Şeirlər
Firidun Ağazadə. "Kök" sözü
İri bir kök
Yedi dovşan.
Sonra belə
Dedi dovşan:
- Kefim kökdü,
Kök salmışam
Bostanlarda.
Uşaqlar da
Sevir kökü,
Dovşanlar da.
Kefim kökdü,
Lap istəsəm
Kələmləri
Kökü ilə
Qopararam.
Lap istəsəm
Bir əlimdə
İki qarpız
Apararam.