Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Aleksandr Sergeyevic Puşkin (1799-1837)

Aleksandr Sergeyeviç Puşkin dahi rus şairi, dramaturq, müasir rus ədəbi dilinin banisidir. Ana tərəfdən ulu babası I Pyotrun qulluqçusu və yetirməsi, hərbi mühəndis və general olan afrikalı Abram Petroviç Hanibaldır.    

Ferens List (1811-1886)

“Həyatda kim olursan ol, təkcə varlıların əlinə baxan musiqiçi olma”. Bu sözləri ömrünün qürub çağında  böyük macar pianoçusu və bəstəkarı Ferens List yazıb. Əslində, onu da belə bir tale gözləyirdi, axı, o, Esterqazi knyazlarına məxsus  malikanələrdən birinin işlər müdirinin oğlu idi. O esterqazilərin ki, vaxtilə böyük Haydn da onlara xidmət edirdi.    

Okeanların fatehi Jak-İv Kusto

Sualtı aləm hər zaman insanları cəlb edib. Bu aləmlə maraqlanan tədqiqatçılar daim suyun dərin qatlarına nüfuz edib dəryanın dibini görməyə çalışıblar. Bəs  hansı ixtiralar insanın suyun altında nəfəs almasına kömək edib? İnsanlar okeanın dibində nə aşkar ediblər? İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər.    

Qara Qarayev

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub.  Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbini, konservatoriyanın bəstəkarlıq və xalq musiqisinin əsasları siniflərini bitirib.  

Pyotr İliç Çaykovski (1840-1893)

Pyotr Çaykovski musiqisi rəngarəngliyi, romantikliyi və qeyri-adi melodiya zənginliyi ilə seçilən dahi rus bəstəkarıdır. Vyatsk quberniyasının Votkinsk şəhərində dağ mühəndisi ailəsində anadan olan Pyotr fortepianoda ifa etməyə dörd yaşından başlayır. On dörd yaşında ikən onun bəstəkarlıq keyfiyyətləri də üzə çıxır. Lakin gənc yaşında peşəkar musiqi ilə məşğul olmaqdan çəkinir.  

Çar İvan Qroznı oğlunu öldürüb?

“İvan Qroznı oğlunu öldürür”. Siz yəqin ki bu gözəl rəsm əsərini görmüsüz? Dahi rus rəssamı İlya Yefimoviç Repin gənc şahzadənin atası tərəfindən öldürülməsini əks etdirən dramatik səhnəni kətan üzərinə köçürüb. Bəs rəssamın çəkdiyi rəsm əsəri tarixi həqiqətə nə dərəcədə uyğundur?