Son əlavə olunanlar

Təbiət

Dünyanın ən üfunətli gülü

Amorfofalus çiçəyi dünyanın ən üfunətli bitkisi sayılır. Bitki çürümüş ət, iylənmiş yumurta və balıq qoxusu verdiyinə görə, onu bəzən meyit gülü adlandırırlar.   

Mavi ayaqlı sümsük quşu

Mavi ayaqlı sümsük quşu (lat. Sula nebouxii) – isti tropik dəniz sakinləridir. Təbii məskunlaşma arealları, Sakit okeanın tropik və subtropik məkanlarıdır. Həm də Mərkəzi və Cənubi Amerikanın qərb sahilləri, Peruyla yanaşı, Kaliforniya körfəzində də bu quşları tapmaq mümkündür. 

Kivano

Çoxumuz zaman-zaman yeni, qeyri-adi, məşhur olmayan ekzotik meyvənin dadına baxmağı sevirik. Bu qeyri-adi, ekzotik meyvələrdən biri də Afrikada yetişən Kivanodur. Oval formaya malik olan bu qeyri-adi meyvənin içində jeleyə bənzər yaşıl mət və ağ toxumlar var, qalın yumşaq tikanlarla örtülüdür. Kivanonun narıncı qabığı sanki mərmər naxışlarla örtülüb. Meyvənin tərkibinin 90 faizini su təşkil edir.  

Məməlilər

Məməlilər körpə balalarını ana südü ilə bəsləyən onurğalı heyvanlardır. Süd onların süd vəzilərində toplanır ki, bu da qrupa “məməlilər” adını verir. Bir çox məməlilər diri bala doğurlar.

Yaşıl günəş işığı

Müasir elmə əsasən, Yaşıl günəş işığı- 1-2 saniyədən 5 dəqiqəyədək davam edən günəşin üfüqdə batması nəticəsində əmələ gələn nadir bir atmosfer hadisəsidir.  

Müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisi - Tasmaniya iblisi

Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakterinə görə avropalılar onu "iblis" adlandırıblar.