İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy
Üç ox vә Boz ox tayfaları bir yerә toplaşanda Qazan adәt üzrә evini talan elәtdirәr, şey-şüyünü bölüşdürәrdi. Amma bu dәfә Qazanın şeylәri talan edildikdә Daş Oğuz orada deyildi. Talanda ancaq İç Oğuz iştirak etdi. Qazan öz şeylәrini talan elәtdirәrkən arvadının әlindən tutub kәnara çıxar, ondan sonra ev-eşiyini oğuz әһlinin ixtiyarına verәrdi. Daş Oğuz bәylәrindәn Aruz, Әmәn vә qalan bәylәr bunu eşidib dedilәr: «Bax, bax! İndiyәdәk Qazanın evini birlikdә talan edәrdik. İndi nә üçün birlikdә olmayaq?» Daş Oğuz bәylәri müttәfiq olub, Qazanın yanına gәlmәdilәr, әdavәt saxladılar.
Qılbaş deyilәn bir kişi vardı. Qazan dedi: «Ay Qılbaş, bu Daş Oğuz bәylәri һәmişә birlikdә gәlirdilәr. İndi nә üçün gәlmәdilәr?» Qılbaş dedi: «Bilmirsәnmi niyә gәlmәdilәr? Evini talan etdirdiyin vaxt Daş Oğuz burada yox idi, sәbәbi budur». Qazan dedi: «Hә, demәli, әdavәt saxlayırlar?» Qılbaş dedi: «Xanım, mәn gedim, onların dostluğunu-düşmәnliyini bilim». Qazan dedi: «Sәn yaxşı bilәrsәn, get!» Qılbaş bir neçә adamla atlanıb, Qazanın dayısı evinә gәldi. Aruz da qızılı günlüyünü qurdurub oğlanları ilә oturmuşdu. Qılbaş gәlib Aruza salam verdi, dedi: «Qazanın başı bәlalıdır. Dedi ki, mütlәqdayım Aruz yanıma gәlsin, üstümә düşmәn gәlib; dәvәlәrimi nәrildәtdilәr, qaraçıq Qazlıq atlarımı kişnәtdilәr. Qaza bәnzәr qızımız, gәlinimiz dәrdә düşdü. Mәnim dәrdli başıma gör nәlәr gәldi. Dayım Aruz gәlsin,— dedi». Aruz dedi: «Ay Qılbaş, Qazan öz evini һәmişә üç ox vә boz ox tayfaları bir yerә yığılanda talan elәtdirәrdi. Bizim günaһımız nә idi ki, bu işdә iştirak etmәdik? Qazanın başına qoy һәmişә bəla gәlsin. Dayısı Aruz daim ona qarşı olacaq. Biz Qazanın düşmәniyik, qәti bilsin!»
Qılbaş burada demişdir: Ay әbləһ, Qazan xan yerindәn durub gәldi. Üç yüz altmış altı igid söһbәtinә yığıldı. Yemәk-içmәk arasında bәylәr sәni andı. Üstümüzә һeç bir düşmәn gәlmәdi. Mәn sənin dostluğunu-düşmәnliyini sınamaq üçün gәldim. Qazana düşmәn olduğunu bildim! Qılbaş qalxıb: «Salamat qalın!»—deyib getdi. Aruzun qanı çox qaraldı. Daş Oğuz bәylәri üçün adam saldı: «Әmәn gәlsin, Alp Rüstәm gәlsin, Dönәbilməz Tülәkvuran gәlsin... Qalan bәylәr dә һamı gәlsin!» Daş Oğuzun bütün bәylәri yığıldı. Aruz böyük vә geniş otaqlarını düzdә tikdirdi. Atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç kәsdirdi. Daş Oğuz bəylәrini әzizlәyib qonaq etdi. Dedi: «Bәylәr, bilirsinizmi, mən sizi niyә çağırtdırdım?» Dedilər: «Bilmirik». Aruz dedi: «Qazan bizə Qılbaşı göndәrib, elim-günüm çapıldı, başıma bәla gәldi, dayım Aruz yanıma gәlsin, demişdir. Qılbaşa dedim ki, Qazan һәmişә malını Daş Oğuz bәylәrinin iştirakı ilә talan elәtdirərdi. Bәylәr gәlər, Qazanı salamlayıb gedәrdi».
Әmәn dedi: «Bәs sәn axır ona nә cavab verdin?»
Aruz: «Ay əblәһ, biz Qazana düşmənik»—dedim.
Әmәn dedi: «Yaxşı de-misən». Aruz dedi; «Bәylәr, bəs siz nә deyirsiz?»
