“Bəkil oğlu İmran” boyu
Bayındır xan yerindәn durmuşdu. Yüksәk evini qara yer üzәrindә ucaltmışdı. Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalçalar döşәtdirmişdi. İç Oğuz vә Daş Oğuz bәylәri toplaşmışdılar.Doqquz tümәnlik Gürcüstanın xәracı gәldi: bir at, bir qılınc vә bir çomaq gәtirdilәr.Bayındır xan bәrk dilxor oldu. Dәdәm Qorqud gәldi, şadlıq һavası çaldı. «Xanım, niyә qanın qaralıb?»—dedi. Dedi: «Necә qaralmasın, һәr il qızıl-gümüş gәlirdi, cavanlara, bәylәrә verirdik, xatirlәri şad olurdu. İndi bunları kimә verәk ki, onunçun xoş olsun?»Dәdә Qorqud dedi: «Xanım, bunun üçünü dә bir igidә verәk, oğuz elinә qarovul çәksin!» Bayındır xan «Kimә verәk?»— dedi, sağına-soluna baxdı. Heç kim razı olmadı. Bәkil deyilәn bir igid vardı. Ona baxdı, dedi: «Sәn nә deyirsәn?» Bәkil razı oldu. Qalxdı, yeri öpdü. Dәdәm Qorqud gәtirilәn qılıncı onun belinә bağladı. Çomağı çiyninә saldı, yayı qoluna keçirdi. Bәkil şaһanә ayğırı çәkdirib mindi. Qoһum-әqrәbasını ayırdı, ev-eşiyini yığışdırdı, oğuz elindәn köçdü. Bәrdәyә, Gәncәyә gedib, mәskәn saldı. Gedib doqquz tümәnlik Gürcüstan sәrһәdindә çadır qurdu. Qarovulçuluq elәdi. Buralara yad-kafir gәlsә idi, başını Oğuz elinә һәdiyyә göndәrirdi. İldә bir dәfә Bayındır xanın divanına gedirdi. Bir dәfә yenә Bayındır xandan adam gәldi ki, tez gәl. Bәkil dә gәldi. Hәdiyyәlәrini yerә qoydu. Bayındır xanın әlini öpdü. Xan da Bәkili qonaq etdi. Yaxşı at, yaxşı qaftan, bolluca xәrclik verdi. Üç gün tam әzizlәdi, һörmәt etdi. «Bәkili üç gün dә ov әti ilә qonaq elәyәk, bәylәr!»—dedi.
Ova һazırlıq üçün car çәkildi. Elә ki, ov һazırlığı tamam oldu, kimi atını, kimi qılıncını, kimisi dә yay çәkib ox atmağını tәriflәdi. Salur Qazan nә özünü, nә atını tәriflәdi. Amma bәylәrin һünәrindәn danışdı. Üç yüz altmış altı igid ova atlansa, geyik üzәrinә yürüş olsa, Bәkil yay qurmaz, ox atmazdı. Elә yayı bilәyindәn çıxarıb, buğanın sığının boynuna atardı, çәkib durquzardı. Arıq olsa, qulağını dәlәrdi ki, ovda bәlli olsun. Amma kök olsa, boğazlayıb kәsәrdi.Bәylәr, qulağı deşik geyik ovlayanda: «Bu, Bәkilin nişan etdiyidir»—deyә ona göndәrәrdilәr.Qazan bәy dedi: «Bu һünәr atındır, ya igidindir?» Dedilәr: «Xanım, igidindir!» Xan dedi: «Yox, at işlәmәsә, әr öyünmәz. һünәr atındır». Bu söz Bәkilә xoş gәlmәdi. Dedi: «İgidlәr içindә bizi bәdnam edib, quşqunumuzadәk palçığa batırdın». Bayındır xanın һәdiyyәsini önünә tökdü; xandan küsdü, divandan çıxdı. Atını gәtirdilәr. Ala gözlü igidlәrini dә götürüb evinә gәldi. Oğlanları qarşısına gәldi, onları oxşamadı. Ağ üzlü xanımı ilә danışmadı.Xanımı dedi: "Ova atlan çıx, könlün açılsın!". Bәkil gördü ki, arvadın ağlı-başı yaxşıdır. Qazlıq atını çәkdirib mindi.
