Dilsuz Dünyamalıyev. Təbiət nağılı
Ovçu Qasım soyuq qış axşamlarında həmişə nəvələrіni başına yığar, onlara ovçuluq etdiyi uzun illər ərzində şahidi olduğu hadisələrdən, maraqlı əhvalatlardan, yaddaşında qalan nağıl və hekayətlərdən söhbət açardı. Bir axşam uşaqlar Qasımın yenə yaxasından yapışıb, əl çəkmirdilər. Kişi də and-aman edirdi ki, daha nə bilirəmsə sizə danışmışam. Daha söz-söhbətim qurtarıb.
Uşaqlar yenə də əl çəkmədi. Köhnə, eşitdikləri söz-söhbətləri danışanda uşaqlar da qulaq asmaq istəmirdilər ki, bunu bilirik. Qasım kişi də ha fikirləşirdi ki, yaddaşına yeni bir söhbət sala bilmirdi. Birdən elə bil Qasım kişinin gözlərinə işıq gəldi. Hələ indiyə qədər uşaqlara danışmadığı, həyatında baş vermiş bir əhvalatı nağıl etməyə başladı:
- Нə, mənim əziz balalarım, indi danışacağım bu söhbətə diqqətlə qulaq asın. Bir dəfə ovdan gələndə qu quşlarının, sonaların göldə üzdüklərini, еrkək quşların dişilərə mehr-ülfət, nəvaziş etdiklərini heyran-heyran seyr etdim. Ancaq ovum uğurlu olmadığına, əlim boş olduğuna görə еrkək quşa atəş açdım.
Gülləm boş keçməmişdi. Dişi qu quşu havaya qalxıb, üstümə şığadı. Üz-gözümü didmək, məndən öldürülən erkək tayının intiqamını almaq istəyirdi. Birtəhər özümü qorudum. Aralanır, vurulmuş qu quşuna yaxınlaşır, üz-gözün, qanadlanın can verməkdə olan tayının yaralarına, tüklərinə sürtür, fəğan qoparır, özünü yerə-göyə çırpırdı. Yaxınlaşıb yaralı qu quşunun başını kəsdim, çantama qoydum. Dişi qu quşu dərdli-dərdli bu mənzərəni seyr edirdi. Yenidən üstümə cumdu. Tüfəngi çiynimdən aşırıb, onu da vurmaq istədim. Tüfəngi tuşladım. Elə bildim qorxub qaçacaq. Amma о üz-üzə lap yaxınıma gəldi. Gözlərini gözlərimə zillədi. Sanki bu dərdli-məlallı baxışlarıyla ddirdi: “Мənі bu dünyada tənha qoydun. Мənі də vur, canım qutarsın”.
Qanım bərk qaralmışdı. Qu quşuna atəş açdığıma görə çox peşmandım. Dişi qu quşu məndən əl çəkmir, başım üstə dövrə vururdu. Axırda vurduğum erkək qu quşunun meyidini çantamdan çıxaıb, yaxınlıqdakı kolun dibinə tulladım. Bunu görən dişi qu quşu yenidən özünü ölmüş ərinin üstə atıb, fəğan qoparmağa başladı. Bu ağrılı, ürəyi üzən səsi eşitməmək üçün qaçıb oradan uzaqlaşdım. Sonra bu əhvalatı bir yaşlı ovçuya danışdım. Qoca ovçu dedi:
- Gərək ona atəş açmayaydın. Qu quşlarında belə bir qayda var ki, biri öldürüləndə o biri daha yaşamaq istəmir. Ovçunun gözü qabağına gəlir ki, ovçu onu vursun. Belə də olmasa, sonralar heç bir qu quşu ilə qoşalaşmır, özün həlak edir.
Bu mənə bir dərs oldu. Bir də qu quşlarına güllə atmadım.
Bir dəfə ovdan gələndə gölün qırağında cil otların arasında 5-6 ördək yumurtası tapdım. Evdəki kiçik uşaqları sevindirmək üçün onlara gətirdim. Uşaqlar çox sevindilər. Nənəmiz uşaqların təkidi ilə ördək yumurtalarını yenicə kürk yatmış toyuğun altına qoydu. Əlbəttə, altına cücə çıxarmaq üçün toyuq yumurtaları da qoyulmuşdu. Nəhayət, iyirmi bir gündən sonra toyuq balaları, bir neçə gündən sonra da ördək balalarından ikisi yumurtadan çıxdı.
Toyuq fərqinə varmadan ördək balalarını da öz balaları kimi bəsləyir, dalına salıb yemləməyə aparırdı. Uşaqlar toyuq-cücələrin arxasınca yanların basa-basa yeriyən ördək balalarına baxmaqdan ləzzət alırdılar. Artıq toyuq balaları da irilmişdi. Toyuq evin yaxınlığındakı kiçik su hovuzunun yanına gedirdi ki, balaları da, özü də su içsin. Su hovuzunu görən ördək balaları tez özlərini hovuzdakı suyun içinə atır, həvəslə üzməyə başlayır. Ana toyuq balaları üçün bunun təhlükəli olduğunu görür, müxtəlif səslər
çıxarır, narahat səs çıxara-çıxara hovuzun ətrafına fırlanırdı ki, ördək yumurtasından olan balaları ordan çıxsın. Balalar isə sudan çıxmaq istəmirdilər. Toyuğun hay-harayın görüb, balaları hovuzdan çıxardardıq. Bundan sonra yazıq toyuq rahatlanar, balalarını
qırtlaya-qırtlaya аyrı yerə aparardı.
Amma nə vaxtsa toyuğun yolu hovuza yaxın düşəndə ördək yumurtasından çıxmış balalar tez özlərini hovuza atıb, ləzzətlə üzər, toyuq isə qışqınq sala-sala hovuzun başına firlanardı. Nəslə, öz kökünə çəkmək, demək quşlar arasında da özün göstərir.
Bu toyuğun balaları böyüyəndən sonra ümumi həyətdə olan toyuq-cücəyə birlikdə dən atardıq. 5-6-da hind quşu vardı. Burada da güclü-gücsüz olmaq özün göstərirdi. Toyuq-cücənin heç biri qorxudan hind quşlanının yaxınlığından, eləcə də xoruzun qabağından dən yeyə bilməzdilər. Güclülər zəiflərin başından vurar, meydandan çıxarardılar, ördək balaları xırda olduqlarına görə qalan toyuqlar da onların başın deşik-deşik eləmişdilər. Ördək balaları isə özlərini müdafiə etmək üçün toyuqların, xoruzun ayağından yapışır, özlərini müdafiə edirdilər.
Qanadlarının tükləri yolunsa da, bu mühitə, bu müxtəlifliyə dözə bilməyən ördək balaları uçub azad çöllərə getdilər. Görürsünüzmü,öz kökünü, soyunu biruzə vermək, azad yaşamaq, güclülərin gücsüzləri əzmək, gücsüzlərin özlərini müdafiə etmək halları çöl quşları arasında da özünü biruzə verir.
Əziz balalarım, biz təbiəti sevməli, heyvanlar aləminin, yaşıllığın qorunması, gələcək nəsillərə çatdırılması üçün əlimizdən gələni etməliyik. Təbiətdə tarazlıq pozulanda insan cəmiyyətində də tarazlıq pozulur, müxtəlif bəlalar, fəsadlar törəyir.