Bәylәr dedi: «Nә deyәcәyik? Sәn Qazana düşmən oldunsa, biz də düşmәnik», —dedilәr.
Aruz araya müqәddәs kitabı gәtirdi. Bütün bәylәr әl basıb and içdilәr, «Sәnin dostuna dost, düşmәninә düşmәnik!»—dedilәr. Aruz bütün bәylәrә xәlәt verdi, dönüb dedi: «Bәylәr, Beyrәk bizdәn qız almışdır, yeznәmizdir, amma Qazanın da dostudur. Gәlsin, bizi Qazanla barışdırsın. Çağırtdıraq, gәtirdәk; bizә tabe olarsa, çox yaxşı! Olmazsa, mən saqqalını tutum, siz qılınc çəkib vurun! Beyrәyi aradan götürәk. Ondan sonra Qazanla işimiz yaxşı olar!» Beyrәyә kağız göndәrdilәr. Beyrək öz otağında igidlәrlә yeyib-içirdi.
Aruzdan adam gәldi, salam verdi. Beyrәk dә salam verdi. Gәlәn adam dedi: «Aruz xan sizә salam göndərir. Deyir, Beyrәk gәlsin, lütf edib, bizi Qazanla barışdırsın!». 144 Beyrәk: «Yaxşı, olsun!»—dedi. Atını çәkdilәr, mindi. Qırx igidlə Aruzun evinә gәldi. Daş Oğuz bәylәri otururkən girib salam verdi. Aruz Beyrәyә dedi: «Bilirsәnmi, səni niyә çağır-mışıq?» Beyrәk dedi: «Niyә çağırmısız?» Aruz dedi: «Biz, bütün bu oturan bәylәr Qazandan üz döndәrmişik, and içmişik». Kitab gәtirdilәr ki, sәn dә and iç! Beyrәk «Mәn Qazana dönük çıxmaram!»—deyә and içdi.
Beyrәk burada bildi ki, Aruz çox qәzәblәnmişdir. Söylәyib dedi:
- Aruz, mәn bilsәydim bu niyyәtini,
Qaraçıqda Qazlıq ata minәrdim!
Әynimə bәrk dәmir donu geyәrdim!
Böyük, iti poladqılınc bağlardım!
Öz alnıma parlaq zireһ vurardım!
Altmış tutam süngümü götürәrdim!
Alagözlü bәylәri gәtirәrdim!
Ay yaramaz, mәn bu işi duysaydım,
Sәnin görüşünә belә gәlәrdim?!
İgidi aldatmaq arvad işidir,
Bu işi arvaddan öyrәndinmi sən?!
Aruz dedi: “Әdə, һәrzə-һәrzә danışma. Qanına susama, gəl and iç!” Beyrәk dedi: «Vallaһ, mәn Qazanın vә İç Oğuzun yolunda başımı qoymuşam. İstәyirsiniz, yüz para elәyin, mәn Qazana xain çıxmaram!»
Aruz yenidәn һirslәndi. Beyrәyin saqqalından bәrk tutub, bәylərә baxdı. Gördü kimsә gәlmir, qara polad iti qılıncı çәkib, Beyrәyin sağ oyluğunu çapdı. Beyrәk qara qanına boyandı, başı dumanlandı. Butün bәylәr dağılışdı. Hər kəs öz atına mindi. Beyrәyi dә mindirdilәr. Bir nәfәr tәrkinә minib, onu qucaqladı. Beyrәyi gәtirәnlәr atlarını çaparaq, onu öz evinә çatdırdılar. Cübbəsini üzərinә örtdülәr.
Beyrәk burada söyləyib dedi:
İgidlәrim, yerinizdən qalxın, durun! Boz atımın quyruğunu tutun, kəsin! Ala dağdan Arqubeli gecә aşın. İti axan gözәl suyu üzüb keçin. Qazan xanın divanına çapıb gedin. Siz һamınız ağ çıxarıb, qara geyin. «Qazan, tәk sən sağ ol, Beyrәk öldü!» deyin... Danışın ki, namәrd Aruz dayın adam göndərib, Beyrəyi istәmişdir, o da getmişdir. Daş Oğuzun bütün bәylәri bir yerә yığılıbmış. Bilmәdik, yemәk-içmәk arasında müqәddәs kitab gәtirdilәr. Beyrәyә «Biz and içib, Qazandan üz döndәrmişik. Gәl, sәn dә and iç!»—dedilәr. And içmәdi. «Mən Qazandan dönmәrәm»,—dedi. Namәrd dayın qәzəblәnib, Beyrәyi qılıncladı. Beyrәk һuşunu itirib, qara qanına boyandı. Sonra dedi ki, mәnim qanımı Qazan Aruzda qoyarsa, sabaһ qiyamәt günündə әlim onun yaxasında olacaqdır!
