıyıltı ilə şığıyaraq göylərin bağrını yarır, uzaqlarda partlayırdı. Adama elə gəlirdi ki, bu dəqiqə Qızılkilsəli kəndinin daştorpağı da, şam meşəsinin ağacları da yerindən qopacaq, havaya qalxıb,düşmənin başına töküləcəkdir.
Alman diviziyasının məlum edilmiş atəş nöqtələri birbir sıradan çıxırdı. Top güllələri Dneprin qarlı sahili boyunca yerin sinəsində saysızhesabsız qara yaralar salmışdı.Hərdən «Vanyuşa»lar biriki ağız ulasalar da, bu, heç kəsi qorxutmurdu, mərmilər pərakəndə halda ordaburda səpələnib partlayırdı. Polkovnik düşmən zonasındakı vəziyyəti öyrəndikcə telefona gedib ordu qərargahına raport verir və yeni göstərişlər alırdı.
Yaylım atəşi susmaq bilmir, yerə, göyə meydan oxuyurdu…
Bir saat sonra sovet piyadaları düşmənin ön müdafiə xəttini tutmuşdular. Arxadan onları müşayiət edən kiçik kalibrli toplar, minaatanlar və «Maksim» pulemyotları almanlara göz açmağa imkan vermirdi. Qızılkilsəlidə və şam meşəsində yerləşən qüvvələr də xeyli irəliləmişdi. Qərargah xərabəliyə köçürülmüşdü.
Batareya komandiri Zaxarçenko diviziyanın atıcı bölmələri ilə əlaqə yaradan rabitəçilərin, radioçuların və kəşfiyyatçıların yanından uzaqlaşmırdı. Düşmən, qarşıdakı kəndi hələ tərk etməsə də, salamat qalan soldatlarını, hərbi sursatını və maşınlarını buzları parçalanmış çaydan keçirmək üçün əlindən gələni əsirgəmirdi.
Sandro, bir nəfər radioçu ilə piyadalardan xeyli qabaqda olan, yanmış alman tankının arxasında gizlənmişdi. Serjant gördüklərini radioçuya, o da stansiya vasitəsi ilə birbaş qərargaha məlumat verirdi. Bura «Qartal» adlanırdı. Qulamla Bondarçuk isə, bir qədər geridə dayanmış topçu alayında idilər. Telefonda Sarışın növbə çəkirdi. Qız, polkovnikin əmrlərini ucadan təkrarladıqca, alay komandiri sözü onun ağzından alıb, topçulara çatdırır və arxadan, düşmənin aşkar edilmiş nöqtələrinə atəş açılırdı. Xərabəlikdəki kəşfiyyat məntəqəsini qərargaha çevirmiş Səlimxanov həm müşahidə aparır, həm radioqramları qəbul edir, həm də yanındakı telefonçular vasitəsi ilə piyada hissələrə və topçu bölmələrinə müxtəlif əmrlər verirdi. Rabitə, hələlik saz işləyirdi. Belə məqamda fürsəti itirmək olmazdı.
Semixatkanın arxasındakı dərəyə atəş açın! Düşmən öz qüvvələrini ora toplayır! deyə Səlimxanov geri çevrilmədən telefonçuya eşitdirdi. Əmr təkrar olunub, alaylara ötürüldü.
Semixatkanın arxasındakı dərəyə atəş açın! Düşmən öz qüvvələrini ora toplayır!
Diviziyanın uzaqgörən topları dərənin tozunu göyə sovurdu.
Həmin yerə bir də atəş!
Həmin yerə bir də atəş! deyə polkovnikin sözləri telefonda əkssəda tapdı.
Dərə ikinci dəfə gurladı.
«Qartal», «Qartal!» mən «Şimşəyəm!», mən «Şimşəyəm!» Cavab ver! Cavab ver! deyə Səlimxanovun yanında əyləşmiş oğlan eyni sözləri həyəcanla təkrar edir, qarşıdakı stansiyadan isə cavab ala bilmirdi.
Yoldaş qvardiya polkovniki, «Qartal»la rabitə kəsildi!
Tez Zaxarçenkonu tap! O, ikinci alaydadır. Səbəbini öyrənib mənə xəbər versin! deyə diviziya komandiri telefonçulara əmr etdi.