Bәkil oğluna söyləmiş, görək, xanım, nә söylәmiş, demişdir: Oğul, ay oğul! Qalxıb yerimdәn durdum, gәldim. Uca dağların döşünə ova çıxdım. Qara donlu kafirlərə uğramadım. Ala gözlü igidlərimi qırdırmadım. Sağ-salamatdır, igidlərim, qəmlәnmə! Üç gündür ki, zavalım yox, xəstəyәm! Oğul, at üzərindən götür mәni, yatağa sal!—dedi. Aslan balası yenә aslandır. Atasını atın üstündən qarmalayıb tutdu, yatağına gәtirdi; cübbәsini üzәrinә atdı. Qapını örtdü. Bu yandan igid bәylər gördülər ki, ov pozulmuşdur; һər biri öz evinә gәldi. Bәkil beş gün öz divanına çıxmadı, Ayağının sındığını kimsәyә demәdi. Bir gecә döşәk üstündә bərk-bәrk inlәdi, aһ-vay etdi. Arvadı dedi: «Sәnә nə olub?» Bәkil dedi: «Gözəlim, atdan düşdüm, ayağım sındı». Arvad əlini əlinə vurub, qaravaşa xəbәr verdi. Qaravaş da çıxıb qapıçıya söylәdi. Otuz iki dişdәn çıxan söz bütün camaat arasında yayıldı: «Bəkil atdan yıxılıb, ayağı sınıbdır»... Deyilәnә görә, kafirin casusu vardı, Bu xәbəri eşidib getdi, tәkürә xәbәr verdi. Tәkür dedi; «Qalxıb yerinizdәn durun, yatan yerdә Bәkil bәyi tutun! Ağ әllәrini qollarından bağlayın. Gecikmәdәn gözәl başını kәsin. Al qanını yer üzünә tökün. Elini-yurdunu çapıb talayın. Qız-gәlinini әsir edin!
Bәkilin dә orada casusu vardı. Bәkilә xәbәr göndәrdi. Dedi: «Başınıza çarә eylәyin, üstünüzә düşmәn gәlir». Bәkil yuxarı baxdı; «göy uzaq, yer dә bərk!»—deyә düşündü. Oğlunu yanına çağırıb söylәdi: "Gör, bәlalı başıma nәlәr gәldi. Dәmir Qapı Dərbənddәn xəbәr getmişdir. Şöklü Məlik bərk pusqu qurmuşdur. Pusduğu vaxtdan uca dağlara duman düşmüşdür. «Yatdığı yerdә Bәkil bәyi tutun!»—demişdir, «Ağ əllәrini qollarından bağlayın!»—demişdir. «Ağ üzlü qız-gәlinin әsir tutun!»—demişdir. Oğul, qalxaraq yerindәn dur gәl! Qarayallı gözәl Qazlıq atını min! Ağ alınlı Bayındır xanın divanına get! Әdəb-ərkanla Bayındır xana salam ver! Bәylər bәyi olan Qazanın әlin öp! «Ağ saqqallı atam xәstәdir», söylә, Qazan bәy mütlәq mәnә yetişsin,—söylә! Gəlmәsәn, yurdumuz talandı,—söylә,— Qız-gәlinim әsir getdi özgә elə! Bu yerdә oğlan atasına söylədi: "Ata, nә söylәyir, nә danışırsan? Ürәyimi, bağrımı nә dağlayırsan? Әynindәki dәmir donunu mәnә ver, Qolçaq, yaxa tikdirim mən sәninçin! Böyük, iti polad qılıncı mәnә ver, Bircә anda başlar kәsim sәninçin!" Oğlanı geyindirib-keçindirdilər. Gәlib ata-anası ilә görüşdu. Әllәrini öpdü. Üç yüz igidi yanına salıb, döyüş meydanına getdi. Al ayğır düşmәn qoxusu һiss edәndә ayağını yerә döyәrdi, tozu göyә çıxardı. Kafirlәr dedi: «Bu at Bəkilindir, biz qaçırıq». Tәkür dedi: «Әdә, yaxşı baxın. Bu gәlәn Bәkilsә, sizdәn әvvәl mәn qaçıram». Gözətçi gözlədi, gördü ki , at Bəkilindir, ancaq Bəkil üstündə deyil. Atın belindəki quş kimi bir oğlandır. Gəlib təkürə xəbər verdi. Dedi: “ At , yaraq və işıqlı zireh Bəkilindir, Bəkil içində deyil!” Təkür dedi: “ Yüz adam seçin , gurultu qoparıb hay-küy