Beyrәyin ata-anasına xәbәr çatdı. Uca ev-eşiklәrindә şivәn qopdu. Qaza bәnzәr qız-gәlin ağ çıxarıb, qara geydi. Ağ-boz atının quyruğunu kәsdilәr. Qırx-әlli igid qara geyib göy sarındı. Qazan bəyin yanına gәlib, çalmalarını yerә vurdular. «Beyrәk!» deyә çox ağlaşdılar. Qazanın әlini öpdülәr. «Sәn sağ ol, Beyrәk öldü!»—dedilәr.
Qazan bu xәbәri eşitdi, dәsmalını әlinә alıb, һönkür-һönkür ağladı. Divanda oturub zarıldadı. Orada olan bütün bəylәr ağlaşdılar. Qazan getdi, öz evinә girdi. Yeddi gün divana çıxmadı, oturub ağladı. Bəylәr yığışıb, divana gәldilәr. Qazanın qardaşı Qaragünә dedi: «Qılbaş, get de, ağam Qazan gәlib çıxsın. De ki,sənin ucundan bir igid aramızdan əksildi.Həm də vəsiyyət eləyib ki, qanını düşməndə qoymayıb alasan. Di gedək düşməni haqlayaq!”
Qılbaş dedi: “Sən qardaşısan sən də get!”.Nəhayət ikisi birlikdə getdilər. Qazanın evinə girdilər. Salam verib dedilər: “Sən sağ ol , ay xan , bir igid aramızdan əksildi , sənin yolunda baş verdi. Deyirəm qanını alaq ; həm də sizə tapşırmışdır ki qanını alasız. Ağlamaqla bir şeymi olur? Dur gəl yuxarı”. Qazan dedi: “ Doğru məsləhətdir. Tez silahları hazırlasınlar . Bütün bəylər atlansınlar.!” Bəylərin hamısı atlara mindi , Qazanın qonur atını çəkib gətirdilər, mindi. Boru çalındı , nağaralar döyüldü: gecə -gündüz bilmədən atlarını çapdılar. Aruza və daş oğuzun bəylərinə xəbər çatdı.” Budur Qazan gəldi! “- dedilər. Onlar qoşun yığıb, boru ucaldan Qazana qarşı gəldilər. Üç ox və boz oxun qoşunları qarşılaşdı. Aruz dedi: “ İç oğuzda mənim döyüşçü mənim rəqibim Qazan olsun! “ Əmən dedi:” Mənim rəqibim Tərsuzamış olsun !” Alp Rüstəm dedi: “ Mənim rəqibim Əncə qoca oğlu Oxcu olsun! “ Hər kəs öz rəqibini gözlədi. Alaylar bağlandı , qoşunlar düzüldü . Borular çalındı. Təbillər döyüldü. Aruz qoca öz atını meydana sürdü. Qazanı çağırıb dedi: “ Ey yaramaz sən mənim rəqibimsən, sən bəri gəl! “ Qazan qalxanını çəkdi , süngüsünü əlinə alıb başı üzərində fırlatdı. Aruz Qazanın üzərinə at sürüb , onu qılıncladı; zərbəsi zərrə qədər də Qazanı kəsmədi yan keçdi.
Növbə Qazana yetişdi. Altmış tutamlıq iri nizəsini qoltuğuna qısan Qazan , Aruza bir nizə vurdu. Nizə alov tək Aruzun köksündən o tərəfə keçdi, onu at üstündən yerə saldı. Qazan öz qardaşı Qaragünəyə işarə etdi “ Başını kəs! “ Qaragünə atdan düşüb , Aruzun başını kəsdi Daş Oğuz bəyləri bunu görüb , hamı atdan düşdü. Qazanın ayağına yıxıldılar, günahlarından keçməyi xahiş etdilər, əlini öpdülər. Qazan onların günahını bağışladı. Beyrəyin qanını dayısından aldı . Sonra Aruzun evini çalıb çapdırdı. Elini-gününü talan elətdirdi . İgid bəylər böyük qənimət qazandılar. Qazan hündür göy çəmənlikdə çadırlar qurdurdu. Dədəm Qorqud gəlib şadlıq mahnısı çaldı. İgid döyüşçülərin başına nə gəldiyini danışdı.
17.10.2018