Xəbərlər

30 İyun – Beynəlxalq Asteroid Günüdür

Birləşmiş Millətlər Təşkilatı, 30 iyun 1908-ci ildə Sibir ərazisinə məşhur Tunqus asteroidinin düşməsi ilə əlaqədar olaraq, həmin günü Beynəlxalq Asteroid Günü elan edir.

 

Həmin asteroid Dünyaya daxil oldu və 1000 Hirosima bombasına bərabər bir partlama baş verdi, yüzlərcə kilometr ərazi meşə yanğınları ilə əhatələndi. Lakin bu, radioaktiv bir partlama deyil.

 

Daha sonralar həmin bölgədə edilən araşdırmalar nəticəsində ağacların arasında dünyaya aid xüsusiyyətlər daşımayan bəzi zərrəciklər tapıldı. Onların asteroid mənşəli meteoritlər olduğu aşkar edildi.

 

Qədim yunan sözü olan “asteroid” “ulduzabənzər” deməkdir və Günəş sisteminin kiçik cisimlərindən olub, bərk nüvəyə malikdir. XX-ci əsrin ortalarından etibarən Günəş sisteminin xarici sərhədlərində hələ müəyyən oluna bilməmiş çox sayda göy cisminin tapılması qarşıya məqsəd qoyulmuş və var ola biləcək orbit xüsusiyyətlərinə görə bu cisimləri içinə alacaq nəzəri Koyper qurşağı və Oort buludu terminləri təyin olunmuşdur. Praktik səbəblərlə Koyper qurşağı və Oort buludu cisimlərini transneptun obyektlər adlandırırlar. Beləcə, Günəş ətrafında dönən cisimləri ümumi olaraq “planetlər”, “cırtdan planetlər”, “quyruqlu ulduzlar” və “transneptun cisimlər” olaraq qruplaşdırırlar.

 

1980-ci illərdən başlayaraq kəşf edilməyə başlayan asteroidlərin isə Günəş sistemində sayı 10 minlərlədir. Onlar Günəş Sisteminin formalaşması əsnasında ortaya çıxmışdır. Günəş sistemindən təxminən 4,5 milyon il əvvəl isə qaz və toz buludları şəklində mövcud idilər. Asteroidlərin ölçüləri adi planetlərə görə çox-çox kiçikdir və buna görə də onları bəzən kiçik planet adlandırırlar. Lakin planetləri təşkil edən maddələrlə asteroidləri təşkil edənlər eyni deyildir. Bu kiçik planetlər Mars və Yupiter orbitləri arasında eni təxminən 40.000.000 km olan bir asteroid qurşağı və ya halqası əmələ gətirirlər.