Azacıq keçməmiş leytenant vəziyyəti polkovnikə məlumat verdi
Tankın yanında partlayan mərminin qəlpələri stansiyanı zədələmişdir!
İşi yubatmaq olmazdı. Səlimxanov qərargahdakı ehtiyat radiostansiyanı döyüşçülərdən birinə verib təcili ora göndərdi.
Bu dəqiqə qarşıya adam çıxsın. Sizə stansiya yolladım! Radioəlaqəni bərpa edin!
Zaxarçenko «oldu!» deyib, yanmış tanka tərəf sürünməyə başladı. Düşmən irəli gələ bilməsə də, hər vasitə ilə həmlənin qarşısını almağa çalışırdı.
Meladze!.. deyə Zaxarçenko «Qartal»a yaxınlaşcaq Sandronu səslədi. Serjant geri qanrıldı.
Eşidirəm, yoldaş leytenant!..
Tez qərargaha tərəf cum! Sizə stansiya gətirirlər. Yolda qarşıla!
Meladze əmri təkrar edib yerə yatdı.
Düşmən havaya bir dəstə bombardmançı təyyarə buraxmışdı özləri görünməsələr də gururltudan səmtini müəyyən etmək olurdu. Sandro, ara qarışmamış irəli tələsdi. Leytenant radioçunu tək qoymamaq üçün tankın yanına süründü. O, stansiyanı qurdalayıb işə salmaq istədi. Ancaq mümkün deyildi, qəlpə, sarğıları kəsib doğramışdı.
Alman bombardmançıları yenicə görünmüşdü ki, haradansa səkkiz-on sovet qırıcı təyyarəsi ox kimi irəli şığıdı. İndi vuruş təkcə yerdə deyil, göydə də gedirdi. Zenit topları ara vermədən atırdı. Cəbhəni dəhşətli bir gurultu bürümüşdü.
Bombardmançı təyyarələr pərakəndə halda sovet piyadalarının başının üstünü alcaq, yüklərini boşaltmağa başladılar. Ətrafı qulaqbatırıcı fit səsləri bürüdü… Yer titrədi, daştorpaq göyə sovruldu. Elə bu anda alman quzğunlarından ikisi, sonra da üçüncüsü alov qarışıq qara tüstü ilə yanıb Dneprə endi. Qırıcıların və zenit toplarının aramsız atəşindən qorxuya düşən o biri bombardmançılar arxaya üz tutub götürüldülər.
Zaxarçenko dikəlib Meladzenin gələcəyi səmtə baxdı, heç kimi görmədi.
Gecikdirdilər! deyə özözünə gileyləndi. Leytenant yaxındakı telefon stansiyasına gedib «Şimşək»lə danışmaq istədi.
Sən burada gözlə. Mən indi gəlirəm! dedi. Beşcə dəqiqə sonra o, özünü Qulamla Bondarçukun olduğu səngərə saldı.
Tez qərargahı xəbərdar et! Radiostansiya gəlib çıxmayıb! deyə dəstəyi qulağına sıxmış Sarışına əmr etdi və qızı təkcə görüb soruşdu Bədirzadə hanı?
Bondarçuk bir neçə dəfə telefonun dəstəyini üfürüb cavab verdi
Rabitə qırılmışdır, yoldaş leytenant! O, düzəltməyə gedib!
Zaxarçenkonun qaşları çatıldı.
Qonşu səngərdən bir neçə nəfər eyni vaxtda həyəcanla səsləndi
Üstümüzə düşmənin tankları gəlir! Hazır olun!
Leytenant da, Sarışın da boylanıb qabağa baxdı. Semixatkadan çıxan iyirmiiyirmi beş ağır tank sürətlə irəli cumurdu.
Odur! Bizim tanklar da irəli şığıdı! deyə kimsə dilləndi.
Telefon xəttini ovcunda tutub, əyiləəyilə yüyürən Qulam birdən ayaq saxlayaraq yerində dondu. Sanki ürəyinə iti neştər batırdılar. Aləm başına fırlandı. Yer ayağının altından qaçdı.O, bir daha gözlərini yumub açdı. Səhv etmirdi qarın üstünə düşən qaşığın dəstəsində «Naziko» yazılmışdı.
