Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.

Azərbaycanın ilk balerinası - Qəmər Almaszadə

Bakıda 1915-ci ildə dünyaya göz açan Qəmər Almaszadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nəzdində fəaliyyət göstərən balet studiyasını bitirib və 1930-cu ildə həmin teatrda işə başlayıb.

Ağ Şəmsəddin

Osmanlı tarixinin ən nəhəng sultanlarından sayılan Fateh Mehmetin kamil hökmdar kimi formalaşmasında Ağ Şəmsəddinin böyük xidmətləri olub. Fateh 1453-cü ildə İstanbulu fəth edən zamanda da ona dəyərli məsləhətləri ilə yardım edən müəllimini çox yüksək qiymətləndirib.

Fərman Kərimzadə

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.

Hökumə Billuri

Ötən əsrin 40-cı illərində, İranda - Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı soydaşlarımız da ön sıralarda yer almışdı. 1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin yazarları sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar ömürləri boyu şahidi və iştirakçısı olduğu hadisələri ürəklərində və əsərlərində yaşatdılar. Həmin şairlərdən biri də Hökumə Billuri idi.

Əlibaba Məmmədov

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində musiqi təhsili almış, mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə dərindən yiyələnmişdir.