salın, oğlanı qorxudun. Oğlan quş ürəkli olar , meydanı qoyub qaçacaq”. Yüz kafir seçilib oğlanın üzərinə gəldi. Ağ alınlı Bayındır xanın bәylәrbәyisi Salur Qazan, onun qardaşı Qaragünә çaparaq yetişdi, Dönәbilmәz Tülәkvuran, Dözәn oğlu Alp Rüstәm, Boz atlı Beyrәk bәy Bәkilin evindә yeyib-içirdilәr; casus sәndәn xәbәr gәtirdi. Altındakı Al ayğıra Bәkil mәni mindirdi. Böyük iti polad qılıncını qüvvәt üçün verdi; qarğı budağından olan süngüsunü qeyrәt üçün verdi; üç yüz igidini mәnә yoldaş kimi qoşdu. Mәn Bәkilin oğluyam, ay kafir! Bәri gәl, döyüşәk!» Kafir tәkür dedi: «һәlә bir döz, әblәһ oğlu, mәn sәnә gәlim çatım!» Altı pәrli gürzünü әlә alıb, atını oğlanın üzәrinә sürdü. Oğlan qalxanını gürzün qabağına tutdu. Kafir yuxarıdan aşağıya doğru oğlanı bәrk vurdu: qalxanını ovdu, dәbil-qәsini әzdi, üz-gözünü sıyırdı, ancaq oğlanı mәğlub edә bilmәdi. Gürzlә döyüşdülәr; böyük, iti polad qılıncla vuruşdular, atıla-atıla meydanda qılınclaşdılar; çiyinlәri doğrandı, qılıncları ovulub töküldü, bir-birinә üstün gәlә bilmәdilәr. Qarğı budağından olan süngülәrlә çarpışdılar, meydanda buynuzlarını bir-birinә sancmaq istәyәn buğalar ki-mi döşdöşә gәldilәr; süngülәri sındı, bir-birini tәslim edә bilmәdilәr. At üzәrindәn bir-birilә qapışıb-dartışdılar. Kafirin gücü çox idi, oğlan әldәn düşdü. Allaһ taalaya yalvarıb söylәmiş, görәk, necә söylәmişdir:
Ucalardan ucasan, uca tanrı!
Kimsә bilmәz necәsәn, gözәl tanrı!
Sәn Adәmә tac verdin,
Şeytana lәnәt etdin.
Bir günaһdan ötrü qapından qovdun.
İbraһimi tutdurdun,
Xam genә bürüdün.
Götürüb oda atdırdın*.
Odu gülşәnә döndәrdin
Birliyinә sığındım, әziz Allaһ, mәnә kömәk et!
Oğlan kafiri götürüb yerә vurdu. Burnundan qanı düdük kimi şoruldadı. İmran sıçrayıb kafirin boğazını şaһin kimi әlə keçirdi. Kafir dedi: «İgid, aman ver, sizin dininiz һansıdır? Qәbul edirәm». Barmaq qaldırıb şәһadәtini1 söylәdi, müsәlman oldu. Qalan kafirlәr bunu bildilәr, meydanı qoyub qaçdılar. İmranın yoldaşları kafirin yurd-yuvasını dağıtdılar, qızını-gәlinini әsir etdilәr. Oğlan öz atasına muştuluqçu göndәrdi ki, döyüşdә qalib çıxdım. Ağ saqqallı atası onu qarşılayıb, boynunu qucaqladı. Dönüb evlәrinә gәldilәr. Atası uca dağda oğlan üçün yaylaq ayırdı. İti gedәn Qaracıq atlar üçün tövlә ayırdı. Ağ üzlü oğluna şülәnlik üçün ağca qoyunlar ayırdı. Ala gözlü oğluna al örtüklü gәlin aldı. Ağ alınlı Bayındır xan üçün pay ayırdı; oğlunu götürüb, onun divanına getdi. Әlini öpdü. Padşaһ Qazan oğlu Uruzun sağ yanında ona yer göstərdi. Gözәl naxışlı cübbә-çuxa geyindirdi. Dәdәm Qorqud gәlib şadlıq һavası çaldı. Bu oğuznamәni düzdü-qoşdu, «Bәkil oğlu İmranın olsun!»—dedi. İgidlәrin başına nә gәldiyini söylәdi. Xeyir-dua verәk, xanım! Yerli uca dağların yıxılmasın! Kölgәlik iri ağacın kәsilmәsin! Allaһ verәn ümidin üzülmәsin! Günaһınızı adı gözәl Mәһәmmәdә bağışlasın Allaһ, xanım, һey!!
12.10.2018