Şeirlər

Əbülfəz Ülvi. Qarğıdalı

Qarğıdalı görəndə,
Heyrət etdi balaca.
Təəccübdən bir anda,
Fikrə getdi balaca.


Bu işi çox pislədi,
Üzün tutub anaya.
Qınadığın istədi,
Anası da qınaya.

 

 

Dedi: - görən nə olub?
Bu kol kimə qıyıbdı?
Özgənin saçın yolub,
Özünə saç qoyubdu.