Son əlavə olunanlar

Şeirlər

Rafiq Yusifoğlu. Bərəkət bayrağı

Hamı fərəhlə baxır Yurdumun bayrağına... Göy qurşağı enibdir Lələtəpə dağına?

Nəbi Xəzri. “Çiçək”

Bu gün gözlərimə dəydi bir çiçək, Yarpağı bəzəkli, rəngi səhərtək. Onu mən uzaqdan görürkən, düzü, Qopdu dodağımdan “gözəldir” sözü.  

Əliağa Kürçaylı. Vətən

Mən səndən bir yaşıl budaq istədim,  Sən mənə bəxş etdin zümrüd meşələr.  Mən səndən kiçik bir otaq istədim,  Sən mənə bəxş etdin dilbər guşələr. 

Rəfiqə Abbasova. Dərdimiz bir il də böyüdü

Dərdimiz bir ildə böyüdü,Allah, Qocaldı dərdimin beli büküldü.

Xanımana Əlibəyli. “Xarrat”

Bax, bu oğlan Yaşardır, Əlindəki mişardır. Mişarı yaxşı tanı, Odur kəsən taxtanı.

Əli Kərim. “Gül”

Yerim bağça-bağ mənim,  Rəngim ağappaq mənim.  Bir ətirli güləm mən,  İstəyirəm güləm mən.