Şeirlər

İbrahim Yusifoğlu. Ayna

Bu şirindil, gül bala,
Mehriban qız, Aynadı.
Əlləriylə tutduğu,
Balaca bir aynadı.

 

Ayna aynaya baxcaq,
Qanı yaman qaynadı.
Aynadak qız ilə
Deyib-gülüb, oynadı.