Son əlavə olunanlar

Xəbərlər

4 İyul – Beynəlxalq Əsir Delfinlər Günüdür

Bu günün təsis olunması delfinlərin və digər dəniz məməlilərinin hərbi məqsədlərlə istifadə olunması və onların qapalı yerlərdə saxlanmasına qarşı mübarizə aparanlar tərəfindən irəli sürülmüşdür. Qeyd edək ki, dəniz heyvanlarından hərbi məqsədlərlə istifadə olunması ideyası hələ ötən əsrin əvvəllərində meydana gəlmişdir. Düşmən gəmilərinin partladılması, minaların aşkara çıxarılması, düşmən üzgüçü kəşfiyyatçıların zərərsizləşdirilməsi üçün xüsusi delfin dəstələrinin yaradılması təklif olunurdu. Belə layihələr 1960-cı illərdən başlayaraq SSRİ-də və ABŞ-da reallaşdırılırdı. Döyüş delfinləri amerikalılar tərəfindən Vyetnam müharibəsində və İraqda xüsusi əməliyyatların gedişində istifadə olunmuşdur. SSRİ-də isə xüsusi təlim görmüş delfin dəstələri Qara dənizdə minaları axtarırdı. SSRİ-nin süqutundan sonra Rusiyada belə fəaliyyət qadağan olunmuşdur. ABŞ-da isə bu gün də bununla məşğul olan beş mərkəz fəaliyyət göstərir.   

Sabitliyin və asayişin qarantı: Azərbaycan polisi 107 yaşını qeyd edir

Bu gün Azərbaycan polisi yaranmasının 107-ci ildönümünü və peşə bayramını qeyd edir.  

2 iyul - İdman Jurnalistikası Günüdür

Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir.  

Məktəblilərimiz 29-cu Balkan Riyaziyyat Olimpiadasında 5 medal qazanıblar

Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edib.  

30 İyun – Beynəlxalq Asteroid Günüdür

25 iyun- Beynəlxalq Dənizçilər Günüdür

Hər il iyunun 25-nin dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunması bu peşəyə verilən dəyərin göstəricisidir.