Qulam sövqi təbii çığırdı.
Sandro!..
Cavab əvəzində topların gurultusunu eşitdi. Qaşığı götürüb cibinə qoydu. Telefon xətti boyunca yüyürdü, dostunu səslədi, ətrafa baxdı. Böyründən asılmış telefon aparatı, qoluna keçirdiyi ağır kabel dəstəsi onun qaçmasına maneçilik törətsə də, nəfəsini dərmədən Sandronu axtardı.
Axtardı və tapdı!
Serjant Meladze can üstə idi. Çiynindən axan qan qarın üstünə qırmızı ləkə salmışdı.
Sandro!.. Qardaşım!.. Qulam tez özünü yetirib onu qucağına aldı. Serjant gözlərini açıb baxdı, qurumuş dodaqlarını yaladı, danışmadı. Qulam onun şinelini, sırıqlısını soyundurdu, yaylığını çıxarıb yarasına basdı. Lakin hər şey mənasız idi. Həmişə deyibgülən Sandro daha həyata qayıdacaq vəziyyətdə deyildi. O, haçandanhaçana böyük əziyyətlə hərəkətə gəldi, son sözlərini çətinliklə, çox çətinliklə Qulama çatdırdı
Məndən Nazikoya salam yazarsan, dedi. Dedi və başını dostunun sinəsinə söykəyib gözlərini yumdu. Qulam əyilib onun buz kimi soyuq alnından öpdü, hönkürhönkür ağlamağa başladı…
Qərargahdan çıxan döyüşçü yolda onu heç kimin qarşılamadığını görcək, radiostansiyanı «Qartal»adək gətirmiş və Zaxarçenkonun əmri ilə Sandro gələnə kimi özü də orada qalmışdı. İkicə dəqiqədən sonra «Şimşək»lə əlaqə yaranmışdı. İndi onlar «Ferdinant» və «Tiqr» tanklarını apaydın görürdülər.
Leytenant, qərargahla topçu alayı arasında da rabitə xəttinin bərpa edildiyini görcək rahatlıqla nəfəs aldı. «Yaşa! Gec də olsa, düzəltdin!» deyə ürəyində Qulama təşəkkür etdi. Dəstəyi Sarışından alıb, qarşıdakı vəziyyət barədə polkovnikə izahat verdi. Səlimxanov düşmənin göndərdiyi yeni qüvvələrin qarşısını kəsmək üçün tədbirlər tökdü.
Qulamın indicə düzəltdiyi rabitə xətti ilə yeni əmrlər verilməyə başlandı. Sarışın eşitdiklərini təkrarladı, alayın topları lülələrini üfqi vəziyyətdə endirib tanklara atəş açdı. Qarşıdakı səngərlərdən yanacaq dolu butulkalar atıldı, odpüskürənlər alovlu nəhəng dillərini qabağa uzatdı.
Düşmən heç də zəif deyildi. Semixatkanı heç cür əldən vermək istəmirdi.
Bayaqdan bəri gurhagur atılsa da, tanklardan ancaq biri sıradan çıxmışdı. Bu isə vəziyyəti o qədər yüngülləşdirmirdi.
Alman tankları desant buraxmışdır! Onları son nəfərinədək qırmaq! Sarışın telefonda polkovnikin səsini eşitdi.
Alman tankları desant buraxmışdır! Onları son nəfərinədək qırmaq!
Bu xəbər çovğun kimi bütün cəbhəyə yayıldı. «Maksim» pulemyotları, avtomatlar, beşaçılanlar, karabinlər, pistoletlər müxtəlif səslərlə gurlamağa başladı...
Alyonuşka! Alyonuşka! deyə eyni zamanda Sarışının qulağına telefonda zəif, kədərli bir pıçıltı da gəldi. Qız cavab verdi
Eşidirəm! Eşidirəm! Kimdir!
Danışan mənəm,Qulamdır. Tez kabel göndərin! Artıq dözə bilmirəm. Bədənim donmuşdur…
Yoldaş leytenant. Qulam kabel gözləyir!
