Dastanlar

Dirsə xan oğlu Buğac xan boyu

Xanlar xanı Bayandır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırmışdı. Bayandır xan gələn qonaqlar üçün üç növ otaq hazırlatdırmışdı: oğlu-qızı olmayanlar üçün – qara otaq; oğlu olanlar üçün – ağ otaq; qızı olanlar üçün isə – qızıl otaq. O, «Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçә döşәyin, önünə qara qoyun әtinin qovurmasından gәtirin. Yeyir-yesin, yemirsә-dursun getsin» demişdi. Oğuz bәylәri bir-bir gəlib yığılmağa başladılar. Dirsə xan deyilən bir bәyin oğlu-qızı yox idi. Buna görə də onu qara otaqda, qara keçə üzərində oturtdular, önünə də qara qoyun әtinin qovurmasından gətirdilər.

 

Bundan mütəəsir olan Dirsə xan zövcəsininin yanına gedərək qarşılaşdığı vəziyyəti ona da danışır.  Zövcəsinə «Sәndәnmidir, mәndәnmidir, nәdәndir Allah bizә bir yetgin oğul vermir?»—deyir. Arvadı isə cavabında Dirsə xandan bir qonaqlıq verməsini istəyir. “Ac görsәn, doydur; çılpaq görsәn, geyindir! Borclunu borcundan qurtar! Böyük şadlıq mәclisi qur, Allahdan arzunu dilə! Bәlkә bir ağzı dualının alqışı ilə Tanrı bizə bir yetkin övlad verər”,—dedi.

 

Dirsә xan arvadının sözü ilә böyük mәclis qurdurdu, Allahdan istәyini dilәdi. Atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırdı. Oğuz bəylәrini ora topladı. Ac gördüsә, doydurdu. Yalın gördüsə, geyindirdi. Borclunu borcundan qurtardı. Әl götürüb arzularını dilәdilәr. Allah bir ağzı dualının alqışı ilә onlara övlad verdi. Bir neçә müddәtdәn sonra bir oğulları dünyaya gəldi. Dirsə xan varının yarısını yoxsullara payladı, qırx gün qonaqlıq verdi, şadlıq keçirdi.

 

Oğuz nəslinin bir adəti vardı, uşaq doğulanda ona ad qoymazdılar. Uşaq gərək özü hünər görsədib ad qazanaydı.

 

Deyilәnә görә, Bayandır xanın bir buğası vә bir də buğrası vardı. O buğa daşa buynuz vursa, daşı un kimi üyüdәrdi. Bir yazda, bir dә payızda buğa ilә buğranı savaşdırırdılar. Bayandır xan Qalın Oğuz bәyləri ilә tamaşaya baxır, әylәnirdi.

 

Bir dәfә, yenә yazda buğanı saraydan çıxardılar. Dәmir zәncirli buğanı üç kişi sağdan, üç kişi dә sol yandan tutmuşdu. Gәlib meydanın ortasında qoyub getdilər. Bu vaxt Dirsә xanın oğlu üç uşaqla meydanda «aşıq-aşıq» oynayırdı, Buğanı qoyub gedәndә oğlanlara «qaç» dedilәr. Oğlanların üçü qaçdı, Dirsә xanın oğlu qaçmadı. hündür meydanın ortasında durdu-baxdı. Buğa da hücum edib oğlana sarı gәldi. Oğlanla buğa xeyli çәkişdilәr. Dirsə xanın oğlu buğanın İki buynuzunnan tutub onu yanı üsdə yıxdı, kəmərinə sancılmış xəncəri çıxarıb başını kəsdi. Hamı uşağın məharətinə heyran oldu. Göstərdiyi qəhrəmanlıqdan sonra - bu vaxta qədər adsız yaşayan gəncə Qor¬qudun iştirakı ilə Buğac adı verildi.

