Son əlavə olunanlar

Odlar Yurdu

Masallı

Cənub bölgəsində relyefinə və təbiətinə görə seçilən Masallı dağların qoynunda, yaşıllıqların əhatəsində, Bakıdan 232 kilometr məsafədə yerləşir. Aparılan arxeoloji qazıntılar və elmi tədqiqatlar göstərir ki, bu yerlərdə 15-20 min il bundan əvvələ insan məskənləri olub.

Şərqin qapısı - Naxçıvan

Naxçıvan Muxtar Respublikası Kiçik Qafqazın cənub-qərb qurtaracağında, Dərələyəz və Zəngəzur dağlarının arasında yerləşir. Ərazisinin təxminən üçdə biri dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. Ən hündür nöqtəsi Qapıcıq və İlandağdır. Bakıdan 560 kilometrlik məsafədə yerləşir.

Azərbaycanda turizm

Dünyada ən gəlirli sahələrdən biri hesab olunan turizm fəal istirahətin ən geniş yayılan, eyni zamanda ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur. İl ərzində iş və təhsil prosesində tədricən yığılan yorğunluğun, psixoloji və emosional gərginliyin aradan qaldırılmasında günəş, hava və su əvəzolunmaz amillərdir.  

Tarixi abidələrlə zəngin Qax rayonu

Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamaclarının qoynunda  yerləşən, gözəl təbiəti ilə seçilən Qax rayonu Bakıdan 345 kilometr məsafədə, dəniz səviyyəsindən 500 metr yüksəklikdə yerləşir. Qışda dağların zirvəsində havanın temperaturu -45 dərəcəyə qədər düşür. Yayı adətən sərin və mülayim keçir.

Naftalan nefti

Azərbaycan nadir yeraltı və yerüstü sərvətlərlə, neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Bunlardan biri də Naftalan neftidir. Qara-qonur rəngli Naftalan nefti müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhurdur. 

Bakının memarlıq inciləri

Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət və mədəniyyət mərkəzidir. Bakının salındığı tarix dəqiq məlum deyil. Abşeron yarımadası ərazisində - Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan və başqa ərazilərdə tapılan və eramızdan əvvəl  III-I minilliklərə aid arxeoloji abidələr şəhərin qədim yaşayış məskəni olduğunu sübut edir.