Xəbərlər

Məktəblərarası intellektual oyunun qalibləri müəyyənləşib

Bakı, 4 aprel, AZƏRTAC 

 

Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu təşkil olunub. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən(BŞTİ) AZƏRTAC-a bildiriblər ki, “Vətəni tanı!” adlı yarışda Suraxanı rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

 

 

İntellektual oyunun keçirilməsində əsas məqsəd məktəbliləri Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri barədə daha ətraflı məlumatlandırmaq, həmçinin, onların bilik, bacarıq və dünyagörüşünü artırmaqdır. 

 

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 278, 226 və 140 nömrəli tam orta məktəblərin komandaları I, II, III yerlərə layiq görülüb.

Qalib komandalar müvafiq dərəcəli diplomla təltif edilib.