Sarışın qalxıb köməyə getmək istədi. Ancaq telefonda kim növbə çəkəcəkdi
Kabel istəyir Zaxarçenko təəccübləndi. Rabitə ki, sazdır.
Deyir, artıq dözə bilmirəm, bədənim donmuşdur…
Leytenant işin nə yerdə olduğunu əlüstü dərk elədi.
Sən burada gözlə, bu dəqiqə özüm apararam!
O yarısı boşalmış katuşkanın kəmərindən yapışıb telefonxətti boyunca geriyə cumdu. Sarışın səngərdə tək qaldı. Düşmən desantları tankların dalınca irəliləyərək, gördükləri hər qara nöqtəyə güllə atırdılar. Artıq çox şeyi adi gözlə də sezmək olurdu. Onların qarşısına çıxmış sovet tankları da uzun lülələrindən irəliyə doğru güllələr püskürürdü.
Desantlardan dörd nəfəri, arxasında radiostansiya yerləşən yanmış tanka tərəf sürünürdü. Oradakı döyüşçülərin həyatı təhlükə qarşısında idi. Sarışın dişi ilə şinelinin ətəyini cırdı, ondan yarım metr uzunluqda ensiz bir parça qopardı və telefonun dəstəyinə halqa salıb, başına keçirdi. Əlləri işdən azad oldu. Dəstək qulağından rahatca asılmışdı. Qız avtomatını götürüb sinəsi üstə uzandı. Tələsmədən desantları nişan alıb atdı. Onlardan biri hərəkətsiz qaldı.
Al! deyə Sarışın bir də, bir də, dalbadal daha bir neçə güllə boşaltdı. Tankın dalındakı döyüşçülər də məsələdən agah olcaq sialaha əl atdılar. Qız, alman soldatlarının dördünün də qarın üstə sərildiyini görüb sevindi.
Artıq irəli gəlməyə cəsarət etməyən tanklar cəbhə boyu sağasola dönərək desantların daldalanması üçün şərait yaradırdı.
Sarışın həm ara vermədən atır, həm də telefonda eşitdiyi əmrləri yaxındakı alay komandirinə çatdırırdı. Lakin o, Qulamdan nigaran idi. Sandronun isə harada olduğunu hələ də bilmirdi.
Alo! Alo! Mən Bondarçukam! Mən Bondarçukam! Qulam, sən haradasan deyə dönədönə soruşurdu. Leytenat gəlib çıxdımı
Lakin Sarışına yarı yoldan Qulam deyil, uzaq qərargahdan başqa telefonçu cavab verirdi. Bondarçuk birdən susdu. «Görəsən onu yaralamayıblar ki!»
Telefon xətti əməllibaşlı işləyirdi. Bu isə qızın həyəcanını daha da artırırdı. «Bəs Qulama nə oldu Niyə gəlib çıxmadı»
Düşmən irəli soxulmağa can atır, toplar nərildəyir, güllələr vıyıldayırdı…
Son mərmilərini qurtarmış tanklar da, indi pulemyot atəşinə keçmişdi. Cəbhədə sanki böyük bir «Arsenal»ın sursatından qovurğa qovrulurdu…
Zaxarçenko Bədirzadəyə yaxınlaşanda, onu qarın üstündə taqətsiz halda uzanıb donmuş gördü. Qulam qırılmış telefon xəttini hər iki ucundan tutub, ortada, qərargahla alay arasında canlı rabitə yaratmışdı. Sən demə, bayaqdan diviziyanın əmrləri onun bədəninə, ürəyindən, qan damarlarından keçib cəbhəyə yayılırmış. Əlaqənin kəsilməsinə yol verməmək üçün öz vücudu ilə bir parça məftili əvəz edirmiş! Ancaq o iliklərinə qədər buz kimi donmuşdu. Leytenant onu qaldırıb qırağa çəkdi. Gətirdiyi kabeldən kəsib rabitəni düzəltdi. Sonra flyaqasını kəmərindən açaraq Qulama verdi.
Al, bir-iki qurtum araq iç, canının üşütməsi çıxsın.
Bədirzadə leytenantın dediyinə əməl etdi. Sonra flyaqanı bağlayıb Zaxarçenkoya qaytardı.
Sandronu vurdular!
Necə! Öldümü!
