Qafar Qərib. Dolu
Selcan deyir:
- Qar görmüşəm,
Yağışın da üzü tanış.
Ata, bəs bu, nədir yağır?
Bu barədə mənə danış!
- Qızım, hərdən yağışlar da
Göydən yerə min gileylə,
Qəlbi dərdlə dolu düşür.
Bu, yağışın utancağı -
Yetişmişi dura-dura
Hərdən уerə kalı düşür.
Bu, doludur, mənim balam,
Dolu yağmır,
dolu, DÜŞÜR...
- Ata, demək yağışın da
Çaqqalası olurmuş?
- Yox, ay qızım!
Səndəki ağlı görüb
Yəqin yağış özü də
Heyrətindan donurmuş.