Son əlavə olunanlar

Xəbərlər

"Sehrli Bağ” – yeni növ dərman bitkiləri və çiçəkləri ilə unikal landşaftın yaradılması mövzusunda müsabiqəyə yekun vurulub

Ümumtəhsil məktəblərinin 7–9-cu sinif şagirdləri arasında keçirilən “Sehrli Bağ” adlı yaradıcılıq və ekoloji yönümlü müsabiqəyə yekun vurulub.   

“Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AZƏRTAC-ın “Uşaq Bilik Portalı”nın və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin tərənnümü” mövzusunda rəsm müsabiqəsinin qalibləri iyunun 10-da mükafatlandırılıb.  

Azərbaycanlı məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqı (ÜPİ) vasitəsilə kommunikasiya edilən 54-cü Beynəlxalq məktub yazısı müsabiqəsini təşkil edib.  

5 iyun -Ümumdünya ətraf mühitin mühafizəsi günüdür

XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XIX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.  

4 İyun – Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür

1982-ci il avqustun 19-da BMT-nin Baş Assambleyası özünün Fələstin məsələsi üzrə xüsusi sessiyasında ES-7/8 nömrəli qətnaməsi ilə hər il iyunun 4-nü Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günü (International Day of Innocent Children Victims of Aggression) kimi qeyd etməyi qərara almışdır.  

“Hər birimiz bir çiçək” – Beynəlxalq Uşaq Günündə multikultural dəyərlərə səyahət