Qulam əzgin halda astaasta başını tərpətdi.
Qucağımda can verdi… Gözləri qapananda uşaq kimi sinəmə qısıldı… Nazikoya, dedi, salam yazarsınız.
Leytenant ikiəlli sifətini qapadı.
Qulamla leytenant özlərini Sarışına yetirəndə qaş qaralmağa başlamışdı. Düşmən teztez havaya fişəng atır, yerigöyü işıqlandırırdı. İndi tanklardan bir neçəsi alov içərisində tüstülənirdi. Lakin desantlar son nəfərinədək qırılmamış təslim olmaq istəmirdilər. Alman qərargahının əmrinə görə, tankların köməyi ilə onlar hələ biriki saat sovet qoşunlarının qarşısını almalı idilər. Bu müddət ərzində isə, Dnepr buzlarının parçalanmadığı yerlərindən hissəni geri çəkəcəkdilər.
Leytenant, Bədirzadədən ayrılıb qabağa getdi. Tankın yanındakı radiostansiyadan xəbər tutmaq istədi. Qulamı çox pəjmürdə görən Sarışın narahatlıqla xəbər aldı
Sənə nə olmuşdu? Niyə o qədər yubandın?
Telefon xəttində baş verən hadisəni Qulam qısaca ona bildirdi. Qızı fərəh qarışıq təəccüb bürüdü.
Sarışın sevdiyi oğlanın çöhrəsinə baxdı. Baxdı, sonra özünü saxlaya bilməyib ikiəlli onun boynunu qucaqlayaraq odlu dodaqları ilə donmuş üzündən öpdü.
Sağ ol, əzizim! Bunu mən heç ağlıma da gətirməzdim!
Qulam danışmadı. Sarışının şineli üstən ehmalca çiynini oxşadı.
Bəs serjant Meladze haradadır, ondan xəbərin yoxdur deyə qız soruşdu.
Qulam sifətindəki ifadəni gizlətməyə çalışdı.
Yəqin haradasa döyüşçülərin arasındadır.
Bu eyhamlı sözlərdəki mənanı başa düşməyən Sarışın qabaqda bir neçə mərmi partladığını görcək Qulamla yanaşı üzüqoylu, yerə yatmaq istədi, ancaq… ürəyini tutaraq irəli yox, arxaya qanrıldı.
Amaan!.. Getdikcə zəifləyən və sonra qırılan bus əs cəbhədə apaydın eşidildi.
Qulam sıçrayıb onu havada tutdu.
Alyonuşka!!!
O, elə bu anda özünün sağ biləyində də acı bir ağrı duydu.
Alyonuşka!.. Sənə nə oldu! Alyonuşka.. Qulam titrək səslə çığıraraq, qızın axan gözlərinə baxdı. Yalvarıram sənə, Alyonuşka, gözlərini aç! Eşidirsənmi, Alyonuşka, bu sözləri sənə deyən mənəm! Qulamdır!..
Sarışının papağı yerə düşdü, sarı, kəhrəba saçları Qulamın qolları üstə dağıldı.
Alyonuşka!!.
Onun şinelinin sol döşünün qızardığını görən Qulam, qızın yaxasının düymələrini açdı. Sarışın ağır yaralanmışdı. Bu vaxt hardansa şəfqət bacısı özünü səngərə saldı.Tələsik çantasını açıb Lenaya ilk yardım göstərmək istədi. Bondarçukun paltarlarını soyunduranda ümidsizliklə başını buladı və dərindən köks ötürdü.
Qulamın sifətinə meyit rəngi çökmüşdü. Nə edəcəyini bilmirdi.
Şəfqət bacısı Sarışının sinəsini çalınçarpaz sarıdıqdan sonra Bədirzadəyə dedi:
Onu yerə uzandırın.
Qulam qızın başını astaca şinelin üstünə qoyanda öz biləyini səlt qan içində gördü.
Deyəsən mən də bekara yaralanmışam… Bu keçibgedər. Düzünü söyləyin, onu təcili xəstəxanaya çatdırsaq, həyatını xilas etmək olarmı?
Şəfqət bacısı dinmədi.
Cavab verin! Mən sizinləyəm!..
Xeyr. Artıq hər şey gecdir.
