Son əlavə olunanlar

Xəbərlər

20 Oktyabr – Beynəlxalq Kulinariya Günüdür

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-i Beynəlxalq Kulinariya Günü kimi elan edilməsi haqda qərar qəbul edib.  

20 oktyabr- Zəngilan Şəhəri Günüdür

Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.  

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü qeyd olunub.  

“Gənc istedadlar” liseyinin şagirdi görmə məhdudiyyətli uşaqlar üçün yeni layihə hazırlayıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində X sinif şagirdi Samirə Cəfərlinin “TactoColor” layihəsinin təqdimatı keçirilib. Layihə SASMO təşkilatının dəstəyi ilə reallaşıb.  

Bu gün Füzuli Şəhəri Günüdür

Beş il əvvəl - 2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.  

Oktyabrın 16-da Ümumdünya Qida Günü və FAO-nun 80 illiyi qeyd olunur

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 80 illiyini qeyd etdiyi bir gündə dünya ictimaiyyəti Ümumdünya Qida Günü ilə bağlı tədbirlərdə dünyada ən aktual mövzu olan qida təhlükəsizliyi və ərzaq çatışmazlığı məsələlərə ətrafında müzakirələr aparır.