Dahi Leonardo da Vinçinin sirli dünyası
İtaliyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. O, varlı notarius Pyeronun və Katerina adlı gözəl bir qadının nikahdankənar oğlu idi. Bu hadisədən az sonra notarius nüfuzlu ailənin qızı ilə evlənir. Onların övladları olmur və Pyero həyat yoldaşı ilə birgə 3 yaşlı Leonardonu oğulluğa götürür.