Qulam əllərini yuxarı qaldırıb başını tutmaq istədi, ancaq sağ qolu qalxmadı.
Şəfqət bacısı onun biləyinə baxanda, heyrətləndi
Siz özünüzü də düşünün! deyə ucadan çağırdı Əgər venanız zədələnibsə, qanı saxlamaq mümkün olmayacaq!
Qulam bədəninin getdikcə sustaldığını, taqətdən düşdüyünü aşkar hiss edirdi.
Şəfqət bacısı onun qoluna iki yerdən rezin dolayıb yarasını möhkəm sarıdı.
Tez olun, xəbər verin, adam göndərib sizi əvəz etsinlər!
Lazım deyil. Mən buradan heç yana getməyəcəyəm!
Qulam dəstəyi götürüb qulağına söykədi. Telefonda onları çağırırdılar.
Bəli, eşidirəm! Xeyr, Bondarçuk ağır yaralanmışdır! Danışan Bədirzadədir! Oldu! Qulam aldığı əmri alay komandirinə çatdırdı Desantları son nəfərinədək məhv etmək!
Desantları son nəfərinədək məhv etmək!
Bu tanış səs Sarışının qulaqlarında əkssəda vercək, gözlərini açdı:
Qulam…
Bədirzadə yaralı əli ilə onu qucaqladı.
Şəqfət bacısı tez qızın başının üstünü kəsdirdi
Tərpənməyin.
Fişəng işığında qarın üzəri ilə o tərəfbu tərəfə sürünən desantları görən Qulam telefonun dəstəyini şəfqət bacısına uzatdı.
Bir dəqiqəliyə məni əvəz edin! dedi və avtomatını solə linə götürdü. Sağ qolunu silahın altına qoyub gözlərini qıydı.
Tutun, gəldi!
Avtomatın lüləsindən bir qatar odlu güllə uçdu. Alman soldatlarından irəlidə olanı yerində qıvrıldı.
Bu sənin intiqamın, Alyonuşka!..
Silah bir də dilləndi.
Bu da Sandronun qanı!
Bondarçuku qucaqlayaraq, dəstəyi qulağına tutmuş şəfqət bacısı gözlərini heyrətlə qabağa zilləmişdi. O, Qulamın atdığı qızmar güllə qatarlarının alman soldatlarına necə dəydiyini aydın görürdü.
Tutun, gəldi! Bu da müqəddəs silahına, intiqamını alacağıma and içdiyim Viktor Sokolovun əvəzi!
Avtomat bir daha uzunuzadı dilləndi.
Dəydi! deyə şəfqət bacısı özünü saxlaya bilməyib çığırdı.
Sarışın başını qaldırıb inildədi.
Qulam… Hamısını atma… Bir güllə də mənim üçün saxla… Yaram mənə çox əziyyət verir…
Sən nə danışırsan, Alyonuşka! Biz ki, geri çəkilmirik. Elə olsaydı, mən bir yox, iki ehtiyat güllə saxlardım. Düşmən uzaqlaşır… Tanklar geri dönür…
Yarımqaranlıq içərisində qızın sifətində xəfif bir sevinc əlaməti göründü. Göründü və yaranın ağrısından tez də silinib yoxa çıxdı. Qulam bu sözləri təsəlli üçün deməmişdi. Almanlar kəndi tərk edirdilər. Desantlar daha görünmürdü.
Qarşıdan qarışıq səslər ucaldı. Sovet piyadaları səngərlərdən qalxıb Semixatkaya tərəf yüyürürdü. Toplar isə, indi Qızılkilsəlidən və şam meşəsindən daha uzaqları, Dneprin sağ sahilini vururdu.
Alyonuşka, bir qalxıb baxsana! Düşmən sənin kəndini boşaldır, bizimkilərin ora çatmağına az qalıb. Tanklarımız irəliləyir!..
Qulam bir əli ilə onun başını qaldırıb qabağı göstərdi. Lakin Sarışın Semixatkada, iki il əvvəl olduğu kimi, yenə alovlanan tonqallar gördü.
Vicdansızlar! deyə şəfqət bacısı hirsini boğa bilməyib səngərdən bayıra atıldı. Kəndin olan-qalan evlərini də yandırdılar.
