Son əlavə olunanlar

Nağıllar, hekayələr

“Ağ quşun nağılı”

Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca ədalətli və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. 

Zahid Xəlil. "Tərs keçilər"

Onlara baxan kimi o saat başa düşürsən ki, tərs keçilərdir. Hər ikisinin buynuzu nəhəng asılqana oxşayır. Saqqalları haqqında isə gəlin heç danışmayaq. Onun əvəzinə süpürgə də bağlamaq olardı. Bu saqqallar yerlə süründü. Amma quyruqları qəşəng idi. Eləbil hər keçi bədəninə quyruq yerinə şümal bir oxlov bağlanışdı. 

Sevinc Nuruqızı. "Camış və canavar"

Günlərin bir günü cır alma meşəsində yaşayan camış camaşırxana açdı. Üstünə də belə yazdı: “Camaşırxanada cırıq corablar yuyulur və yamanır”. Bilirsiniz necə xeyirxah iş idi? Cırıq corablarından barmaqları çıxmış heyvanlar camaşırxananın qarşısında növbəyə düzüldülər:

Xəbərçinin aqibəti

Şir şahlıq olduğu meşədə heyvanlar gözəl yaşayardılar. Bircə Tülkü hərdən aranı qatar, yalan danışar, xəbərçilik edər, kiməsə böhtan atar, dava salardı. Bir gün Şir şah möhkəm xəstələnir. Bütün heyvanlar yığışır, ona baş çəkməyə gəlir. Bircə Ayı qış yuxusuna qaldığından, gec oyanır, şaha baş çəkməyə gecikir.   

Zahid Xəlil. “Uçmaq istəyən çiçəklərin əhvalatı”

Bu əhvalat lap günün qızmar çağında baş vеrdi. Kəpənəklər еlədən-bеlə uçub zərif qanadlarını hamıya göstərirdilər. Əhvalat da еlə bu zaman baş vеrdi. Əvvəlcə lalələr qırmızı qanadlarını açdılar, başlarını tərpətdilər, nə qədər yеlləndilərsə, bir şеy çıхmadı. Оnlar hеç köklərindən qоpa bilmədilər. Kökündən qоpa bilməyəndən sоnra daha uçmaq оlardımı? Sоnra qaymaqçiçəkləri ləçəklərini tərpətdi. Оnlar da başlarını yеllədib sağa-sоla əyilərək köklərindən qоpmaq istədilər. Hеç bir şеy çıхmadı. Bir azdan bütün çəmən bu şən məşğələyə qоşuldu. Amma uça bilmədilər. 

Zahid Xəlil. Çiyələklərin çəhrayı nağılı

Çiyələklər salxımlanmışdı. Gözdə qulaqdaydılar ki, görsünlər bostana kim gələcək. Elə bu zaman ağ bantları bir cüt kəpənəyə oxşayan qəşəng bir qız gəlib çıxdı.