 

 

Günlər, aylar keçdikcə Buğacın adı-sanı da xanlığa yayıldı, hamı onun hünərinnən danışdı.   Dirsə xanın qırx igidi həsəd apardı, kin saxladı. Bir-birinә söylәdilәr: «Gәlin, oğlanı atasının gözündәn salaq. Bәlkә atası onu öldürә, hörmәtimiz onun atası yanında yenә xoş ola, artıq ola»,—dedilәr.

 

Onlar Dirsə xanı yoldan çıxarıb öyrətdilər ki, oğlun səni öldürüb xanlıq taxtına sahib olmaq istəyir.

 

Bir gün Dirsə xan oğlu Buğac və qırx igidnən ova çıxdı. Hiylə toruna düşən Dirsə xan ox ilə oğlunu vurdu. Buğacın anası oğlunun ilk ovu olduğunnan həmin gün qonaqlıq düzəltmişdi. Bütün saray əhli ovdan qayıdanların pişvazına çıxdı. Amma ana nə qədər axtardısa, Buğacı görmədi. O, Dirsə xandan soruşdu:
- Bəs mənim Buğacım hanı?

 

Dirsə xan başını aşağı saldı, dimmədi. Ana bir də xəbər aldı. Bu dəfə qırx igiddən biri dedi:
- Xanım, narahat olma. Buğac ovdadı, tez qayıtmaq istəmədi. Allah qoysa, qayıdar.

 

Amma ananın ürəyi sakit olmadı. O, qırx incə belli qızla atlanıb oğlunu axtarmağa getdi. Onlar bir dərədə qarğa-quzğun uçduğunu görüb həmin yerə gəldilər. Ana Buğacını al-qan içində görüb huşunu itirdi. Özünə gələndən sonra onun ölmədiyini görüb bir az toxdadı. Oğlunu səslədi. Buğac səsə ayıldı. Gördü ki, anası ağlayır. Dedi:
- Ana, ağlama, mənə ölüm yoxdur. Ölüm ayağında olanda Xızır İlyas gəldi ki, ana südüynən dağ çiçəyi yarana dərmandı dedi.

 

Qırx qız dağa yayıldı. Çiçək yığdılar. Ana çiçəkləri əzdi, südü ilə qarışdırıb məlhəm düzəltdi. Yaraya qoyub sarıdı. Onlar qırx gün dağda qaldılar. Buğac yavaş-yavaş sağalırdı. 

 

 

Dirsə xan elə bildi ki, Buğac öldü. O peşman olmuşdu. Oğluna əl qaldırdığına görə özünü lənətləyirdi. İşin üstünün açılacağından qorxuya düşən xayinlər qaçmaq qərarına gəldilər. Dirsə xanın əl-ayağını bağlıyıb ölüncüyə qədər döydülər, mal-dövlətini talan edib, özünü də dustaq apardılar. Buğac sağaldı, onlar geri qayıtdılar. Amma gördülər ki, ev talan edilib, nə Dirsə xan var, nə də ki, qırx nayib. İşi başa düşdülər.

 

Ana Buğaca dedi:
- Oğul, hər necə olsa, Dirsə atandı. O, namərd sözünə aldanıb sənə qıydı. İgiddəri başına yığ, atanı xilas elə.

 

Buğac anasının dediyi kimi elədi, başına qırx igid yığıb onların dalınca yola düşdü. Xeyli gedib onları haqladı. O, atasını düşmən əlində görəndə qanı cuşa gəldi. Hücum edib Dirsə xanı xilas etdilər, namərdləri öldürdülər. Dirsə xan oğlunun sağ olduğunu görüb çox sevindi. Ata-oğul qucaqlaşıb-öpüşdülər. Başlarına gələn əhvalatı bir-birinə danışdılar. Sonra evlərinə döndülər. Ana onları bir yerdə görüb sevindi. Oğlunu bağrına basıb gözlərindən öpdü. Bayandır xan böyük bir məclis düzəltdi. Xalq Buğacı və igiddəri təriflədi. Bayandır xan Buğaca bəylik Verdi, taxt verdi. Yeddi gün, yeddi gecə şadlıq etdilər.