Qulam da Semixatkaya tərəf baxdı. Qarşıda onlarla tonqalın nəhəng, alovlu dili qaranlıqları yalayırdı.
Qərargahın son əmrinə görə, diviziya gecə ikən Dneprin sağ sahilinə keçməli idi. Cəbhədəki qarışıqlıq içərisindən polkovnik Səlimxanovun əmri aydın eşidilirdi.
Yenə yandırdılar… Daha orada heç bir şey qalmadı. deyə Sarışın güclə eşidilən səslə pıçıldadı. Mən də qalmadım… Qulam!... Eşidirsənmi Mən də… Mən də səndən ayrılıb gedirəm… Özü də həmişəlik gedirəm.
Sən daima mənim ürəyimdə yaşayacaqsan, Alyonuşka!... Oradan heç yana getməyəcəksən!..
Qız, üzünə düşən isti damcıdan diksinən kimi oldu. Bir anlığa gözlərini geniş açdı. Qarşısında ilk məhəbbətinin canlı heykəlini Qulamı gördü. Oğlan onu dizinin üstünə almışdı. Ağlayırdı. Səssizsəmirsiz, içində ağlayırdı. Şəfqət bacısı çəkilib qıraqda durdu.
Qulam, mənim əzizim… sən, dava qurtarandan sonra da, bir yol, bizim kəndə gələrsən… Onda məni də yada salarsan. Deyərsən, bir zaman Alyonuşka da burada yaşayardı. Özü də xoşbəxt yaşayardı. Deyərsən, məni sevdiyi bir vaxtda onu öldürdülər. Alyonuşka ayrılıb, getdi, öz məhəbbətini də qara torpağa apardı.
Bəli! Alyonuşka son vəsiyyətini elədikdən sonra işıqlı həyatdan ayrılıb getdi. Məhəbbətini də qaranlıq torpağa apardı…
Semixatkanın tərk edib qaçan düşmən o biri sahildən geri baxanda qaranlıqda alovlanan tonqallar arasında bir heykəl gördü. Qucağında körpəsini tutmuş bu tunc ana heykəli bir neçə gün əvvəl Alyonuşkanın yaşadığı uşaq bağçasından ucalırdı. Sanki almanlar Dneprdən uzaqlaşdıqca, bu ana da onları izləyir, yaxınlaşır, yaxınlaşırdı.
Bu günəş təkin yanar heykəl, bütün anaların mücəssəməsi idi!
Mən, Məhbubə üçün axşamdan oxuduğum hekayətimi bitirib, dəftərimi örtdüm və bir papiros yandırdım.
Səhər açılırdı. Üfüqlər alçəhrayı rəngə boyanmışdı. Bizim məskən saldığımız talada quşlar civildəşir, alabəzək kəpənəklər uçuşurdular. Çiçəklərin, otların üstünə şeh qonmuşdu. Havanın ətri adamı bihuş edirdi. Bir azdan günəş çıxacaq, öz ilıq şüalarını çadırımızın içərisinə dolduracaqdı.
Mən lampanı üfləyib söndürdüm. Pencəyimi çiyninə salıb yastığa dirsəklənmiş Məhbubə söhbətimdən təsirlənmişdi, xəlvətcə ağlayırdı. Mən onu dindirib ürəy
ini kövrəltmək istəmədim. Papirosumu sümürüb tüstünü hərisliklə ciyərlərimə çəkdim.
Bəs sonra o, Alyonuşkanı harada dəfn elədiniz deyə Məhbubə dözməyib, xəbər aldı.
Alyonuşkanı Sandro ilə yanaşı, Semixatka kəndinin qırağındakı qəbiristanda basdırdıq. Biləyim yaxşı olandan sonra mən ikinci dəfə cəbhəyə yollananda onların məzarı başında bir cüt ağac da əkmişdim. Yerli camaat öz ölülərinin xərabəlikdə qalmasına razı olmamış, qəbiristanlığı güllüçiçəkli bir bağçaya çevirmişdi. Srağa gün də mən, səndən xəlvəti ora getmişdim. Ancaq qəbirləri ayırmaq mümkün deyildi. Hamısının baş tərəfində beşguşəli ulduz sancılmışdı…
Mən qalxıb məyus halda çadırdan çıxdım. Məhbubə də yanıma gəldi, əlini çiynimə qoyub, qızaran geniş üfüqlərə baxdı.
