Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mixail Zoşenko. Hamam

Yoldaş vətəndaşlar, deyilənə görə, Amerikada əla hamamlar var. Tutaq ki, bir vətəndaş gəlir hamama, soyunur, pal-paltarını yığır xüsusi yeşiyə və gedir özü üçün çimməyə. Ta narahat olmur ki, paltarı it-bata düşər, ya oğurlanar. 

Fuad Tanrılı. Mən Azərbaycanlıyam

Sizə kimdən deyim, kimdən xəbər verim... Farizdən. Çoxunuz onu tanımır. Amma məhəllələrində yaşayan uşaqların hamısı ona həsədlə baxırlar. Niyə? Eh, birini bilirsiniz, birini yox. Səbəbi var. İş burasındadır ki, babası evlərinin həyətində onun üçün yaraşıqlı raket dözəldib. Taxtadan. Lap doğruçuya oxşayır. Açılıb-örtülən girdə qapısı, sıra-sıra pəncərələri, hərlənən kreslosu, əlvan döyməcikli pultu, sükanı var. Atası isə televizor ...hə, hə... işləyən televizor quraşdırıb. Yaşıl düyməciyi bas... cizgi filminə bax.

Süleyman Rəhimov. Güzgü göl əfsanəsi

Qədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göygölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı.

Valentina Oseyeva. Bu gün necə bir gündür?

Çəyirtkə təpənin üstünə sıçrayıb orada yaşıl kürəyini günəşdə qızdırdı və pəncələrini bir-birinə sürtüb xırıltı ilə dedi:

Lev Tolstoy. Tısbağa

Bir dəfə köpəyim Miltonla ova getdim. Meşənin yaxınlığında o, ov axtarmağa başladı: quyruğunu yelləyib, qulaqlarını qaldırıb, burnunu çəkdi. Silahımı hazırlayıb köpəyin arxasınca getdim. Fikirləşdim ki, yəqin o, kəklik, qırqovul və ya dovşan axtarır, lakin Milton meşəyə yox, tarlaya tərəf getməyə başladı. Mən də onun arxasınca getdim. 

Uşaqlar üçün ibrətamiz nağıl. Hiyləgər tırtıl

Bir qoca var idi. Qocanın evinin qarşısındakı alma ağacı o qədər qocalmışdı ki, qoca babanın özü belə onun nə vaxt əkilmiş olduğunu xatırlamırdı. Alma ağacı hər il yaxşı bar verir, payızda yetişən meyvələri - böyük və dadlı olurdu.