"Qonaqlıq" uşaq mahnısı
Musiqi: Oqtay Zülfüqarov
Söz: Xanımana Əlibəyli
I bənd
Yığışdı bizim evə
Dovşan, keci, qaz, dələ
Yığışdı bizim evə
Dovşan, keçi, qaz, dələ
Qızıl xoruz çaldı saz
Nəğmə oxudu naz-naz
Qızıl xoruz çaldı saz
Nəğmə oxudu naz-naz
II bənd
Gətirdim iki tava
Şəkərbura paxlava
Gətirdim iki tava
Şəkərbura paxlava
Yeyin oyuncaqlarım
Ay əziz qonaqlarım
Yeyin oyuncaqlarım
Ay əziz qonaqlarım
III bənd
Axşamacan qaldılar
Oynadılar çaldılar
Axşamacan qaldılar
Oynadılar çaldılar
Çox sevinə sevinə
Hərə getdi evinə
Çox sevinə sevinə
Hərə getdi evinə
11.04.2022