Perseidlər: “Düşən ulduzlar”
“Ulduz yağışı” və ya “Ulduz düşməsi” haqqında az eşitməmiş, dəfələrlə də şahidi olmuşuq. Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb düşdüyünü şübhəsiz ki, görmüsünüz.