Son əlavə olunanlar

Odlar Yurdu

Xınalıq kəndi

Quba rayonunda uca dağların, sıldırım qayaların qoynunda nadir bir kənd yerləşir. Qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bu kənd dağların üzük qaşı kimi dövrəyə aldığı Xınalıq kəndidir.  Xınalıq kəndi Quba şəhərindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qərar tutub.

Lənkəran

Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran əsrarəngiz mənzərəli Talış dağlarının ətəyində yerləşir. Onu “Cənub mirvarisi” də adlandırırlar. Xəzərin qızıl qumlu sahilləri, yamyaşıl meşələr, başı buludlara yüksələn dağlar Lənkəranın hüsnünə xüsusi gözəllik qatır.  

Massaget hökmdarı Tomris Xatun

Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun rəhbərlik etdiyi Massaget çarlığı Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yerləşirdi. Belə ki, massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər.           

Alban hökmdarı Cavanşir

Cavanşir - Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur. O, 637-ci ildən 681-ci ilədək Alban dövlətini idarə etmiş, öz ölkəsinin qüdrət və nüfuzunu qaldırmağa müvəffəq olmuşdur.    

Gədəbəy

Kiçik Qafqazın yüksək dağlıq ərazisində qərar tutan Gədəbəy Bakıdan 444 kilometr məsafədə yerləşir. Azərbaycanın dilbər guşələrindən olan Gədəbəy həm zəngin maddi-mədəniyyət abidələri, həm də gözəl təbiəti ilə insanları özünə cəlb edir.

Mərdəkan kəndi və dendrari

Xəzər dənizi sahilində Mərdəkan adlı bir kənd var. Paytaxtdan 25-30 km aralıda yerləşən bu kənd Bakının ən qədim kəndlərindən biridir. Adı “Mərdlər məkanı” mənasını verən bu kəndin əsası qədim mard tayfaları tərəfindən salındığı ehtimal olunur. Kənddə Qumluq, Qala, Xərmən, Qoyunbulağı, Seyidlər adlı qədim məhəllələr mövcuddur.