Son əlavə olunanlar

Bu maraqlıdır!

Muzeyə çevrilən şəlalə evi

Şəlalə evi və ya Kaufmann evi - bu gözəl evi ABŞ-ın Pittsburq şəhəri yaxınlığında dağlıq və meşəlik ərazidə 1935-1937-ci illərdə memar Frank Lloyd Wright inşa edib. 1964-cü ildən bəri muzey kimi fəaliyyət göstərir.   

İlk atraksiyonlar

Əyləncə parkları yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün sevimli istirahət yeridir. Yəgin ki, hamı üçün maraqlıdır ilk atraksiyonlar harada və kimin tərəfindən quraşdırılıb?   

İlk gəlinciklərin yaranma hekayəsi

Qədim dövrlərdə gəlincik ümumiyyətlə uşaq oyuncağı hesab edilmirdi, dini rituallar məqsədi üçün istifadə olunurdu. Taxtadan, samandan və ya gildən düzəldilmiş gəlinciklər qədim insanların həyatının mühüm bir hissəsi olmuşdur; ona ibadət edər və müxtəlif məsələlərdə qoruyucu kimi istifadə edilirdi. Fərqli millətlərin nümayəndələri, özlərini və ailələrini xəstəliklərdən və bədbəxtliklərdən, yaşayış yerlərini pis ruhlardan qorumaq məqsədilə yaşayış yerlərində “Qoruyucu” adlı oyuncaq saxlayırdılar.   

Yer planeti

Yer bizim evimizdir və onun qayğısını çəkmək, qorumaq üçün müəyyən biliklərə malik olmalıyıq.   

Dünyanın ən dar su kanalı: Korinf

Yunanıstanın Korinf kanalı - Egey dənizini İon dənizi ilə birləşdirən dünyanın ən dar su kanalı hesab olunur. Əlbəttə ki, Korinf kanalı həmçinin dünyanın ən gözəl nəqliyyat kanallarından biridir. Kanalın uzunluğu 6 kilometr, eni isə cəmi 21 metrdir. Kanalın çox hissəsi əhəng daşı massivindən keçir və divarlarının hündürlüyü 76 metrə çatır.  

Maraqlı faktlar

• Kamboca dili dünyada ən böyük əlifbadır. Belə ki, bu xalqın əlifbasında 74 hərf var.