Süleyman Sani Axundov. Ümid çırağı
İlk baharın son gecəsi idi. Əlvan çiçəklər və otlar ilə bəzənmiş, buludlara qədər yüksəlmiş dağ başında düşən Şu şəhərinin əhalisi dərin yuxuya dalmışdı. Yalnız iki balaca otaqdan: yalnız yanında özü kimi balaca bağçalı bir evdən işıq gəlirdi. Pencərədən çırağın zəif şöləsi bağçaya düşərək oranın zəngin böcək və pərvanələrini öz tərəfinə çəkirdi.