Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Mehdi Hüseynzadə

Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda — indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.

Ameriqo Vespuççi

Ameriqo Vespuççi Florensiyada anadan olmuş və təqribən 40 il orada yaşamışdır. O, Mediçinin məşhur bankirlərindən birinin şöbəsində qulluqçu olmuşdur.

Seyid Yəhya Bakuvi

Seyid Yəhya Cəmaləddin Seyid Bəhaəddin oğlu Bakuvi Şirvani (təqr. 1410, Şamaxı – təqr. 1462, Bakı) – Azərbaycan mütəfəkkiri, ilahiyyatçı filosof. Seyid Bahəddinin ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ikən ata-anası vəfat etmiş, yetim qalmışdır. Dərin zəkası ilə fərqləndiyindən, o zamanın ən böyük alimi sayılan uzaq qohumu Seyid Sədrəddin onun təlim-tərbiyəsilə məşğul olmuşdur. Həddi-büluğa çatanda qızını ona ərə vermişdir. Müəllimi və qayınatası Seyid Sədrəddinin vəfatından sonra, Şirvandan çıxaraq Bakıya üz tutmuşdur

Ağahüseyn Cavadov

Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.

Bağır Seyidzadə

Jurnalist, diplomat, nazir, tərcüməçi, vətənpərvər və xeyirxah insan, gözəl övlad, qayğıkeş ər və ata... Cəmi 56 il ömür sürmüş Bağır Seyidzadə yaddaşlarda belə qalıb.

Əhməd Cavad

Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub.