Son əlavə olunanlar

Bu maraqlıdır!

Qum və pomidordan hazırlanmış nəhəng Santa Klaus

Hindistanın Odişa əyalətinin şərqində yerləşən Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik qum və pomidordan böyük ölçüdə Santa Klaus fiqurunu hazırlayaraq ictimaiyyətə təqdim edib.

Madaralı atlı

Madaralı Atlı-Bolqarıstanın Madara kəndi yaxınlığında qaya üzərində oyulmuş qədim atlı obrazıdır. Abidə Avropada VIII əsrə aid yeganə monumental daş relyefi hesab edilərək, 1979-cu ildə UNESCO tərəfindən ümumdünya irs siyahısına daxil edilib. 

Simli alətlərdə necə ifa edirlər?

Simlərin titrəyişi nəticəsində səs verən musiqi alətlərinə simli alətlər deyilir.

Müxtəlif xalqlarda hansı milli musiqi alətləri var?

Elə musiqi alətləri var ki, müxtəlif xalqlar və mədəniyyətlər üçün ümumi olub. 

İntibah dövrünün vətəni Florensiya

İtaliyanın və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri olan Florensiya köklü tarixə, heyranedici memarlıq nümunələrinə və ən əsası möhtəşəm bədii kolleksiyaya malik şəhərdir. Florensiya dünyaya görkəmli rəssamlar, sənət adamları bəxş etdiyindən intibah dövrünün vətəni sayılır.

İdman və intellektual inkişaf

On ildən artıqdır ki, nevroloqlar və fizioloqlar idmanın beyin fəaliyyətinə necə təsir etdiyini dəqiq anlamağa çalışırlar. Tədqiqatlar göstərir ki, fiziki məşqlər neyronların işinə faydalı təsir göstərir, bununla da düşüncə proseslərini gücləndirir və beynin idrak fəaliyyətini yaxşılaşdırır. İdman intellektə necə təsir edir?