Son əlavə olunanlar

Bu maraqlıdır!

Qazıntıdan çıxmış qalıqların yaşının təyin edilməsi

Bizim uzaq əcdadlarımızın necə olmağını təyin etmək üçün alimlər qazıntıdan əldə edilmiş qalıqları-zaman keçdikcə daşlaşmış sümük və başqa üzvi qalıqları öyrənirlər. 

İbtidai insanlar üçün ovun əhəmiyyəti

Bizim əcdadlarımız, əsasən, yabanı meyvələr, bitki kökləri və bitkilərin toxumu ilə qidalanırdılar. Ancaq bir qrup insanlar ancaq ov ovlamağı və balıq tutmağı öyrəndilər. Ov onların tək yem mənbəyi deyildi: onun köməyilə onlar paltar və alət hazırlamaq üçün heyvan sümüyü, dişlər və dəri əldə edirdilər. İbtidai insanlar otyeyən heyvanları-mamontları, vəhşi öküzləri, maralları, atları və s. ovlayırdılar.

Səs səddi

“Səs səddi” termini təyyarə bəlli bir sürətlə uçarkən yaranan şəraiti dəqiq təsvir etmir. Güman etmək olar ki, guya təyyarə səs sürətinə çatanda “səddə” bənzər nəsə yaranır, amma bu qətiyyən belə deyil.  

Lüsi kimdir

Lüsi-alimlərin qazıntılar zamanı sümükləri aşkar edilmiş avstralopitekə verdikləri addır. İbtidai insanların qalıqlarını paleontoloqlar və arxeoloqlar öyrənirlər. Onların tədqiqatları insanabənzər varlıqların müasir insanlara çevrilməsi tarixini aydınlaşdırmağa kömək edir. Müasir insanların əcdadları olan bu ilk insanları həm də qominidlər adlandırırlar. Əsasən, qominidlərə Lüsi kimi avstralopiteklər aiddir.

Çəngəlin yaranması haqqında

Çəngəl ilk icad edildiyində iki uclu olub. Hazırkı dövrə gələnə qədər üç, daha sonra isə dörd uclu olub. Çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından son olaraq süfrəmizdəki formasını alıb.

İstirahət və əyləncə sağlamlıq üçün faydalıdırmı

İnsanlar həyatının böyük hissəsini işə sərf edirlər. Bu təbiidir, çünki insanın bədəni və ağlı aktiv fəaliyyət üçün yaranıb. Ancaq işləmək güc tələb edir, daima güc işlətmək isə yorğunluq və gərginlik yaradır. Bundan başqa, eyni tipli iş adamı tez bezdirir və darıxmağa səbəb olur. Ona görə də insanlara sakitləşmək, istirahət etmək və xoş, maraqlı bir şeylə məşğul olmaq üçün boş vaxt lazımdır.