Son əlavə olunanlar

Bu maraqlıdır!

Şirlər haqqında 10 maraqlı fakt

1. Heyvanların şahı hesab edilən şir və ya aslanın kütləsi 350 kq-a çata bilər, lakin pişikkimilərin ən böyük nümayəndəsi olan şirlərin ürəyi bütün Afrika yırtıcıları arasında ən kiçiyidir (ölçü və bədən çəkisinə görə). Yeri gəlmişkən, şirlərdə beyinin ölçüsü də azdır.   

Suriyanın “Arvad” adası

Arvad adası- Suriyanın yaşayışı olan  yeganə adasıdır. Olduqca kiçik bir adadır: ərazisi cəmi 6 kvadrat kilometrdir, sahil xətti isə 183 - 193 km arasındadır. Adanın çimərlikləri yoxdur, amma qədim qalaları ilə dünyada tanınır.   

İzabela adası

İzabela və ya Albemarl adası Xristofor Kolumbun səyahətlərini maliyyələşdirən Kraliça İzabela Kastilyanın şərəfinə adlandırılıb. Ada Qalapaqos arxipelaqına daxil olan ən böyük adadır.   

Rəsədxana

Qədimdə astronomlar səmanı müşahidə etmək üçün sadə alətlərdən, əsasən də sadə teleskopdan istifadə edirdilər. Onlar göy cisimlərinin hərəkətini izləsə də onların quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə bilmirdilər.   

Müdrik Xiron

Xiron titanların padşahı Kronun oğlu, Prometeyin əmisi oğlu idi. Xiron qeyri-adi xeyirxahlığı, mülayimliyi, həqiqətpərəstliyi və müdrikliyi ilə fərqlənirdi. Prometey insan nəslinin ilk müəllimi idi. Xironun şagirdləri isə allahların adi insanlardan olan övladları-allah və qəhrəmanlar idi. Onların çoxu Fessaliyanın Pelion dağında, Xironun mağarasında böyümüş və tərbiyə almışdılar. Feb-Apollon yenicə doğulmuş oğlu, gələcək təbabət allahı Asklepini tərbiyə olunmaq üçün Xironun yanına gətirmişdi. Asklepi Xirondan həkimlik sənətini böyük məharətlə öyrənmişdi. O, hətta ölünü belə diriltmək qabiliyyətinə malik idi.     

Barren adası

Barren Hindistana məxsus olan vulkanik məşəli adadır. Adada yerləşən eyniadlı Barren vulkanı Cənubi Asiyanın yeganə aktiv vulkanı sayılır.