Şeirlər

İbrahim Yusifoğlu. Düş gəl yerə güləşək

Araz deyir: - Ay günəş,
İşığın aşıb-daşır.
Sənə baxa bilmirəm,
Gözlərim bərk qamaşır.


Qaçıb çıxmısan göyə,
Cığallığından əl çək.
Əgər məndən qorxmursan,
Düş gəl yerə, güləşək!