Elxan Yurdoğlu. Möminə Xatun
- Ata, ata, о nədir?
- Tarixi abidədir.
- Bəs adı nədir onun?
- Oğul, Möminə Xatun.
- Ata, o kimdir elə?
- Oğul, dinlə diqqətlə.
O, anamızdır bizim,
Tacıdır tariximizin.
Əvvəl bu torpaqlarda
Bir dövlət qurulmuşdu.
Həmin dövlətin adı
Atabəylər olmuşdu.
О dövlətin banisi
Şəmsəddin Eldənizdi.
Qüdrətli hökmdardı,
Çox yerləri gəzmişdi.
Möminə Xatun onun
Həyat yoldaşı idi.
Günlərin bir günündə
Dünyasını dəyişdi.
Hökmdar çox sevirdi
Möminə Xatununu.
İstəyirdi hər zaman
Tarix yaşatsın onu.
Bir gün qərara gəldi,
Belə bir əmr verdi.
Onun yatdığı yerdə
Bir abidə ucaltsın.
Atabəylər tarixi
Onu görüb güc alsın.
Memar Əcəmi on il
Gecə-gündüz çalışdı.
Bilmədi yazdı, yaydı,
Yoxsa payızdı, qışdı.
Zəhmət іlə, zövq ilə,
Tikib qurtardı bunu,
Bu gözəl əsər üçün
Xalq təbrik etdi onu.
İndi bax bu abidə,
Bizim tariximizdir.
Tariximiz bizimçün
Anamıztək əzizdir.
Oğul, sən də tarixi,
Bax belə sevməlisən.
Tarixini öyrənib
Əzbərdən bilməlisən.
Oğul, Möminə Xatun
İndi bildinmi, nədir?
- Bəli, ata, demək o,
Tarixi abidədir.
- Oğul, Möminə Xatun,
Həm də ki, çox uludur.
Bir də ki, Naxçıvanın
Birinci simvoludur.