Səndən bir xahiş eləsəm sözümü yerə salmazsan ki, Qulam dedi.
Buyur.
Məni də bu gün o Semixatkaya Alyonuşka kəndinə apar.
Məhbubənin gecədən yuxusuz olduğunu bəhanə edərək, onu bu fikirdən daşındırmağa çalışdım.
Orada ürək açan nə görəcəksən ki, dedim. Hər şey yanıb, dağılmış, yerlə yeksan olmuşdur.
İstirahətə gəldiyi bir vaxtda Məhbubəyə müharibənin dəhşətlərini göstərib kədərləndirmək istəmirdim. Ancaq çox təkid elədiyini görüb könülsüz razılaşdım.
Gedək, dedim. O qədər də uzaqda deyil.
Mən çadırı və içərisindəki şeyləri yığışdırıb maşına qoyanda Məhbubə harasa qaçdı. Motorun səsini eşidəndə bir qucaq gülçiçəklə qayıtdı. Tələsmədən yola düşdük. Sahil boyu irəlilədikcə, mən ona, vaxtilə bu yerlərdə gedən vuruşmaları xatırladırdım.
Qulamcan, bəs sən heç demədin, polkovnik Səlimxanov, leytenant Zaxarçenko necə oldu Onlar salamatmı qaldılar Yoxsa…
Hər ikisi sağsalamatdır, Məhbubə! deyə cavab verdim. Səlimxanov indi, müharibədən əvvəlki ixtisası üzrə institutda tarix dərslərini aparır. Özü də elmlər doktorudur. Zaxarçenko isə Kiyevdə geoloq işləyir… Hələ fikrim var evə qayıdanda ona da baş çəkək.
Çox yaxşı olar, deyə Məhbubə razılaşdı. Bakıya çatcaq məni Səlimxanovla da tanış edərsən.
Mən maşını keçmiş Semixatkanın yaxınlığında saxladım, aşağı endik.
Haqqında sənə oxuduğum «Alyonuşka kəndi» bir zaman burada idi. Ona bu adı da mən vermişəm.
Məhbubə hər yana baxdısa topa-topa daş yığımlarından başqa heç nə, heç nə görmədi.
Sinə dolusu köksünü ötürüb kədərləndi. Sonra mənalı bir tərzdə başını tərpətdi.
Gör müharibə nələr törədib! deyə qarşıda gördüyü mənzərədən heyrətə gəldi. Bütün kəndi məhv edib! O, bir an susub üzünü mənə çevirdi. Bəs nə əcəb yerli camaat sonradan Semixatkada yox, uzaqda məskən salıb Buranı abad edə bilməzdilərmi?
Xeyr, dedim. Yanıb külə dönmüş bu torpaqda o zaman heç nə əkmək olmurdu. İnsanlar isə güləçiçəyə, yaşıllığa öyrənmişdilər…
Hər ikimiz gözlərimizi Alyonuşkanın kəndinə dikmişdik. Sanki qarşıdakı xərabəliyin sükuta qərq olmuş hər qaşqabaqlı daşı dilə gəlib demək istəyirdi «Burada insan yaşamışdır!»
Sonra biz kiçik bir bağçadakı qəbiristanlığa gəldik. Məhbubə topladığı tər çiçəkləri bütün məzarların üstünə səpələdi. Hər halda Alyonuşka ilə Sandronun da qəbri onların arasında idi…
Mənim Məhbubəyə oxuduğum əhvalat, cəmisi ikicə həftənin ərzində olmuşdu. Müharibə isə dörd il davam etmişdi!
Yaxşı, Qulamcan, sən bu əsərini təzədən işləyəndə haradan, necə başlayacaqsan deyə geri qayıdanbaş Məhbubə maraqla xəbər aldı.
Mən ona baxıb gülümsündüm:
Elə sənə nağıl elədiyim kimi dedim. «Səndən nə gizlədim. Olan oldu, keçən keçdi. Mən əvvəllər də birini sevmişdim…»
19.08.2026