Son əlavə olunanlar

Bu maraqlıdır!

Mayak

Xüsusi yol nişanları olmayan, adamı yol ayrıclarından, döngələrdən, yaxınlıqdakı şəhərlərdən xəbərdar etməyən şose təsəvvür edirsiniz? Təbii ki, yox. Dəniz yollarında da eynən belə xəbərdarlıq nişanlarına ehtiyac olur. Mayak da onlardan biridir. Onun işığı dənizçilərə limanın yolunu göstərir. Onun köməyi ilə özünüzün dənizdəki yerinizi təyin edə bilirsiniz, işığı gəmiləri sualtı qayalardan, başqa təhlükəli yerlərdən xəbərdar edir.

Telefon necə işləyir

Telefonun işləməsinin əsas səbəbi insanın səsi nəticəsində yaranan titrəyişdir (vibrasiyadır). Bu titrəyiş mikrofon vasitəsilə tutulur, elektromaqnitin sayəsində elektrik impulslarına çevrilərək kabellə ötürülür. Onlar qəbul edən aparata daxil olanda aparat elektrik impulsunu bizim telefon dəstəyində eşidə biləcəyimiz səsi verən titrəyişə çevirir. Telefon təkcə insan münasibətləri sahəsində deyil, həm də biznes və ticarət dünyasında da məsafələri qısaldır.   

Qan köçürülməsi

Qana ehtiyac müxtəlif səbəblərdən yarana bilər: əsgər yaralanır, yaxud zavodda fəhlənin başına qəza gəlir, daxili qanaxma ucbatından insan az qalır ölsün, zəifləmiş xəstə təcili əməliyyat olunur və s.

Yosemite Milli Parkı

Yosemite Milli Parkı dünyada ən məşhur təbiət qoruqlarından biridir.

Televiziya proqramının hazırlanması prosesi

Televiziya proqramı müxtəlif (musiqili, idman, uşaqlar üçün, məlumat, kino və s.) mövzulara aid olan verilişdir.  

Kitabın hazırlanması

Kitabı hazırlamaq üçün əvvəlcə bizim danışmaq istədiyimizin ideyası, həmçinin layihəsi olmalıdır: kitabı biz necə və hansı formatda-nəşr, elektron, CD-ROM və ya intenetdə canlandırılan şəkildə görmək istəyirik.