
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə (USRM) dəstək məqsədi ilə aprelin 5-də “İnturist” otelində xeyiriyyə aksiyası keçirilib. Xeyriyyə gecəsində USRM-nin əlaqələndiricisi Vasif Akiflinin “Özgə uşağı olmur!” sənədli filminin təqdimatı olub.
Gecədə rəssamlar Ülviyyə Nəsibin, Leyla və Ülviyyə Musayeva bacılarının rəsm əsərlərinin hərracı, sığınacaq sakinlərinin əl işlərinin satışı təşkil edilib.
Tədbirdə tanınmış müğənnilər Almaz Ələsgərova, Elmira Qurbanova, Elnarə Xəlilova və başqaları çıxış ediblər.
USRM-nin peşəkar işçilərdən ibarət heyəti 2010-cu ildən çətinliyə düşən, zorakılığa məruz qalan yüzlərlə uşaq və qadının reabilitasiya prosesinə kömək edir.
“Özgə uşağı olmur!” devizi ilə hərəkət edən psixoloqlar, hüquqşünaslar, pedaqoq və tərbiyəçilər binəsib uşaqlara sevgi və mərhəmət hissi aşılayır, hüquqlarını müdafiə edir və onlara dəstək olurlar.
06.04.2017